Ən ağıllı vicdan Türk-İslam birliyini istəyən mehdiyyət vicdanidir

imagesQuranın “Həqiqətən, insan çox həris və tamahkar yaradılmışdır! Ona bir pislik üz verdikdə fəryad qoparar…” (Məaric surəsi, 19-20) ayələrində insanın nəfsindəki eqoist əxlaqa diqqət çəkilmişdir. Hər insan nəfsinə çətin gələn vəziyyətlə qarşılaşdıqda, sıxıntıya düşdükdə özünü xilas etmək üçün çox ciddi səy göstərir.  Ancaq nəfsindəki eqoistliyə görə, bir çox insan özünə zərəri olmayan, özünü narahat etməyən hallarda başqalarının düşdüyü çətin vəziyyətlə maraqlanmır. Öz canının dərdinə düşdükdə göstərdiyi kimi başqaları üçün səy göstərmir.

Əsl müsəlman əxlaqına isə belə davranış xas deyil. Səmimi iman gətirən insan dünyanın uzaq yerində olsa da, başqa müsəlmanın düşdüyü çətinliyi, sıxıntını öz problemi kimi görər. Oxumağa davam et

Allahın Bütün Müsəlmanlara Əmri: İslam Birliyi Üçün Mübarizə Aparmaq

Dünyada müsəlmanlara yönəldilmiş təzyiq siyasətinin həlli nədir?

Müsəlman ölkələrindəki vəhşiliklərə qan tökülmədən, elm, ağıl və biliklə necə son qoymaq olar?

Bu gün İslam dünyasının qanayan yarası olan Fələstin İraq, Şərqi Türküstan, Suriya, Pakistan, Əfqanıstan, Birma və Patanidə müsəlmanların böyük əksəriyyəti 100 ildən çoxdur ki, əzilir və təzyiq görür. Müsəlman xalq demək olar ki, hər gün yadelli əsgərlərin və ya hökumət mənsublarının hücumuna məruz qalır, bu ölkələrdə vətəndaş müharibələri, qarşıdurmalar, aclıq və insan haqlarının tapdanması ən yuxarı səviyyədə baş verir. Xalq bu qarşıdurmalarda şəhid edilir, şəhid olmayanlar da ya düşərgələrə sürgün edilir, ya da itkin düşür və bir daha onlardan xəbər almaq olmur. Oxumağa davam et

Peyğəmbərimizin (s.ə.v.) Göstərdiyi Yola Uyğun Hərəkət Etmək

Peyğəmbərimiz (s.ə.v.), hal-hazırda yaşadığımız dövrü əhatə edən axır zaman haqqında ətraflı şəkildə məlumat vermişdir.  Müsəlmanların bir çox çətinlik və əzabla qarşılaşmağı axır zamanın ən əhəmiyyətli xüsusiyyətlərindən biridir. Çünki, bu dövr, Peyğəmbərimizin (s.ə.v.) xəbər verdiyi kimi, dinsizliyin geniş şəkildə yayılacağı, materialist və Darvinist ideologiyaların hər yerdə təbliğ ediləcəyi, insanların çoxunun din əxlaqından uzaqlaşacağı, səmimi olaraq iman edənlərin sayca çox az olacağı, Allahın açıq-aşkar inkar ediləcəyi (Allahı tənzih edirik), İraq və Əfqanıstan kimi müsəlman ölkələrinin işğal ediləcəyi, Qüdsdə müsəlmanların mühasirəyə alınacağı, bir çox İslam ölkəsində höküməti zalımların ələ keçirəcəyi və xalqa zülm edəcəyi, bütün dünyanı anarxiya və terrorun bürüyəcəyi, fitnələrdən biri sona çatmamış digərinin başlayacağı,  günahsız insanların öldürüləcəyi, qadınların və uşaqların qətl ediləcəyi, insanların qorxu və dəhşət içində yaşayacaqları, bütün bunlara baxmayaraq, müsəlmanların dağınıq olacağı bir dövrdür. Oxumağa davam et

İslam Birliyinə Gedən Yol Açıldı…

Diqqət yetirsək, son dövrdə yazılı və vizual mətbuatda İslam Birliyindən tez-tez bəhs edilir. Müxtəlif ölkələrin baş nazir və müxtəlif vəzifəliləri, siyasətçiləri, yazıçıları, televiziya proqram təşkilatçıları, müxtəlif jurnallar və qəzetləri bu mövzuda həsrətlərini dilə gətirirlər. Bununla birlikdə bu birliyin təmin edilə bilməsi üçün bəzi konkret addımların da atılması son dərəcə sevindirici bir haldır. İslam Birliyinə gedən yol irəliləməkdədir. Ancaq burada əsl əhəmiyyətli olan bu mövzunun axır zaman müjdəsi olması və mövzuya bu gözlə baxılmasıdır. Allahın iznilə bu birlik Hz. Mehdinin vəsiləsilə qurulacaq. Oxumağa davam et