Türkiyə insan hüquqları sahəsində nə qədər inkişaf edib?

turkiye_by_vespertiloBir çox qanun, saziş və normativ aktlarda öz əksini tapmış insan hüquqları bir ölkənin inkişaf səviyyəsini, demokratiya anlayışını, ideologiyasını, yəni yaşamağa əlverişli yer olub-olmadığını göstərən ən mühüm amillərdən biridir. Bu baxımdan insan hüquqları bütün dünyada olduğu kimi, Türkiyədə də ən çox ön plana çıxarılan hüquqi və sosial anlayışlar arasında özünəməxsus yer tutur.

2000-ci illərə qədər Türkiyədə insan hüquqları zəif idi. O dövrdə ölkədə baş verən çevrilişlər və daxili münaqişələr müxtəlif insan hüquqları pozuntularına səbəb olmuşdu. O illərdə hüquqları pozulan insanların ədalətsizlikləri aradan qaldırma imkanları da, demək olar ki, heç olmamışdı.

Həmin dövrdə insan hüquqlarının qorunması və inkişaf etdirilməsi barədə, əlbəttə ki, atılan bəzi müsbət addımlar olmuşdu. Məsələn, 1987-ci ildə vətəndaşların AİHM-ə (Avropa İnsan Haqları Məhkəməsi) müraciət etməsinə icazə verilmişdi. Türkiyə Böyük Millət Məclisinin nəzdində insan hüquqları məsələsində atılan ilk ciddi addım isə 1990-cı ildə İnsan Hüquqları Araşdırma Komissiyasının yaradılması idi. Bundan əlavə, 1992-ci ildə İnsan Hüquqları üzrə Dövlət Nazirliyi təsis edilmişdi. Ancaq Türkiyə vətəndaşlarının və qurumlarının yeni qaydalara öyrəşməsi vaxt almış, digər tərəfdən də 28 fevral dövründə insan hüquqlarının ciddi şəkildə pozulması müsbət nəticələr əldə edilməsinə mane olmuşdu. Oxumağa davam et