Qədim Türklər və İslam

Qədim türklərin sosial-siyasi həyatı 

Dünya tarixinə nəzər salsanız, dərhal anlayarsınız ki, türklər heç vaxt dövlətsiz qalmayıblar, hər dövrdə bir və ya bir neçə dövlətə malik olublar. Dövlətin hökmdarı yabqu, xan, xaqan, iltəbər adlandırılmışdır. Hökmdarlar nəzəri və praktiki təhsillərini təcrübəli dövlət adamlarının nəzarəti altında tamamlamış, dövlət idarəçiliyində müdrik insanlardan təşkil edilmiş məclislə məsləhətləşmiş, onların tövsiyələrini nəzərə almışlar. Aqil vəzirlər lazım gəldikdə hökmdarlara yol göstərmiş, hətta açıq şəkildə onları tənqid etmşlər. Bu sistem xalqın sülh və əmin-amanlıq, ədalət və zənginlik içində yaşamasına səbəb olmuşdur.

Türklərin hərbçiliyi,  intizamlı orduları və döyüş texnikaları dillərə dastan olmuşdur. Avropa və Asiya qitələrinin böyük dövlətləri ordularını təşkil edərkən türklərdən nümunə götürmüşlər. Oxumağa davam et