Canlı uçuş mexanizmləri: iynəcələr

imagesQuşlar insanın əsrlər boyu həyata keçirmək istədiyi işi bacarırlar: uçmağı…

İnsanlar uçmağın yollarını tapmaq üçün çox çalışıblar. İlk təyyarənin icadından bu günə qədər təqribən 100 il keçib. Minlərlə fərqli modeldə təyyarə istehsal edilib. On minlərlə elm adamı daha yaxşı uçan vasitələr düzəltmək üçün çalışıb.

Nəticədə, bu gün istifadə etdiyimiz mükəmməl uçuş vasitələri var.

Uçmaq böyük gücdür. Ancaq bu güc nə qədər tənzimlənərsə, o qədər təsirli olur. Lazım gəldikdə havada qalmaq, istənilən yerə eniş etmək də uçmaq qədər vacibdir. Məhz buna görə, insanlar manevr qabiliyyəti yüksək olan uçuş vasitəsi icad ediblər: helikopter… Oxumağa davam et

Mükəmməl Uçma Mexanizmləri: Iynəcələr

Uçuşu hansı sürətdə və hansı istiqamətdə olsa da, iynəcələr ani surətdə dayanıb tərs istiqamətə doğru uçmağa başlayacaq qədər qüsursuz uçma bacarığına malikdirlər. Bundan başqa, havada sabit dayanıb ovuna hücum etmək üçün uyğun mövqe tuta bilirlər. Həmçinin bu vəziyyətdə ikən olduğu yerdə cəld dönərək ovuna yönələ bilir. Bunlar iynəcələrin dövrümüzün qabaqcıl texnologiyasının məhsulu olan vertolyotlara ilham mənbəyi olan manevr qabiliyyətlərindən bir neçəsidir.

Iynəcənin bədəni metalla örtülmüş təəssüratı verən halqalı quruluşa malikdir. Buz mavisindən bordo rənginə (tünd qırmızı) qədər müxtəlif rənglərə malik olan iynəcənin belində biri qabaqda, digəri arxada olmaqla iki cür qanad var. Qanadlar əks zamanlı işləyir. Yəni Oxumağa davam et

Quş Tüklərindəki İncə Yaradılış

Bir çox insan yerdə gördüyü və ya havada uçarkən tutduğu bir quş tükünü nəzərdən keçirmişdir. Tükdəki simmetrik quruluşu, altdakı tüklərin daha incə quruluşa malik olduğunu, tüklərin bir-birinə keçmiş görüntüsünü görmüş və bəlkə də təəccüblənmişdir. Bu şəxs əgər bir quş tükünü mikroskop altında nəzərdən keçirsəydi, qarşılaşacağı qeyri-adi dizayn qarşısında təəccübü daha da artardı.

Tüklərin ortasında hamımıza məlum olan uzun və bərk boru var. Bu borunun hər iki tərəfindən yüzlərlə tük çıxır. Boyları və yumşaqlıqları fərqli olan bu tüklər quşa uçuş üçün havadan ən əlverişli şəkildə istifadə etmə xüsusiyyəti qazandırır. Ancaq bir az da dərindən nəzərdən keçirsək, daha da maraqlı formalarla qarşılaşarıq. Tüklərin hər birinin üzərində “tükcük” deyilən və gözlə görünməyəcək qədər kiçik olan tüklər var. Bu qarmaqlar sayəsində hər tükcük bir-birinə sanki bir zəncirbənd kimi yapışır.

Durnanın tüklərinin təkcə birinin üzərində Oxumağa davam et