Həm Ərəb Dövlətləri Liqası, həm də Afrika İttifaqına üzv olan Sudan iki böyük sivilizasiya və region arasında körpü rolunu oynayır.1 yanvar 1956-cı ildə Misir və İngiltərəyə qarşı müstəqilliyini elan edən Sudan heç vaxt rahatlıq tapmayan Afrika ölkələrindən biridir. Sudanın şimalında müsəlman-ərəb, cənubunda isə xristian-animistik inancı hakimdir. Bu zidd fikirlərin toqquşmasına görə ölkədə müstəqillikdən etibarən sabit hakimiyyət qurulmayıb.
1956-cı ildən etibarən baş verən daxili münaqişə və toqquşmalardan sonra 9 yanvar 2011-ci ildə keçirilən referendum nəticəsində Cənubi Sudan 9 iyul 2011-ci ildə müstəqilliyini elan etdi. Beləliklə, ərazi baxımından dünyanın onuncu böyük ölkəsi olan Sudan “Sudan” və “Cənubi Sudan” olaraq ikiyə bölündü.
Sudan neft ehtiyatları və əkinçilik üçün əlverişli torpaqları ilə Afrikanın ən strateji ölkələrindən biridir. Xüsusilə dənizə çıxışı olduğuna görə limanları region ticarətində mühüm rol oynayır.
Sudan iqtisadiyyatı enerji mənbələrindən istifadə edilməsi və neft ixracının artması sayəsində 2000-ci ildən sonra sürətli inkişaf və yüksəliş dövrünə girdi. Sudanın iqtisadiyyatı 2006-2007-ci illərdə 10% inkişaf etdiyi halda, 2011-ci ildə ÜDM 64 milyard dollar həcmində oldu. Oxumağa davam et