Bir-Birimizi Müjdələyək

«Doğ­ru­dan da, Biz sə­ni haq­la müj­də ve­rən və qor­xu­dan bir pey­ğəm­bər ki­mi gön­dər­dik. Elə bir üm­mət yox­dur ki, onun için­dən qor­xu­dan bir el­çi gə­lib get­mə­sin!» («Fa­tir» su­rə­si, 24).

Mü­səl­man­la­rın xə­bər­da­re­di­ci xü­su­siy­yət­lə­ri ilə ya­na­şı, müj­də­ve­ri­ci xü­su­siy­yət­lə­ri də vardır. Çün­ki Quran in­san­la­ra həm xə­bər­dar­lıq, həm də müj­də ki­mi na­zil edil­miş­dir.

Quran­da müs­bət xa­rak­ter­li in­san­lar üçün bir çox müj­də­lər var. Şüb­hə­siz ki, bun­la­rın ən əhə­miy­yət­li­lə­rin­dən bi­ri gö­zəl əx­laq­lı in­san­lar üçün ha­zır­la­nan cən­nət­dir. Al­lah in­san­la­rın səbir­li, sə­mi­mi, əda­lət­li, gö­zəl söz­lü, tə­va­zö­kar, gö­zəl əxlaqlı ola­caq­la­rı təq­dir­də axi­rət­də bir çox mü­ka­fat­lar­la qar­şı­lıq gö­rə­cək­lə­ri­ni bil­dir­miş­dir. Oxumağa davam et

Hz. Mehdi (ə) Əsrin Əvvəllərində Çıxacaq

Hədislərdə Hz. Mehdinin (ə) əsrin əvvəllərində gələcəyi bildirilir.

Çünki onun (Hz. Mehdinin (ə)) əsr əvvəllərində zühur edəcəyi (çıxacağı) bildirilir. (Məktubati Rəbbani)

Əvvəlki məqalələrdə izah edildiyi kimi Ümməti Muhəmmədin ömrü 1500 (min beş yüz) ili keçməyəcəkdir. Hicri 1500-cü ilə çatmağa isə bir əsr əvvəli qalmışdır. O da Hicri 1400-ci ilin əvvəlidir.

Hz. Mehdinin (ə) zühur zamanı ilə bağlı hədisləri araşdırdıqda belə bir ortaq nəticəyə gəlirik ki, Hz. Mehdi (ə) Hicri 14-ci əsrin əvvəllərində çıxmalıdır. Növbəti yazılarda qeyd edəcəyimiz kimi Hz. Mehdinin (ə) çıxış əlamətlərinin də, toplu olaraq Hicri 1400-cü ilin əvvəllərində ardıcıl olaraq reallaşması da bu nəticəni qüvvətli şəkildə təsdiqləyir.