Şeytan diqqətsizlik və qəmginliklə insanları Allah’dan uzaqlaşdırmağa çalışır

  • Bəzi insanların diqqəti niyə dağınıq olur?
  • İnsanların bir çoxunun qəmgin olmasının səbəbi nədir?646499
  • Diqqətsizlik və qəmginlikdən xilas olmaq üçün hansı əxlaqa yiyələnmək lazımdır?

Şeytan insan yaradıldığı gündən bəri onun ən təhlükəli düşmənidir. Şeytanın məqsədi insanları Allah’ın rizasından, sevgisindən, Qurandan uzaqlaşdırmaq, insanlara vəsvəsə verib bir-birlərinə düşmən etməkdir. Oxumağa davam et

İbrətamiz Hadisələri Unutmamaq

İnsanın ibrət aldığı, dərs götürdüyü hadisələrin ruhunda əmələ gətirdiyi təsiri unutmaması çox vacibdir.

İnsanların həyatlarında çox nadir baş verən bəzi hadisələr olur. Bu hadisələrin dərin təsiri insanlarda aylarla, hətta illərlə davam edir. Həmin hadisəyə aid görüntü və səslər gözlərinin önündən və qulaqlarından həyatlarının sonuna qədər getməz. Bəzən bir insanın ölümünə şahid olmaq, bəzən zəlzələ, sel, avtomobil qəzası, yanğın kimi hadisələr, bəzən insanın keçirdiyi böyük peşmançılıq, bəzən çox utandığı hadisə, bəzən də vacib tənqid insanın həyatının sonuna qədər unutmayacağı hadisələrdəndir.

İnsanlar, əsasən, başlarına gələn bu hadisələrdə bəzi çox vacib həqiqətləri qavrayır və həyatlarına istiqamət verəcək bəzi qərarlar verirlər. Başlarına gələndən nəticə çıxarır və qəlblərində bütün bunları əsla unutmamağa niyyət edirlər. Başlarına gələnlərdən aldıqları dərs və ibrətlərin həyatlarının sonuna qədər onlara fayda gətirən hadisələr olduğunu dərk edirlər. Oxumağa davam et