21-ci əsrin utandırıcı mənzərəsi: uşaq əsgərlər

 

Müharibələrin ən ağır bədəlini uşaqlar ödəyir. Bu gün dünyanın dörd bir yanında bombalar altında yaşayan, günə silah səsləri ilə başlayan, parklarda, bağçalarda oynamalı olduğu halda, kiçik yaşlarında müharibə ilə tanış olub, müharibənin dağıdıcı təsirlərinə məruz qalan milyonlarla uşaq var. Şiddət və silahlı qarşıdurmalar nəticəsində həyatını itirir, yaralanır, anasız-atasız qalır, tək başına qaçqın vəziyyətinə düşürlər. Düşərgələrdə istismara məruz qalır, yemək, su, elektrik, yanacaq və tibbi ləvazimat kimi əsas ehtiyaclardan məhrum olduqları üçün aclıq, yoxsulluq, xəstəlik içərisində yaşamaq uğrunda mübarizə aparırlar. Yüz minlərlə uşaq isə zorla əsgər edilir.

Günümüzün geniş yayılmış partizan tipli müharibələrinin ən mühüm xüsusiyyətlərindən biri uşaqların əsgər və hətta canlı qalxan kimi istifadə edilmələridir. Bütün dünyada 300 minə çatan uşaq əsgərlərin [1] məcburi şəkildə müharibəyə cəlb edildiyi 30 ölkə var [2] Bunlardan bəziləri Əfqanıstan, Mərkəzi Afrika Respublikası, Çad, Kolumbiya, Suriya, İraq, Yəmən, Somali, Cənubi Sudan, Sudan, Konqo, Mali, Myanma və Filipinlərdir. [3] Oxumağa davam et