Müşriklərin Xüsusiyyətləri

Müş­rik­lə­rin Al­la­ha şərik qoşduqları, tan­rı bil­dik­lə­ri şey­lə­rin heç bir tan­rı­lıq xü­su­siy­yət­lə­ri yox­dur. Bun­la­rın in­sa­na nə xe­yir, nə də zə­rər ve­rə bil­mə­yə­cək­lə­ri­ni («Yu­nus» su­rə­si, 18), heç bir şey et­mə­yə və ya­rat­ma­ğa güc­lə­ri­nin çat­ma­dı­ğı­nı («Yu­nus» su­rə­si, 34; «Əraf» su­rə­si, 191), nə öz­lə­ri­nə, nə də baş­qa­la­rı­na kö­mək edə bil­mə­yə­cək­lə­ri­ni («Əraf» su­rə­si, 192), doğ­ru yo­la yönəldə bil­mə­yə­cək­lə­ri­ni («Yu­nus» su­rə­si, 35) Al­lah ayə­lə­rin­də bil­dir­miş­dir. Və­ziy­yət bu qə­dər bəl­li olduğu halda müş­rik­lə­rin be­lə aciz var­lıq­la­rı tan­rı seç­mə­lə­ri­nin, büt­ləş­dir­mə­lə­ri­nin sə­bə­bi, hə­qi­qət­də Al­la­hın Özü­nə aid olan bə­zi xü­su­siy­yət­lə­rin bu var­lıq­la­rın üzə­rin­də tə­za­hür et­mə­si­dir.

Mə­sə­lən, bir in­sa­nın sa­hib ol­du­ğu güc, əzə­mət, iq­ti­dar, sər­vət, cah-cə­lal ki­mi özəl­lik­lə­rin ha­mı­sı əs­lin­də Al­la­ha aid­dir. Al­lah özün­də son­suz olan bu xü­su­siy­yət­lərin yal­nız bir qismini im­ta­han ola­raq bu dün­ya­da in­san­da müəyyən də­rə­cə tə­cəs­süm et­dir­miş­dir. Bu xü­su­siy­yət­lə­ri o in­sa­nın özü­nə aid zənn edə­rək on­dan qorx­maq, onun Al­la­ha qar­şı gə­lən əmr­lə­ri­nə inan­maq, bir söz­lə, onu Al­la­ha şə­rik qoş­maq həmin yan­lış zən­nə uy­maq­dan irə­li gə­lir. Oxumağa davam et

Şirk Nədir?

«Şirk» ərəb di­lin­də «şə­rik­lik, or­taq­lıq» mə­na­sı­nı da­şı­yır. Qu­ran­da isə şirk hər han­sı bir şe­yi və ya hər han­sı bir kim­sə­ni, ya da hər han­sı bir an­la­yı­şı üs­tün tut­maq, də­yər ver­mək, önəm ver­mək, da­ha ar­tıq bə­yən­mək ba­xı­mın­dan Al­lah­la bə­ra­bər və ya daha üstün bir sə­viy­yə­də gör­mək və bu yanlış dünyagörüşü ilə hə­rə­kət et­mək şək­lin­də gös­tə­ri­lir.

Şirk Qu­ran açıq­la­ma­la­rın­da «tay qoş­maq», «şə­rik qoş­maq» ki­mi tər­cu­mə edi­lir. Qu­ran­da Al­la­ha şə­rik qoş­maq «Al­lah­dan baş­qa tan­rı seç­mək», «Al­lah­dan baş­qa­sı­na qul­luq et­mək» kimi də ifa­də olu­nur.

Ən ge­niş mə­na­da isə şirk inam, dü­şün­cə, əx­laq an­la­yı­şı, ya­şa­yış tər­zi və də­yər ba­xı­mın­dan Al­la­hın Qu­ran­da bil­dir­di­yi öl­çü­lər­dən və müt­ləq doğ­ru­lar­dan fərq­li me­yar­lar seç­mək və hə­ya­tı­nı bu me­yar­la­ra gö­rə qur­maq­dır. Oxumağa davam et

Allahın Möminlərə Dəstəyi

Cahiliyyə cəmiyyətindəki insanlar xarakterlərini sahib olduqları güc və mövqelərinə görə formalaşdırırlar. Özlərinə güvənməkləri üçün mütləq ya zəngin, ya məşhur, ya çox gözəl və ya yaraşıqlı olmalıdırlar. Ancaq mömin yalnız Allaha güvənərək yaşayar və möminin özünə güvənməsi üçün inkarçıların ehtiyac duyduğu maddi meyarların heç birinə ehtiyacı yoxdur. Çünki Allah daim möminlərlədir. Allah, And olsun ki, Mən və elçilərim hökmən qalib gələcəyik!” (Mücadilə Surəsi, 21) hökmünün sirri ilə elçilərini və onlara tabe olan möminləri hər zaman qalib edər. Mömin bütün dünyanın qarşısında tək başına olsa belə üstün gələr. Allah rəsuluna belə bildirir:

Əgər onlar səni aldatmaq istəsələr, (bil ki,) sənə Allah yetər. O, səni həm Öz köməyi ilə, həm də möminlərlə qüvvətləndirdi. (Ənfal Surəsi, 62)

Unudulmamalıdır ki, insanlara yolları açan, müvəffəqiyyət qazandıran, onları inkişaf etdirən, gücləndirən Allahdır. İnsanın öz müvəffəqiyyəti üçün düşündüyü səbəblər bu müvəffəqiyətin əldə olunması üçün kifayət deyil. Oxumağa davam et