Son günlərdə başda müsəlman ölkələr olmaqla, bütün dünyada zorakılıq, narahatlıq, gərginlik və qarışıqlıq geniş yayılıb.
Ancaq bütün insanlar gələcəkdə daha rahat, sülh və əmin-amanlıq dolu günlər üçün baş verənlərdən ibrət götürüb dərs çıxarmalıdır.
Bir çox ölkədə baş verən gərginlik sanki bütün xalqları kütləvi şəkildə hipnoz edib. Hipnozda olan bu insanlar nəyə xidmət etdiyini, nəyə fayda vermək istədiyini belə bilmədən və ölkələrinə necə zərər verdiklərini düşünmədən darvinist kommunistlərin tələsinə düşərək qanuni hüquqlarını demokratik şəkildə tələb etmək əvəzinə küçələrə axışıb zorakılıqla, şiddətlə əldə etməyə çalışırlar. Ağılla hərəkət edib milləti qarışıqlığın içindən çəkib çıxarması gözlənilən rəhbərlər isə xalqın istəklərini sevgi ilə, mərhəmətlə qarşılayıb demokratik çərçivədə həll etmək əvəzinə, şiddətlə qarşılıq verərək onlar da hipnoza düşürlər. Oxumağa davam et