İnkarçıların Həyat Tərzinə Rəğbət Bəsləməyək!

«Ka­fir­lə­rin bə­zi züm­rə­lə­ri­nə ver­di­yi­mi­zə fa­ni dün­ya ma­lı­na rəğ­bət gö­zü ilə bax­ma…» («Hicr» su­rə­si, 88).

Al­lah var-döv­lə­ti həm mü­səl­man­la­ra, həm də ka­fir­lə­rə ve­rə bi­lər. Quran da bu­nu açıq şə­kil­də bil­di­rir. La­kin ayə­lə­rə ba­xan­da mə­lum olur ki, zən­gin­li­yin hər iki tə­rə­fə ve­ril­mə­sin­in məq­səd­ləri fərq­li­dir.

Mü­səl­man­la­ra ve­ri­lən zən­gin­li­yin sə­bə­bi gö­zəl əx­laq­la­rı­nın əvə­zi ola­raq Al­la­hın on­la­ra gö­zəl hə­yat tər­zi vəd et­mə­si­dir. Al­lah mü­səl­man­la­rı yer üzü­nün mülk­lə­ri­nə va­ris edə­cə­yi­ni bil­dir­miş­dir. Be­lə ki, pey­ğəm­bər­lə­rin hə­ya­tı­na ba­xan­da on­la­rın hə­ya­tın­da or­taq dəyişikliyin ol­du­ğu­nu gö­rü­rük. Bu dəyişiklik pey­ğəm­bər­lə­rin hə­yat­la­rı­nın baş­lan­ğı­cın­da mad­di çə­tin­lik için­də ya­şa­ma­la­rı­na bax­ma­ya­raq, on­la­rın bir müd­dət son­ra bö­yük zən­gin­lik­lə­rə qo­vuş­ma­sı­dır. Oxumağa davam et

Quranda İslam Əxlaqının Dünya Hakimiyyətinə İşarə Edən Ayələr

Quranda İslam əxlaqının dünya hakimiyyətinə işarə edən bir çox ayə var. Bu ayələr Peyğəmbərimizin (səv) axır zamanın son mərhələsi olan Qızıl Dövrü təsvir edən hədisləri ilə çox paralellik təşkil edir. Belə bir hadisə bu günə qədər reallaşmadığına görə, Quran ayələrində xəbər verilən geniş miqyaslı hakimiyyətin, Peyğəmbərimizin (səv) xəbər verdiyi axır zamana işarə etdiyi də son dərəcə açıqdır. Quran əxlaqına sahib qullara güc və iqtidar verilməsiylə bağlı  ayələrdən bəziləri bunlardır:

Allah belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir. (Mücadilə surəsi, 21)

Onlar Allahın nurunu öz ağızları ilə söndürmək istəyirlər. Allah isə – kafirlərin xoşuna gəlməsə də, öz nurunu tamamlayacaqdır. Müşriklərin xoşuna gəlməsə də, onu (İslamı) bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət və haqq dinlə göndərən Odur! (Saff surəsi, 8-9)

Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Allah isə (buna) yol verməz, kafirlərin xoşuna gəlməsə də, O, Öz  nurunu tamamlayar. Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini doğru yol göstərən rəhbərlə və haqq din ilə göndərən Odur. (Tövbə Surəsi, 32-33)

Günahkarlar istəməsələr də Allah Öz kəlmələri ilə haqqı bərqərar edəcək. (Yunus Surəsi, 82) Oxumağa davam et