Allah Üçün Nə Qədər Vaxt Ayırırsınız?

Quran ayə­lə­ri­nə bax­dı­ğı­mız za­man mö­min üçün boş vaxt an­la­yı­şı­nın ol­ma­dı­ğı­nı gö­rü­rük. Mö­mi­nin hər gün vaxt­lı-vax­tın­da ye­ri­nə ye­tir­əcəyi iba­dət­lərin çox vaxtını aparmaması, qa­lan vaxtı­nı öz is­tək və hə­vəs­lə­ri­nə uyğun boş iş­lərə sərf edə bilər mənasını vermir. Al­lah iman gə­ti­rən­lə­rin üzə­ri­nə bü­tün hə­yat­la­rı bo­yu həm öz nəfs­lə­ri ilə, həm də in­kar edən­lə­rin əx­la­qı­na qar­şı fiki­r mü­ba­ri­zəsi apar­maq və­zi­fə­si qo­yub.

Bu­nun üçün mö­mi­nin ye­ri­nə ye­tir­mə­li ol­du­ğu bir çox ha­zır­lıq­lar, say­sız-he­sab­sız və­zi­fə­lər var. Onun bu sə­mi­mi və ixlas­lı səy­lə­ri­nin həd­di-hü­du­du, fa­si­lə­si yox­dur. Bu sə­bəb­dən ye­ri­nə ye­ti­ri­lən iş, ta­mam­la­nan və­zi­fə, ba­şa çat­dı­rı­lan ha­zır­lıq iş­lə­ri­nə ara ver­mək üçün sə­bəb de­yil, tam ək­si­nə, ye­ni fəa­liy­yə­tə baş­la­ma­ğın bir nişanəsidir. Oxumağa davam et