Sonsuzluq içində insan ancaq bir dəfə sınanır və bu imtahan müddəti təqribən 6-7 onillikdən ibarətdir. İnsanın əbədi həyatını bu imtahan müddətindəki əməlləri müəyyən edir. Qısa, ancaq çox vacib olan bu müddəti də insan özünü aldadaraq keçirərsə, imtahandan keçə bilməz. Məsələ də məhz bundan ibarətdir: insan özünü aldadaraq nə həqiqəti dəyişdirə bilər, nə də məsuliyyətdən azad ola bilər. Əksinə, insanın dünyada həqiqətlərdən qaçması ancaq öz əleyhinədir. Oxumağa davam et
vicdan ezabi
Özünü aldatmaq əvəzinə səmimiyyət
Sonsuzluq içində insan ancaq bir dəfə sınanır və bu imtahan müddəti təqribən 6-7 onillikdən ibarətdir. İnsanın əbədi həyatını bu imtahan müddətindəki əməlləri müəyyən edir. Qısa, ancaq çox vacib olan bu müddəti də insan özünü aldadaraq keçirərsə, imtahandan keçə bilməz. Məsələ də məhz bundan ibarətdir: insan özünü aldadaraq nə həqiqəti dəyişdirə bilər, nə də məsuliyyətdən azad ola bilər. Əksinə, insanın dünyada həqiqətlərdən qaçması ancaq öz əleyhinədir. İnsan vicdanını susduraraq özünü aldatdığı, müxtəlif bəhanələrlə rahatlatmağa çalışdığı hər an, əslində, qorxunc itki verir. Axirətdə isə bu ağılsızlığına görə – Allah`ın izni ilə – peşmançılıq çəkəcək. Oxumağa davam et
Allahın Rəhmindən Ümidini Üzmə!
«Məndən onlara de: «Ey Mənim özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!» («Zumər» surəsi, 53).
Ayədə bildirildiyi kimi, insanlar bəzən bilərəkdən və ya bilməyərəkdən səhvlər edirlər. Bu mövzu ilə bağlı ayənin xitabından da məlum olduğu kimi, burada Allahın rəhmətini uman insanlara üz tutulur. Yəni ayədə bildirilən öz əleyhlərinə olmaqla həddi aşan insanlar Allaha iman gətirən insanlardır. Buna görə də belə bir hal demək olar ki, müsəlmanlara da aiddir.
Allah bir çox ayələrində hətta təqva sahibi olan müsəlmanların da səhv edə biləcəklərini vurğulamışdır. Belə açıqlamalar insanın qəlbinə fərəh verir. Əks halda bilərək və ya bilməyərək səhv edən müsəlman böyük bir sıxıntı və ya vicdan əzabı çəkə bilər. Lakin müsəlmanların Oxumağa davam et
Dinin Hökmünü Yerinə Yetirməyi Ticarət və ya Əyləncədən Üstün Tutmamaq
«Onlar bir alış-veriş, yaxud bir əyləncə gördükləri zaman səni ayaq üstə qoyub ona tərəf cumdular. De: «Allah dərgahında olan savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır!»« («Cümə» surəsi, 11).
Bu ayədə dinlə öz dünyəvi mənfəətləri arasında seçim aparan insanlardan bəhs edilir. Əsasən cahil cəmiyyətlərin din əxlaqına uyğun şəkildə yaşamaqdan yayınmasının bir neçə ortaq səbəbləri var. Ayədə bu səbəblərdən iki ən önəmlisinə – ticarət və əyləncəyə diqqət çəkilir.
Ticarətə diqqət çəkilməsinin səbəbi maddi mənfəət məsələsinin insanların ən zəif cəhətlərindən biri olmasıdır. Belə ki, çox vaxt insanların bir qismi öz maddi mənfəətləri naminə dinin bir çox hökmlərinə məhəl vermirlər. Bu, özünü bəzən namaz kimi zahiri ibadətdə, bəzən əxlaqi davranışlarda, bəzən də dinin başqa bir hökmündə göstərir. İnsanların var-dövlətin artırılması ilə bağlı belə bir həris davranış nümayiş etdirməsinin səbəbi maddi zənginliyin bütün mövcud problemləri həll edəcək sehirli qüvvəyə malik olması inancıdır. İnsanlar əldə edə bilmədikləri və həsrətini çəkdikləri hər bir imkana bu zənginlik sayəsində qovuşa biləcəklərinə inanırlar. Bunların arasında səadət, daxili rahatlıq, əminlik, hətta ölümsüzlük vardır. Belə adamlar elə zənn edirlər ki, zənginlik onların hətta ölümlərini də gecikdirəcək və onları dünyada əbədi edəcəkdir. Bu səbəbdən də Oxumağa davam et