Allaha İnam Alimlərə Hədsiz Şövq və Həyəcan Verir

“Dinsiz elm şikəstdir.” Albert Eynşteyn

Din insanları elmə həvəsləndirir. Elmlə məşğul olan ağıl və vicdan sahibləri Allahın varlığının dəlillərinə çox yaxından şahid olduqları üçün eyni zamanda güclü bir imana da malik olurlar. Çünki bu insanlar hər tədqiqatda, hər yeni kəşfdə Allahın yaratdığı mükəmməl bir sistem, qüsursuz incəliklərlə qarşılaşırlar.

Məsələn, gözü tədqiq edən bir alim təkcə insan gözündəki kompleks sistemi görərək, bunun əsla təsadüflərlə, mərhələli şəkildə meydana gələ bilməyəcəyini anlayar. Bir az da dərindən nəzərdən keçirəndə gözü təşkil edən hər detalın möcüzəvi bir yaradılışa malik olduğuna şahid olar. Gözün bir-birinə uyğun onlarla ayrı-ayrı hissədən ibarət olduğunu görər və onu yaratmış Allaha olan heyranlığı qat-qat artar.

Eyni şəkildə kainatı tədqiq edən bir alim özünü bir anda minlərlə möcüzəvi ta­raz­lıqla qarşı-qarşıya görər. Hüdudlarını müəyyən etməyin mümkün olmadığı ucsuz-bucaqsız fəzada yerləşən milyardlarla qalaktika və bu qalaktikalardakı milyardlarla ulduzun böyük ahəng içində mövcud olması ona böyük araşdırma şövqü verər.

Bunların nəticəsində Oxumağa davam et

Müsəlmanlara Ayrılmaq Haram, Birləşmək Vacibdir

Müsəlmanların birliyi yalnız mövcud gərgin vəziyyətin sona çatması üçün lazım olan siyasi tələbat deyil, eyni zamanda müsəlman olmağın tələblərindən biridir. Müsəlmanlar həyatlarının hər anında olduğu kimi daxili və beynəlxalq siyasətdə də Quran əxlaqına uyğun hərəkət etməlidirlər. Quran əxlaqı isə İslam dünyasının ittifaq etməsini tələb edir. Quran əxlaqının prinsip olaraq mənimsənilməsi bu ittifaqın daimi olmasını və gözlənilən aktiv rolu yerinə yetirməsini təmin edəcəkdir.

İslam əxlaqı müsəlmanların daim bir yerdə olmasını, Oxumağa davam et