Fitnə

Ərəb­ dilində bə­zi kəl­mə­lər hər dil­də ol­du­ğu ki­mi bir çox mə­na­lar­da iş­lən­miş­dir. Azər­bay­can di­lin­də bə­zi kəl­mə­lə­rin fərq­li mə­na­la­rı ol­du­ğu ki­mi, ərəb di­lin­də­ki «fit­nə» kəl­mə­si­nin də fərq­li mə­na­la­rı var­dır.

Fit­nə əs­lin­də «qı­zı­lın di­gər yad me­tal­lar­dan ay­rıl­ma­sı məq­sə­di ilə qay­na­dıl­ma­sı üsu­lu» üçün is­ti­fa­də olu­nan bir kəl­mə­dir. Qu­ra­nın bir çox ayə­sin­də fit­nə sö­zün kö­kü­nə bağ­lı ola­raq mö­min­lər­lə in­kar­çı­la­rın və ya münafiqlərin bir-bi­rin­dən ay­rıl­ma­sı üçün ya­ra­dı­lan im­ta­han­la­ra ve­ri­lən ad­dır. Bu im­ta­han­la­rın əsas xü­su­siy­yə­ti özün­də az­dı­rı­cı ün­sür­lə­ri də da­şı­ma­sı­dır. Yə­ni in­sa­nın doğ­ru yol­dan az­ma­sı və ya hi­da­yə­tə ta­be ol­ma­sı bu im­ta­han qar­şı­sın­da gös­tər­di­yi dav­ra­nı­şa bağ­lı­dır. Hz.Mu­sa­nın Qu­ran­da xə­bər ve­ri­lən dua­sı fit­nə­nin həm az­dı­rı­cı, həm də hi­da­yə­tə çatdıran xüsusiyyətlərinin ol­du­ğu­nu gös­tə­rir. Ayə­də be­lə bu­yu­ru­lur:

«Mu­sa Bi­zim tə­yin et­di­yi­miz vaxt üçün öz tay­fa­sın­dan yet­miş adam seç­miş­di. On­la­rı sar­sın­tı ya­xa­la­yan­da Mu­sa de­di: «Ey Rəb­bim! Əgər is­tə­səy­din, bun­dan qa­baq on­la­rı da, mə­ni də məhv edər­din. Ara­mız­da­kı sə­feh­lə­rin tö­rət­di­yi gü­nah­lar üzün­dən bi­zi məhv­mi edə­cək­sən? Bu Sə­nin sı­na­ğın­dan baş­qa bir şey de­yil­dir. Sən onun­la is­tə­di­yi­ni zə­la­lə­tə dü­çar edər, is­tə­di­yi­ni doğ­ru yo­la sa­lar­san. Sən bi­zim ha­mi­miz­sən. Bi­zi ba­ğış­la və rəhm et. Axı Sən ba­ğış­la­yan­la­rın ən yax­şı­sı­san!» («Əraf» su­rə­si, 155).

Dün­ya­nın bir im­ta­han ye­ri ol­du­ğu və in­san­la­rın iman­la­rı­nın müt­ləq qaydada sı­na­ğa çəkiləcəyi Qu­ra­nın bir çox ayə­lə­rin­də xa­tır­la­dı­lır:

«İn­san­lar yal­nız: «İman gə­tir­dik!» – de­mə­lə­ri­lə on­lar­dan əl çə­ki­lib im­ta­han olun­ma­ya­caq­la­rı­nı­mı sa­nır­lar? Biz on­lar­dan əv­vəl­ki­lə­ri də im­ta­ha­na çək­miş­dik. Şüb­hə­siz ki, Al­lah düz­da­nı­şan­la­rı da, ya­lan­çı­la­rı da çox gö­zəl ta­nı­yar!» («Ən­kə­but» su­rə­si, 2-3).

Oxumağa davam et

Müsəlmanlar və Elm

İslam əxlaqının insanlığa yönəltdiyi işıqlardan biri də elmi düşüncədir. İslamdan əvvəl ərəblər və digər Yaxın Şərq cəmiyyətləri kainatın və təbiətin necə var olması və hərəkəti barədə heç maraqlanmırdılar. Bu suallar üzərində düşünməyi, bunların cavablarını araşdırmağı ilk dəfə Qurandan öyrənmişdilər. Allah Quranda inananlara, göylərin və yerin necə var olduğunu araşdırmalarını əmr etmişdir:

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru! (Ali- İmran Surəsi, 191) Oxumağa davam et