Hərisliklə mal toplamağın və ya xəsisliyin Allah dərgahındakı qarşılığı nədir?

1074093_431278660320162_489486427_oBəzi insanlar bütün ömürlərini mal, pul yığıb saxlayır və bunları Quranda tərif edilən xeyirli işlərə sərf etmirlər. Hərisliklə, daima daha çox mal-mülkə sahib olmaq üçün çalışırlar. Əldə etdiklərindən isə Allah yolunda sərf etmək, ehtiyacı olanları doyurmaq əvəzinə öz nəfsləri üçün istifadə edirlər. Ehtiyaclarından qat-qat artığını toplayır, göstəriş üçün az miqdarda xərcləyir, faydalı işlər görməyə çalışmırlar. Bu insanların axirətdəki qarşılığı çox şiddətli olacaq. Bu, “Tövbə” surəsində belə bildirilir:

… Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ! O gün yığdıqları qızıl-gümüş cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq (və onlara): “Bu sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınız mal-dövləti dadın!” – (deyiləcəkdir!) (Tövbə surəsi, 34-35) Oxumağa davam et