Görən Gözdürmü?

images

Bu səhifədəki şəkillərə baxdıqdan sonra gözlərinizi yumun və gördüyünüz mənzərələri təsəvvürünüzdə canlandırmağa çalışın. Bəlkə də xəyalınızda daha gözəllərini və rənglilərini görəcəksiniz…

Bu görüntülər xəyalımızdadır və bunları görən göz deyil; qarşımızda bu görüntünün olmadığına baxmayaraq,xəyalımızda bu görüntü eyni şəkildə təsəvvür edilir.

Zehnimizdə görüntünü görən göz olmasa da, görüntünün yaradılması onu görənin gözdən fərqli şey olduğunu, maddədən asılı olmadığını sübut edir.

Görən, Allah’ın maddədən müstəqil yaratdığı və Özündən insanlara bəxş etdiyi RUHdur… Oxumağa davam et

“Növlərin Təkamülü” İddiasının Elmə Verdiyi Zərərlər

Yer üzündə milyonlarla canlı növu var və bu canlı növləri bir-birlərindən bir çox cəhətlərinə görə fərqlənirlər. Atlar, quşlar, ilanlar, kəpənəklər, balıqlar, pişiklər, yarasalar, soxulcanlar, qarışqalar, fillər, ağcaqanadlar, arılar, delfinlər, dəniz ulduzları, meduzalar, dəvələr… Bu canlıların hər birinin fiziki xüsusiyyətləri, yaşadıqları mühit, ov üsulları, müdafiə taktikaları, qidalanma vərdişləri, çoxalmaları, qısaca olaraq, malik olduqları hər cür xüsusiyyətləri arasında böyük fərqlər var.

Bəs bu canlılar necə meydana çıxıblar?

Bu sual üzərində ağlını istifadə edərək düşünən hər kəs bütün canlıların qüsursuz yaradıldıqlarını anlayacaqdır. Hər bir dizayn onu quran dizaynerin varlığını göstərir. Canlılar da kainatdakı digər bütün dizayn nümunələri kimi Allahın varlığını sübut edir.

Oxumağa davam et