İnsanlar xoşbəxt olmaq varkən niyə əzab çəkirlər?

 

xosbextlikİnsanların bir çoxu bütün səylərinə baxmayaraq, həqiqi mənada xoşbəxtliyi yaşaya bilmirlər. Bunun üçün dünya həyatında insanın ağlına gələ biləcək hər yola baş vurur, hər dəfə yeni idealların arxasınca düşür və bunları əldə etdikdə xoşbəxt olacaqlarına inanırlar. Bəzən yaxşı dost və ya rəfiqə axtarışı, bəzən maddi gözləntilər, bəzən də mənəvi istəkləri olur. Bu arzu və istəklərin hər biri istədikləri kimi gerçəkləşsə belə nəticə yenə gözlədikləri kimi olmur. Heç bir şəkildə daimi xoşbəxtliyi əldə edə bilmirlər. Çox vaxt mənəvi aləmlərində yaşadıqları bu narazılığı biruzə verməməyə çalışırlar. Amma nə qədər xoşbəxtlik təqlidi etsələr də, əslində, içdən-içə gizli əzab yaşayırlar.

Halbuki əllərində xoşbəxt olmaq üçün hər cür imkan var. Allah bir ayədə insanlara verdiyi nemətlərlə bağlı olaraq belə buyurur:

Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. (Nəhl surəsi, 18) Oxumağa davam et