Əsl Xoşbəxtlik Ancaq Allaha Səmimi Qəlblə Yönəlməklə Mümkündür

İnsanların əksəriyyəti xoşbəxtliyi əldə etmək həsrəti ilə yaşayırlar. Öz məntiqlərinə əsasən, onları xoşbəxt edən hər şeyin arxasınca var gücləri ilə qaçırlar. Onlar xoşbəxtliyi və rahatlığı tanışları ilə müxtəlif ictimai fəaliyyətlərdə iştirak edərək, iş həyatında müvəffəqiyyət əldə edərək, məktəbdə əlaçı olaraq, səyahət edərək, sevdikləri işlərlə əylənərək, yaxşı karyera quraraq, müxtəlif hədiyyələr alaraq və bunun kimi dəyərləri qazanaraq əldə edəcəklərini hesab edirlər. Halbuki xoşbəxtliyi müvəqqəti və çox qısa olan dünya həyatına yönələn məqsədlərdə axtaran insanlar nə etsələr də, hansı yollara baş vursalar da, həsrətini çəkdikləri xoşbəxtliyə heç cür qovuşa bilməzlər. İnsanların bir çoxu xəyal etdikləri xoşbəxtliyi bu dəyərlərlə qazanmağın mümkün olmadığını görə bilmirlər. Həyatları həmişə əldə etməyə çalışdıqları xoşbəxtliyin arxasınca qaçarkən qəflətən sona çatır. “İstədiyim hər şeyi əldə etdim, amma hələ də xoşbəxt deyiləm”, “Bütün xəyallarıma qovuşdum, niyə xoşbəxt ola bilmirəm?”, “Xoşbəxtliyə nail olmaq bu qədər çətindirmi?” -deyə soruşur, amma çox vaxt bu sualın cavabını tapa bilmirlər. Oxumağa davam et