Müsəlmanın yəhudilərə münasibəti necə olmalıdır?

religious02.17Peyğəmbərimiz (səv) bütün həyatı boyu kitab əhli ilə çox ədalətli və tolerant davranmışdır. Peyğəmbərimizin (səv) bu münasibətinə görə yəhudilərin öndə gələn ravvinlərindən Abdullah ibn Səlam və dostları İslamı qəbul etmiş, iman gətirmişdirlər.

Avropa tarixində rast gəlinən və xristianların dini təəssübkeşliyindən qaynaqlanan inkvizisiya məhkəmə icraatlarına və ya irqi ayrı-seçkilikdən doğan anti-semitizmə (yəhudi əleyhdarlığı) heç vaxt rast gəlinməmişdir. Yəhudilərlə müsəlmanlar arasında XX əsrdə Orta Şərqdə yaranan münaqişə və narazılıq isə bəzi yəhudilərin ateist sionizmi mənimsəməsi ilə ortaya çıxmışdır. Sionizm XIX əsrin ortalarında yurdları olmayan yəhudilərin vətən sahibi olmasını istəyən ideologiya kimi ortaya çıxmışdır. Oxumağa davam et

Peyğəmbərimizin (səv) dövründə Kitab əhli

hristiyanlar-yahudiler-muslumanlarPeyğəmbərimizin (səv) Kitab əhli ilə münasibətlərinə baxdıqda onun İslamın yayıldığı ilk illərdə xristianlarla əlaqə qurduğunu anlayırıq. Müsəlmanlar Məkkədə müşriklər tərəfindən zülmə məruz qalarkən Peyğəmbərimiz (səv) onlara xristianların yaşadığı Həbəşistana hicrət etməyi demişdir. Bu ölkənin xristian hökmdarı Nəcaşi isə ölkəsinə hicrət edən müsəlmanları qəbul etmiş və çəkdikləri zülmdən onları qorumuşdur.

Quranda da hz. İsanın (əs) yanındakı həvarilər Allaha və Elçisinə bağlılıqları ilə müsəlmanlara nümunə göstərilmişdir. İlk müsəlmanlar ilə ilk xristianlar arasında böyük bənzərliklər var. Oxumağa davam et

Sosial ədalət ancaq Quranın hökmlərinə əməl etməklə mümkün olar

the_holy_quran_by_areart-d5gppsq

Dövrümüzdə ən varlısından ən kasıbına kimi hər ölkədə küçələrdə yaşayan və zibil yeşiklərindən yemək yeyən insanları görmək mümkündür. Vicdanları çox narahat edən bu görüntü eyni zamanda dünyada mövcud olan ədalətsiz gəlir bölgüsünün nəzərə çarpan göstəricisidir.

Bu gün yüz milyonlarla insan su, qida, sığınacaq, səhiyyə xidmətləri kimi əsas ehtiyaclarından məhrum olunmuş şəkildə yaşayır. Dünya sərvətlərinin 80%-ni dünya əhalisinin 17%-i istehlak edir, təqribən 5 milyard insan isə yerdə qalan 20%-lə qane olmağa məcburdur. Bir milyarda yaxın insan gecə ac yatır. Vəziyyət belə olduğu halda, ən zəngin yüz insanın ümumi əmlakı ən kasıb 3.5 milyard insanın, yəni dünya əhalisinin yarısının ümumi əmlakına bərabərdir…

Oxumağa davam et

Avropada ən sürətli yayılan din İslamdır

landscape5Son iyirmi ildir dünyada müsəlmanların sayında stabil artım müşahidə olunub. Statistik göstəricilərə görə, 1973–cü ildə müsəlmanların sayı 500 milyon idisə, bu gün bu rəqəm 1.5 milyarda çatıb. Hər dörd nəfərdən  birinin müsəlman olduğu bu gündə, müsəlmanların sayının ilk dəfə xristianları keçdiyi bildirilir. Bu  sayın yaxın gələcəkdə daha da artacağı və İslamın dünyanın ən böyük dini olacağı təxmin edilir. Bu stabil yüksəlişin səbəbi təkcə müsəlman ölkələrinin əhalisinin sürətlə artması deyil, həmçinin digər dinlərdən və mədəniyyətlərdən əksər insanın İslamı seçməsidir.

Oxumağa davam et