Peyğəmbərimizin (səv) dövründə Kitab əhli

hristiyanlar-yahudiler-muslumanlarPeyğəmbərimizin (səv) Kitab əhli ilə münasibətlərinə baxdıqda onun İslamın yayıldığı ilk illərdə xristianlarla əlaqə qurduğunu anlayırıq. Müsəlmanlar Məkkədə müşriklər tərəfindən zülmə məruz qalarkən Peyğəmbərimiz (səv) onlara xristianların yaşadığı Həbəşistana hicrət etməyi demişdir. Bu ölkənin xristian hökmdarı Nəcaşi isə ölkəsinə hicrət edən müsəlmanları qəbul etmiş və çəkdikləri zülmdən onları qorumuşdur.

Quranda da hz. İsanın (əs) yanındakı həvarilər Allaha və Elçisinə bağlılıqları ilə müsəlmanlara nümunə göstərilmişdir. İlk müsəlmanlar ilə ilk xristianlar arasında böyük bənzərliklər var. Oxumağa davam et

Müsəlmanlar və xristianlar eyni Allaha inanır?

ABŞ-ın İllinoys ştatındakı yevangelist protestant Uiton kollecində çalışan xanım professor Larisiya Alayn Hokinz Liberti Universitetinin rektoru Cerri Faluelin “müsəlmanlara son qoyun” sözünə reaksiya olaraq hicab geyinib çəkdiyi şəklini “Facebook”da paylaşdı. Hokinzin qısa müddətdə mediaya əks olunan və böyük maraq oyadan şəklinin altında bu sözlər yazılmışdı: “biz eyni Allaha inanırıq”. [1]

Professor Hokinzin paylaşımı əsrlərdən bu yana verilən bir sualı bir daha gündəmə gətirmiş oldu: “müsəlmanlar və xristianlar eyni Allaha inanır, eyni Allaha dua edirlər?”

Məktəb rəhbərliyi tərəfindən qısa müddətdə vəzifəsindən azad edilən professor Hokinz bu suala dair fikrini Facebook səhifəsində yazdığı yazıda belə dilə gətirdi:

“…Müsəlman qonşularımı onlarla həmrəylik içində olduğum üçün, mayamız bir olduğu üçün sevirəm. Onlarla eyni dini mövqedəyəm, çünki Papa Fransiskin keçən həftə dediyi kimi, biz eyni Allaha inanırıq…” [2] Oxumağa davam et