Amerika prezident seçkilərində məğlub olanlar əslində kimlərdir?

trump2016-cı il ABŞ prezident seçkilərində respublikaçı partiyanın namizədi Donald Tramp qalib gələrək ABŞ-ın 45-ci prezidenti oldu. Bu nəticədən sonra hər kəs Trampı və onun ilk anda qeyri-adi görünən uğurunu danışır. Bir tərəfdən, dünya siyasətində yeni siyasətin hakim olacağı müzakirə edilərkən, digər tərəfdən bu siyasətin hansı istiqamətdə inkişaf edəcəyi təxmin edilməyə çalışılır.

Trampın qalib gəlməsi çox danışılsa da məhz seçkidə məğlub olanlardan və onun səbəblərindən də bəhs etmək lazımdır. Seçkilərdə məğlub olan əslində demokratlar partiyasının namizədi Hillari Klinton deyil, o təkcə məğlubiyyətin görünən üzüdür. Trampın prezident seçkilərindəki qələbəsinin yolunu açan əsas amil Amerika xalqının keçmiş “Amerika röyası” ruhu üçün darıxmasıdır. Beləliklə, bu seçkilərin nəticəsini araşdırarkən bu məsələni mütləq nəzərə almaq lazımdır. Oxumağa davam et

Yəmənin bugünkü vəziyyəti və çıxış yolu

Yəmən bu günlərdə müxtəlif siyasi problemlər yaşayır. Özü də getdikcə artan daxili qarşıdurma vəb5219aec8c ayrılma təhdidi altındadır. Başqa bir problem isə xalqın çox yoxsul olmasıdır. Bəs Yəmənin qarşısında tez bir zamanda həll etməli olduğu daha hansı problemlər var?

Yəməndə azadlıq tələb edən bir çox insan var. Bəziləri məzhəbi, bəziləri tayfası, bəziləri də siyasi baxışına görə azadlıq istəyir. Lakin Yəməndəki qruplardan heç biri digərlərinin azadlığını da müdafiə etmir. Oxumağa davam et