Yalan danışmaq şeytanın xüsusiyyətidir

200206769-001Yalan danışmağa vərdiş edən insanların bir qismi yalanlarının üstü açılanda utanmazlar. Hətta başqa yalanlar danışaraq əvvəlki yalanlarını ört-basdır etməyə çalışarlar. Halbuki, mömin şeytana uyub səhvən yalan söyləsə, bundan utanar, üzü qızarar, dərhal tövbə edərək Allah`dan bağışlanma diləyər və doğrunu söyləyər
Din əxlaqını yaşamayan insanların böyük hissəsi isə bəzən yalan söyləyirlər. İnsanların niyə yalan söylədiklərinə baxsaq, görərik ki, buna bir-birinə bənzər hadisələr səbəb olur. Məsələn, bu insanlardan:

Bəziləri özlərini insanlara nümayiş etdirmək üçün, Oxumağa davam et

Təkamül Nəzəriyyəsinin Elmə Verdiyi Zərərlər

Elmin yanlış təməllər üzərində qurulmasının ən açıq nümunəsini Darvinin təkamül nəzəriyyəsində görmək mümkündür. 140 il əvvəl elm dünyasına daxil olan bu nəzəriyyə əslində bütün elm tarixinin ən böyük xətası olmuşdur.

Təkamül nəzəriyyəsi həyatın təsadüflər nəticəsində bəzi cansız maddələrin birləşməsi nəticəsində əmələ gəldiyini iddia edir. Bu iddiaya görə təsadüfən əmələ gələn bu canlılar yenə təsadüflərin nəticəsində təkamül edərək başqa canlılara çevrilmişlər. Bu ssenarinin sübut edilməsi üçün 1,5 əsrdən çoxdur ki, böyük səy göstərilir, amma elmi dəlillər hər zaman nəzəriyyənin əleyhinə işləyir. Belə ki, əldə edilən bütün dəlillər canlıların təkamülünün əsla baş vermədiyini, canlıların bir-birinə mərhələli çevrilməsinin doğru olmadığını, bütün canlı növlərinin ayrı-ayrı və olduqları kimi yaradıldıqlarını göstərir.

Yenə də təkamülçülər bütün bu aşkar dəlillərə baxmayaraq təkamül nəzəriyyəsini sübut etmək üçün saysız-hesabsız araşdırma və təcrübələr aparır, sadəcə cəfəngiyyatdan və yalanlardan ibarət cildlərlə kitab yazır, institutlar qurub konfranslar keçirir, televiziya proqramları hazırlayırlar. Gerçək olmayan bir iddia üçün minlərlə alimin, külli miqdarda pul və vəsaitin hədər edilməsi insanlıq üçün çox böyük itkidir. Bütün bu zərərin əvəzinə, əgər bu imkanlar yerində istifadə edilsəydi, bu günə qədər elmdə çox faydalı sahələrdə çox vacib addımlar atılar və dəqiq nəticələr əldə edilə bilərdi. Oxumağa davam et