Yalçın İslamzadənin “Təkamül nəzəriyyəsi sübut olunub” başlıqlı müsahibəsinə cavab

BDC37BAC-30AE-431B-A701-317E237C6081_mw1024_s_nBu məqaləmiz təkamülçü yazıçı, fizik Yalçın İslamzadənin yaxın günlərdə kulis.az saytına verdiyi “Təkamül nəzəriyyəsi sübut olunub” başlıqlı müsahibəsinə cavab mahiyyəti daşıyır. Daha öncə Yalçın İslamzadənin ““Təkamül: İstifadə Rəhbəri” kitabı nədən bəhs edir?” məqaləsinə cavabməqaləmizdə də Y. İslamzadənin darvinizmlə bağlı xətalı şərhlərinə açıqlama gətirmişdik.

Müsahibə, ümumilikdə, fəlsəfi məzmun üzərində qurulsa da, müəyyən nüanslar olub ki, Y. İslamzadə bu amilləri darvinizmə dəlil kimi təqdim etmişdir. İndi isə, gəlin sırayla bu iddialara elmi cavabları təqdim edək:

I iddia. “(Təkamül nəzəriyyəsi) olduqca yüksək açıqlama gücünə sahib bir nəzəriyyədir və gücünü üç sadə anlayışdan alır: 1) variasiyalar – bütün fərdlər fərqlilik göstərir; 2) təbii seçmə – variasiyalar həyatda qalmaq baxımından avantaj və dezavantajlar yaradır, təbii seçmə prinsipi hansı variasiyaların həyatda qalacağına qərar verir; 3) irsiyyət – həyatda qalan fərdlər bu fərqlilikləri öz uşaqlarına ötürürlər”.

Variasiya, təbii seçmə və irsiyyət anlayışlarının təkamül nəzəriyyəsinə “güc” verdiyini iddia etmək bu məfhumların həqiqi mahiyyətini bilməməkdən qaynaqlana bilər. Oxumağa davam et