Tənhalıq həyatın təbii bir hissəsi deyil

tenhaliqChannel 4 News TV-nin hazırladığı sənədli filmdə milyonlarla yaşlı insanın yalnızlıq səbəbindən yaşadığı sıxıntılı həyat təsirli şəkildə ekranda göstərilmişdi. Marqaret Nikles “Əgər heç tək qalmamısınızsa, tənhalığın necə bir hiss olduğunu bilmirsiz” sözləri ilə gözlərində yaş həyatını təsvir edirdi. Roy Kraçer isə “Hər dəfə evə gələndə bomboş evə qayıdırsınız, tənhalığın sizi yenidən bürüyəcəyini bilirsiniz və bütün gününüz telefonun bir dəfə də olsun çalmasını gözləməklə keçir” sözləri ilə tənhalığını dilə gətirmişdi. 1

Dövrümüzdə tək yaşayan insanların sayı dünyada 300 milyona çatır. Üstəlik bu rəqəmin hər il getdikcə artdığı bildirilir. Xüsusilə inkişaf etmiş Qərb cəmiyyətlərində tək yaşayan, ya da özlərini tək hiss edən insanların sayında sürətli artım elm adamlarının diqqətini çəkən mövzulardan biridir. Amerika bir çox mövzuda olduğu kimi, bu mövzuda da öndə gəlir. Ölkədə 32 milyondan çox tək yaşayan insan mövcuddur. Ailələrin 28%-ində tək yaşayan insan var.2 Oxumağa davam et