Böyük partlayış nəzəriyyəsinə qarşı etirazların əsassızlığı

CMB_Timeline75Yaradılış həqiqətinə edilən etirazlar və əsassızlığı

Buraya qədər araşdırdığımız kimi, böyük partlayışın kainatın yoxdan yaradıldığı mənasını verdiyi, yəni yaradılışı sübut etdiyi açıqdır. Bundan ötrü də, materialist fəlsəfəni mənimsəmiş astronom və fiziklər, bu həqiqətə qarşı çıxa bilmək üçün, bəzi alternativ izahlar gətirməyə çalışıblar. Bunlardan biri olan “stasionar kainat” nəzəriyyəsinə əvvəlki səhifələrdə toxunmuş və bu nəzəriyyənin əslində “kainatın yaradılması fikrindən fəlsəfi olaraq narahat olan” bəzi elm adamlarının ümidsiz səyi olduğunu ifadə etmişdik. Oxumağa davam et

Təkamül Nağılını Sübut Etmə Səyi Elmə Zərər Verir

Hal-hazırda hələ iman gətirməyən insanlar tərəfindən böyük dəstək görən Darvinin təkamül nəzəriyyəsi elmin yanlış təməl üzərinə qurulmasının ən konkret nümunəsidir. 140 il əvvəl elm dünyasının gündəminə girən bu nəzəriyyə, əslində, bütün elm tarixinin ən böyük yanılmasına səbəb olmuşdur.

Təkamül nəzəriyyəsi canlıların təsadüflər nəticəsində bəzi cansız maddələrin bir yerə gəlməsi ilə meydana gəldiyini iddia edir. Eyni iddiaya görə, təsadüfən yaranan bu canlılar yenə təsadüf nəticəsində təkamül keçirərək başqa canlılara çevrilmişlər. Bu ssenarinin isbat edilməsi üçün bir yarım əsrdir ki, böyük səy göstərilir, amma elmi dəlillər həmişə nəzəriyyənin əleyhinə olur. Bütün dəlillər təkamülün əsla reallaşmadığını, canlıların bir-birinə mərhələli çevrilməsinin mümkün olmadığını, bütün canlı növlərinin ayrı-ayrı və olduqları kimi yaradıldıqlarını göstərir. Bu açıq dəlillərə baxmayaraq, bu iddianı isbat etmək üçün təkamülçülər minlərlə araşdırma və təcrübə aparır, yalnız boş sözlərdən və aldatmacalardan ibarət cild-cild kitablar yazır, institutlar qurur, konfranslar verir, televizor proqramları hazırlayırlar. Oxumağa davam et