Yarpaqlardakı Qüsursuz Forma: Dəliklər

Kənardan baxdıqda bəzən sadəcə yaşıl bir cisim kimi görünən yarpaqlar üçün son dərəcə əhəmiyyətli formalardan biri olan dəliklər də bu nizamın mühüm hissələrindəndir. Yarpaqların üzərindəki bu mikroskopik dəliklər temperatur və su ötürülməsini təmin etmək və fotosintez üçün lazım olan karbondioksidi atmosferdən almaq vəzifəsini yerinə yetirir. Dəliklər həmçinin lazım gəldikdə açılıb-qapanan quruluşa malikdirlər.

Dəliklərin maraqlı cəhətlərindən biri isə əsasən yarpaqların alt hissəsində yerləşmələridir. Bu sayədə günəş işığının yarpağa mənfi təsirinin azaldılması təmin edilir. Bitkidəki suyu bayıra atan dəliklər əgər yarpaqların üst hissələrində daha çox olsaydılar, çox uzun müddət günəş işığına məruz qalardılar. Bu halda bitkinin istidən ölməməsi üçün dəliklər daxildəki suyu davamlı olaraq kənar edəcək, belə olduqda da bitki həddindən artıq su itkisindən quruyaraq öləcəkdi. Hər şeyi qüsursuz və əksiksiz yaradan Allah bitkilərdə də xüsusi quruluşa malik dəliklər var etmiş, su itkisindən zərər çəkmələrinin bu şəkildə qarşısını almışdır.

Oxumağa davam et