Keçən həftə Səudiyyə Ərəbistanı aralarında şiə azlıqların dini liderlərindən Ayətullah Nəmr Bəkir ən Nəmrin də olduğu 47 nəfəri edam etdiyini açıqladı. İran uzun müddətdir şiə Ayətullahın edamının qarşısını almağa çalışırdı, ancaq cəhdləri nəticə vermədi. Edam şiələrdə böyük qəzəb doğurduğuna görə kütlələr nəzarətdən çıxdılar. Səudiyyə Ərəbistanının Tehran və Məşhəd şəhərlərindəki binaları hücuma məruz qaldı, yandırıldı. Müsəlman dünyasının iki böyük gücü – iki köklü müsəlman dövlət arasında ağır gərginlik meydana gəldi. Səudiyyə Ərəbistanı İrana uçuşları dayandırdı, vətəndaşlarının İrana getməsini qadağan etdi. Son olaraq da İranla bütün ticarət əlaqələrini dondurduğunu açıqladı.
Bu prosesdə İran tərəfindən gərginliyi azaltmaq məqsədilə ardıcıl addımlar atıldı. Prezident Həsən Ruhani bölgədəki bütün ölkələrlə qardaşlıq, dostluq və yaxşı münasibətlər istədiklərini dedi. İran məhkəmələrini Səudiyyə Ərəbistanı səfirliyinə hücum edən cinayətkarları məhkum etməyə çağırdı. Xarici işlər naziri Cavad Zərif isə İranın bölgədə yeni gərginlik istəmədiyini və bölgə ölkələrinin xüsusilə terrora qarşı birləşməsini irəli sürdü. Səudiyyə Ərəbistanı uzun müddətdir edamı təxirə salmışdı. Əslində edamı dayandırmalı və ya ömürlük həbs cəzası verməli idi. Oxumağa davam et