Əsl Dost Qullarının Xoşbəxtliyini İstəyən ALLAHDIR

Qulları üçün dünya həyatını imtahan mühiti kimi yaradan Allah onlara saysız-hesabsız nemətlər bəxş etmişdir. Ehtiyacı olan və ya sevdiyi hər cür şərait hələ insan mövcud olmadan əvvəl onun üçün hazırlanmışdır. Nəfəs alacağı təmiz hava, göy üzündə uçan bir-birindən gözəl quşlar, çiçəklər, tayı-bərabəri olmayan nemətlər, sevdiyi insanlar, sevimli, gözəl heyvanlar, qüsursuz müvazinət sistemi və başqa bir çox şeyi Allah onun üçün yaratmışdır.

İnsan dünyaya gəldikdə ehtiyacı olan hər şeyi hazır tapır. Rahatlığı təmin olunmuşdur. Meyvələr, yeməklər, bütün dünya içindəki hər təfərrüatı ilə insanın həyat tərzinə uyğundur. İnsan isə bunları əldə etmək üçün demək olar ki, heç bir səy göstərmir. Mükəmməl müvazinət və nizamla qarşı-qarşıyadır. Bütün bunları ən incə təfərrüatına qədər onun üçün Rəbbimiz yaratmışdır. Oxumağa davam et