Yer kürəsinin kosmosdakı yeri mükəmməl yaradılışın olduğunu göstərir

illustration of solar system showing planets around sun

Günəş sistemindəki bu möhtəşəm tarazlıqla yanaşı, üzərində yaşadığımız yer kürəsi planetinin bu sistem və ümumiyyətlə kosmosdakı yeri də, yenə mükəmməl bir yaradılışın olduğunu göstərir.

Son astronomik kəşflər, sistemdəki digər planetlərin mövcudluğunun, yer kürəsinin təhlükəsizliyi və orbiti üçün böyük əhəmiyyət daşıdığını göstərmişdir. Yupiterin mövqeyi buna bir nümunədir. Günəş sisteminin ən böyük planeti olan Yupiter, varlığıyla əslində yer kürəsinin tarazlığını təmin edir. Oxumağa davam et

İşığın mükəmməl quruluşu

bogdan-chiriac-fotografie“Günəşdən yayılan şüaların, Yer üzündə həyatın mövcudluğunu dəstəkləmək üçün lazım gələn çox kiçik intervala yerləşdirilmiş olması, həqiqətən çox fövqəladə haldır”.

(Yan Kempbel (Ian Campbell), ingilis fiziki) (1)

Yaşadığımız həyat boyu ən çox gördüyümüz göy cismi Günəşdir. Gündüzləri nə vaxt başımızı qaldırıb göyə baxsaq, onun göz qamaşdıran işığı ilə qarşılaşarıq. Biri gəlib bizdən: “Günəş nə işə yarayır” deyə soruşsa isə, çox düşünmədən bu cavabı verərik: Günəş bizə istilik və işıq verir. Bu cavab, bir qədər səthi də olsa, doğrudur.

Oxumağa davam et