Yer Kürəsinin Yeri

Günəş sistemindəki bu möhtəşəm tarazlıqla yanaşı, üzərində yaşadığımız yer kürəsi planetinin bu sistem və ümumiyyətlə kosmosdakı yeri də, yenə mükəmməl bir yaradılışın olduğunu göstərir.

Son astronomik kəşflər sistemdəki digər planetlərin mövcudluğunun yer kürəsinin təhlükəsizliyi və orbiti üçün böyük əhəmiyyət daşıdığını göstərmişdir. Yupiterin mövqeyi buna bir nümunədir. Günəş sisteminin ən böyük planeti olan Yupiter varlığıyla, əslində, yer kürəsinin tarazlığını təmin edir. Astrofizik hesablamalar Yupiterin yerləşdiyi orbitdəki mövcudluğunun yer kürəsi kimi sistemdəki digər planetlərin orbitlərinin sabit qalmasını təmin etdiyini ortaya çıxarmışdır. Yupiterin yer kürəsini qoruyan ikinci bir funksiyasını isə planetoloq Corc Ueteril “Yupiter nə qədər xüsusidir” adlı bir məqalədə belə açıqlayır:“Əgər Yupiterin olduğu yerdə bu böyüklükdə bir planet olmasaydı yer kürəsi, planetlər arası boşluqda hərəkət edən meteoritlərə və kometalara təxminən min dəfə artıq hədəf olardı… Əgər Yupiter olduğu yerdə olmasaydı hal-hazırda biz də Günəş sisteminin mənşəyini araşdırmaq üçün mövcud ola bilməzdik”.52

Bir sözlə, Günəş sisteminin quruluşu, həyatın mövcud ola bilməsi üçün xüsusi nizam və quruluşa malikdir.

Oxumağa davam et