Mavi Planet

“Yer kürəsi: atmosferi və okeanlarıyla, mürəkkəb biosferiylə, uyğun şəkildə oksidləşdirilmiş qabığıyla, zəngin silisium yataqlarıyla, çökmə və ya maqmatik süxurlarıyla, zəngin buzlaqları, səhraları, meşələri, tundraları, otlaq sahələri, şirin sulu gölləri, kömür və neft yataqları, vulkanları, heyvanları, bitkiləri, maqnit sahəsi, okean dibi relyefi və hərəkətli maqmasıyla… heyrətləndirəcək dərəcədə mürəkkəb sistemdir”.  Amerikalı geoloq C. Levis (J. S. Lewis) (54. F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, səh. 2)

Əgər Günəş sistemində bir səyahətə çıxsanız olduqca qəribə bir mənzərə ilə qarşılaşarsınız. Səyahətə sistemin ən kənarından başladığınızı fərz edək. İlk qarşılaşacağınız cırtdan planet Pluton olacaq. Bu kiçik göy cismi, olduqca “soyuq” bir yerdir. Təxminən -238 ⁰C qədər!.. Bu dondurucu soyuqluqdakı planetin çox nazik atmosferi var. Lakin bu atmosfer sadəcə eliptik bir orbitə sahib olan planetin Günəşə yaxın olduğu dövrlərdə qaz halında olur. Digər vaxtlarda isə buz kütləsinə çevrilir. Bir sözlə, Pluton ölü bir buz kütləsidir.

Günəş sisteminin mərkəzinə bir qədər də irəlilədiyiniz vaxt Neptunla qarşılaşarsınız. Bu planet də olduqca “soyuq”dur: Səth temperaturu -218 ⁰C-dir. Hidrogen, helium və metan qazlarından ibarət atmosferi insan üçün zəhərlidir. Üstəlik, planetin səthində sürəti saatda 2000 km-ə çatan qorxunc fırtınalar əsir.

Oxumağa davam et

Günəş sistemindəki planetlər

fouoteujh0okqflgavqm0q“Yer kürəsi; atmosferi və okeanlarıyla, mürəkkəb biosferiylə, uyğun şəkildə oksidləşdirilmiş qabığıyla, zəngin silisium yataqlarıyla, çökmə və ya maqmatik süxurlarıyla, zəngin buzlaqları, səhraları, meşələri, tundraları, otlaq sahələri, şirin sulu gölləri, kömür və neft yataqları, vulkanları, heyvanları, bitkiləri, maqnit sahəsi, okean dibi relyefi və hərəkətli maqmasıyla… heyrətləndirəcək dərəcədə mürəkkəb sistemdir”.

(Amerikalı geoloq C. S. Levis (J. S. Lewis),)(1)

Oxumağa davam et

Yer kürəsinin kosmosdakı yeri mükəmməl yaradılışın olduğunu göstərir

illustration of solar system showing planets around sun

Günəş sistemindəki bu möhtəşəm tarazlıqla yanaşı, üzərində yaşadığımız yer kürəsi planetinin bu sistem və ümumiyyətlə kosmosdakı yeri də, yenə mükəmməl bir yaradılışın olduğunu göstərir.

Son astronomik kəşflər, sistemdəki digər planetlərin mövcudluğunun, yer kürəsinin təhlükəsizliyi və orbiti üçün böyük əhəmiyyət daşıdığını göstərmişdir. Yupiterin mövqeyi buna bir nümunədir. Günəş sisteminin ən böyük planeti olan Yupiter, varlığıyla əslində yer kürəsinin tarazlığını təmin edir. Oxumağa davam et