Yerin kütləsi və maqnit sahəsinin həyat üçün əhəmiyyəti

van-allen-maqnit-sahesi1Yerin, Günəşə olan məsafəsi, fırlanma sürəti və ya relyef formaları qədər, böyüklüyü də əhəmiyyətlidir. Planetimizi, kütləsinin ancaq 8%-i qədər kütləyə malik Merkuri və ya kütləsindən 318 misli qədər böyük kütləyə malik Yupiterlə müqayisə etdiyimiz vaxt, planetlərin çox müxtəlif böyüklükdə ola biləcəklərini görərik. Bəs görəsən bu qədər müxtəlif ölçülü planetlər arasında, planetimizin böyüklüyü təsadüfənmi təyin edilib?

Oxumağa davam et

Kainatın Ehtişamlı Böyüklüyü

Günəş Sisteminin quruluşu hər bir təfərruatı ilə birlikdə canlılar üçün xüsusi dizayn edilmişdir. Bir başqa sözlə, kainatın fiziki qanunları kimi Dünyanın kosmosdakı mövqeyi də kainatın insan həyatı üçün xüsusi olaraq hazırlanmış olduğunu göstərən dəlillərdəndir. Aparılan bütün araşdırmalar bu qüsursuz nizam və dizaynın sonsuz güc və ağıl sahibi olan Allah tərəfindən  yaradıldığını təsdiq edir.

Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk. (Zariyat Surəsi, 47)

Kainatda qüsursuz nizam var. Bu qüsursuz nizam içində Günəş Sistemi çox kiçik yer tutur. Ancaq kainata görə bir nöqtə qədər kiçik olan bu sistem bizə görə çox böyükdür. Günəş Sisteminin böyüklüyünü bir az daha təfərruatlı düşünək. Oxumağa davam et