Dua

Bir in­sa­nın Al­la­ha iman gə­tir­di­yi­ni gös­tə­rən önəm­li əla­mət­lər­dən bi­ri də dua­dır. Dua edən in­san özü­nün aciz və zə­if qul ol­du­ğu­nu, is­tə­dik­lə­ri­ni özü tək ye­ri­nə ye­ti­rə bil­mə­yə­cə­yi­ni və bun­la­rı ona an­caq Al­la­hın ve­rə bi­lə­cə­yi­ni qə­bul et­miş olur. Dua Al­la­ha qul ol­ma­ğın ən saf, ən tə­miz, ən sə­mi­mi ifa­də­lə­rin­dən­dir. Qu­ran­da da mö­min­lə­rin əsas xü­su­siy­yət­lə­rin­dən bi­ri­nin «ge­cə-gün­düz səbir edə­rək Al­la­ha dua et­mək» ol­du­ğu be­lə xə­bər ve­ri­lir:

«Sə­hər-ax­şam Rəb­bi­nin ri­za­sı­nı di­lə­yə­rək Ona iba­dət edən­lər­lə bir­lik­də özü­nü səbir­li apar. Fa­ni dün­ya­nın bər-bə­zə­yi­ni ar­zu edib nə­zər­lə­ri­ni on­lar­dan çe­vir­mə. Qəl­bi­ni Bi­zi xa­tır­la­maq­dan qa­fil et­di­yi­miz, nəf­si­nin is­tək­lə­ri­nə uyan və işin­də if­ra­ta va­ran bir kim­sə­yə ita­ət et­mə!» («Kəhf» su­rə­si, 28).

An­caq dua­nın nə de­mək ol­du­ğu­nu və ne­cə edil­di­yi­ni yax­şı bil­mək la­zım­dır. Çün­ki Qu­ran­dan kə­nar qay­naq­lar­dan (mə­sə­lən, ata-ana­dan, ət­raf­dan, ənə­nə­lər­dən) öy­rə­ni­lən dua an­la­yı­şı adətən Qu­ran­da bil­di­ri­lən hə­qi­qi dua an­la­yı­şı­na uy­ğun gəl­mir. Bu­na gö­rə də Qu­ran­da bu möv­zu­da ve­ri­lən nöq­te­yi-nə­zə­ri və ruhi halı yax­şı dərk et­mək la­zım­dır.

Oxumağa davam et