Müşriklərin Xüsusiyyətləri

Müş­rik­lə­rin Al­la­ha şərik qoşduqları, tan­rı bil­dik­lə­ri şey­lə­rin heç bir tan­rı­lıq xü­su­siy­yət­lə­ri yox­dur. Bun­la­rın in­sa­na nə xe­yir, nə də zə­rər ve­rə bil­mə­yə­cək­lə­ri­ni («Yu­nus» su­rə­si, 18), heç bir şey et­mə­yə və ya­rat­ma­ğa güc­lə­ri­nin çat­ma­dı­ğı­nı («Yu­nus» su­rə­si, 34; «Əraf» su­rə­si, 191), nə öz­lə­ri­nə, nə də baş­qa­la­rı­na kö­mək edə bil­mə­yə­cək­lə­ri­ni («Əraf» su­rə­si, 192), doğ­ru yo­la yönəldə bil­mə­yə­cək­lə­ri­ni («Yu­nus» su­rə­si, 35) Al­lah ayə­lə­rin­də bil­dir­miş­dir. Və­ziy­yət bu qə­dər bəl­li olduğu halda müş­rik­lə­rin be­lə aciz var­lıq­la­rı tan­rı seç­mə­lə­ri­nin, büt­ləş­dir­mə­lə­ri­nin sə­bə­bi, hə­qi­qət­də Al­la­hın Özü­nə aid olan bə­zi xü­su­siy­yət­lə­rin bu var­lıq­la­rın üzə­rin­də tə­za­hür et­mə­si­dir.

Mə­sə­lən, bir in­sa­nın sa­hib ol­du­ğu güc, əzə­mət, iq­ti­dar, sər­vət, cah-cə­lal ki­mi özəl­lik­lə­rin ha­mı­sı əs­lin­də Al­la­ha aid­dir. Al­lah özün­də son­suz olan bu xü­su­siy­yət­lərin yal­nız bir qismini im­ta­han ola­raq bu dün­ya­da in­san­da müəyyən də­rə­cə tə­cəs­süm et­dir­miş­dir. Bu xü­su­siy­yət­lə­ri o in­sa­nın özü­nə aid zənn edə­rək on­dan qorx­maq, onun Al­la­ha qar­şı gə­lən əmr­lə­ri­nə inan­maq, bir söz­lə, onu Al­la­ha şə­rik qoş­maq həmin yan­lış zən­nə uy­maq­dan irə­li gə­lir. Oxumağa davam et