Möminlər boş və mənasız danışıqlara məhəl qoymadıqları kimi, axirətləri üçün heç bir faydası olmayan, hətta onlara zərər verəcək boş işlərə də vaxtlarını sərf etməzlər. Möminlərin bu xüsusiyyəti ayədə belə bildirilir:
«O kəslər ki, lüzumsuz seylərdən üz döndərərlər» («Muminun» surəsi, 3).
Allahın razılığını nəzərə alınmadığı hər bir iş Quranda bildirilən həmin lüzumsuz işlərə aiddir. İnsan hətta Quranda əmr edilən ən mühüm ibadəti də Allahın razılığından kənar, vərdiş olduğu və həmin anda ona asan gəldiyi üçün, əsas, lakin ona çətin olan bir işdən yaxa qurtarmaq üçün və ya hamının etdiyi bir iş kimi edərsə, bu, lüzumsuz ola bilər. Oxumağa davam et