Zamanın Nisbiliyi…

Zamanın nisbiliyi məsələsi dövrümüzdə sübut edilmiş elmi həqiqətdir. Ancaq bu həqiqət keçən əsrin əvvəllərində Eynşteynin nisbilik nəzəriyyəsi ilə ortaya çıxmışdır. O dövrə qədər insanlar zamanın nisbi qavrayış olduğunu, mühitə görə dəyişdiyini bilmirdilər. Ancaq tanınmış alim Albert Eynşteyn nisbilik nəzəriyyəsi ilə bu həqiqəti açıq şəkildə sübut etdi. Zamanın kütlədən və sürətdən asılı qavrayış olduğunu irəli sürdü. Bəşəriyyət tarixində heç kim bu mövzunu açıq şəkildə dilə gətirməmişdi.

Ancaq tək bir istisna ilə! Quranda zamanın izafi (nisbi) olduğunu göstərən məlumatlar verilirdi. Bu mövzu ilə bağlı ayələri belədir:

…Rəbbinin dərgahında bir gün sizin saydığınızın min ili kimidir! (Həcc surəsi, 47) Oxumağa davam et

Zamansızlıq və Qədər Gerçəyi

ZAMAN NƏDİR?

Zaman, bir anı digər an ilə müqayisə etdiyimizdə meydana gələn anlayışdır. Yəni zaman bizim yaşadığımız hadisələr arasında apardığımız müqayisəyə söykənir. Məsələn, bir insan otağa girir, sonra yerdə olan qələmi görür və əyilib onu götürür. Daha sonra bu qələmi masaya qoyur. Həmin insan, bütün bu hərəkətlər arasında müqayisə edir. Hər biri arasında müəyyən müddət keçdiyini düşünür və beləcə zaman hissini əldə edir.

Yəni, zaman beyində xatirə olaraq saxlanan bəzi məlumatlar, daha doğrusu görüntülər arasında müqayisə aparıldığında var olur. Əgər bir insanın yaddaşı olmasaydı, o insan hal-hazırkı anı yaşayacaq, beyni bu cür şərhlər edə bilməyəcək və dolayısı ilə zaman hissi də meydana gəlməyəcəkdi. Oxumağa davam et