Zəif imanlı insanın inkarçıların mühitinə meyil etməsinin əsas səbəbləri

imagesQəlbi imanla sabit olduğu halda, məcbur edilən şəxs istisna olmaqla, hər kəs iman gətirdikdən sonra Allah’ı inkar etsə və qəlbini küfrə açsa, Allah’ın qəzəbinə düçar olar. Onlar üçün böyük bir əzab vardır. Bu, ona görədir ki, onlar dünya həyatını axirətdən üstün tuturlar. Həm də Allah kafirləri doğru yola yönəltmir. Bunlar o kəslərdir ki, Allah onların qəlbinə, qulaqlarına və gözlərinə möhür vurmuşdur. Onlar əsl qafildirlər. Şübhəsiz ki, axirətdə ziyana uğrayanlar da onlardır! (Nəhl surəsi, 106-109)

 Möminlərlə birlikdə imiş kimi göründüyü halda, inkarçıların olduğu mühitlərə meyil edən insanlar hər dövrdə hər müsəlman qrupun içindən çıxmışdır. Bu cür insanları üç qrupa bölə bilərik: Oxumağa davam et

Dua sıxıntı və zərərə yol açan hadisələrə qarşı sədd çəkir

imagesMöminlərlə zəif imanlı insanların duaları arasındakı fərq nədir?

İnsan dua edərkən nəyə diqqət etməlidir?

“Birdən olsa” məntiqi ilə dua etmək nə üçün böyük qəflətdir?

Bəzi insanlar vərdiş kimi, xüsusilə də çətin vəziyyətlərdə dərhal Allah’a dua edirlər. Ancaq bu insanların duası möminlərin duasından çox fərqlidir. Çünki bu insanlar ancaq çətinlik anlarında Allah’a möhtac olduqlarını xatırlayır və o an sıxıntıdan xilas olmaq üçün uca Allah’a üz tutaraq dua edirlər. Halbuki, insanın həyatında Allah’a möhtac olmadığı bircə an da yoxdur. İman zəifliyi olan insanlarla möminlərin dualarındakı fərq burada üzə çıxır.

Möminlər həmişə və hər vəziyyətdə Allah’a üz tuturlar. Dua etmək üçün özlərinə sıxıntı gəlməsini gözləmirlər. Oxumağa davam et