Materialistlərə suallar

İnsanların düşüncələrinin, mühakimə bacarıqlarının, qərar vermə mexanizmlərinin, sevinc, həyəcan, rahatlıq kimi duyğularının1340207562-628 beyinlərindəki neyronların bir-biri ilə qarşılıqlı təsiri olduğunu irəli sürmək çox məntiqsiz iddiadır. Mövzu üzərində daha ətraflı düşünən materialistlər də bunu başa düşürlər. Tanınmış materialist Karl Leşli insan şüurunu maddəyə sadələşdirməyin mümkünlüyünü uzun illər müdafiə etdiyinə baxmayaraq, karyerasının sonlarında bu fikri söyləmişdir:

Zehin-bədən əlaqəsi istər həqiqi metafizik mövzu, istərsə də sistemli xəta kimi nəzərdən keçirilsin, bu mövzu psixoloqlar və insan məsələləri ilə məşğul olan nevroloqlar üçün hələ də problemdir… Necə olur ki, beyin fiziki-kimyəvi sistem kimi bir şeyi qavrayır və ya bilir, yaxud bunu etdiyinə dair özünü aldada bilir? Oxumağa davam et