Unutdurulan rohinca müsəlmanları kömək gözləyir

 

Myanmada 2015-ci ilin noyabrında keçirilən seçkilərdə müxalifət və demokratiya tərəfdarı, Nobel Sülh mükafatına layiq görülmüş [i] lider Aung San Suu Kyinın qalib gəlməsindən sonra xuntanın da yer aldığı yeni parlamentin ilk iclası ötən günlərdə baş tutdu. Ölkənin tarixində ilk dəfə Myanma parlamentində müsəlman deputat yoxdur. 50 ildən çox bir vaxtdan sonra ilk demokratik parlamentin yaranması ümid verici olmaqla yanaşı, Suu Kyinin seçki dövrü ərzində rohincalardan heç bəhs etməməsi diqqətçəkicidir. Ancaq hökumət içində xuntanın hələ də varlığını davam etdirdiyini nəzərə alsaq, bunun vəziyyəti çətinləşdirməmək üçün edilən müvəqqəti bir davranış olduğunu düşünmək yerində olar.

Bununla yanaşı, xunta rəhbərliyinin hələ də parlamentdə qəbul olunan qərarları blok edə biləcək sayda olması narahatlıq vericidir. Etnik məsələlərlə məşğul olan nazirliyin xuntanın əlində olması rohincaların lehinə qərar qəbul olunmasının qarşısında böyük maneədir. Ölkədə hələ də rohincalara qarşı aparılan ayrı-seçkilik davam edir. Hazırda 140 minlik rohinca xalqı düşərgələrdə saxlanılır və 1.3 milyonunun isə humanitar yardım almasının qarşısı alınır. Oxumağa davam et