BMT-nin Təhlükəsizlik Şurasının islahatlara ehtiyacı var

 

bmt

Qlobal sülh və təhlükəsizliyi təmin etmək, müharibələrin qarşısını almaq missiyasını qarşısına məqsəd qoyan BMT son dövrdə böyük tənqidlərə məruz qalır. Tənqidlərin mərkəzində Suriya böhranı başda olmaqla, qurumun müharibələr, böhranlar və münaqişələr qarşısında təsirsiz və uğursuz fəaliyyəti ilə nəzdindəki Təhlükəsizlik Şurasının daimi üzvlərinin imtiyazlı statusu dayanır.

Ötən ilin mart ayında 21 yardım təşkilatı BMT-ni tamamilə uğursuz olmada təqsirləndirmişdi. Amnesty İnternational təşkilatının baş katibi Salil Shetty də 21-ci əsrin ən böyük insanlıq sınaqlarından biri kimi təsvir etdiyi miqrant böhranında təşkilatın uğursuz olduğunu çox ağır formada tənqid etmişdi.

2015-ci ilin sentyabr ayında 70-cisi keçirilən BMT-nin Baş Assambleya görüşləri də bu cür tənqidlərə səhnə oldu. Təhlükəsizlik Şurası qarşısında Baş Assambleyanın səlahiyyətlərinin artırılması və daimi üzvlərin veto hüquqlarının məhdudlaşdırılması istiqamətində islahat tələbləri də gündəmdə idi. Oxumağa davam et

Bərabərsizlik dünya sülhünü təhdid edir

 

inequality-014-1220x763

Amerika Birləşmiş Ştatlarının prezident seçkiləri artıq bir millətin daxili məsələsi olmaqdan çıxıb. 8 noyabr 2016-cı il seçkilərini bütün dünya diqqətlə izləyir. Yeni seçiləcək prezidentdən beynəlxalq terrorizmdən, silahlı münaqişələrə, nüvə silahlanmasından dünya enerji resurslarının idarə edilməsinə kimi bir çox qlobal problemə çarə tapılması gözlənilir. ABŞ-ın 58-ci prezidentinin qarşısına qoyulacaq başqa bir mühüm məsələ isə dünyanın iqtisadi problemləridir. Bu iqtisadi problemlərin ən əhəmiyyətlisi də dünyada sürətlə artan gəlir bölgüsü məsələsidir. Yəni dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ xalqının seçimi müəyyən mənada dünyadakı ən yoxsul millətlərin rifahına birbaşa təsir göstərəcək.

Bu gün dünya əhalisinin böyük hissəsi çox ağır şəraitdə yaşamaq uğrunda mübarizə aparır. 1,5 milyard insan elektrikdən məhrumdur. Afrikadakı ölümlərin böyük əksəriyyəti malyariya, vəba, tənəffüs yolu və ya doğuş öncəsi infeksiyalar kimi qərb dünyasının çoxdan həll yolu tapdığı xəstəliklərdən irəli gəlir. 2015-ci ildə hər 7 nəfərdən biri gündə 1,25 dollarla həyatını davam etdirməyə çalışır. Beləliklə, yoxsulluq həqiqi mənada dünyanın ən vacib problemlərindən biridir. Oxumağa davam et

Amerikanın acı ənənəsi: məktəb terrorları

mekteb-terroru

“Bu, (terror hadisələri) artıq ənənə halını alıb və mən bu kürsüdən səslənirəm: bu ənənəyə son qoyulsun. Biz bu mövzuda laqeyd olmuşuq.”

Təəssüf ki, məktəb terrorları Amerikanın qorxunc ənənəsinə çevrilib. ABŞ-nın prezidenti Obamanın da yuxarıdakı sözlərində bildirdiyi kimi, bu terrorlar ABŞ cəmiyyətinin bir ənənəsinə çevrilib. Keçən həftə 26 yaşlı bir gəncin Umpqua kollecində həyata keçirdiyi, 10 nəfərin ölümü ilə nəticələnən Oreqon terroru Amerikada 2015-ci ildə baş verən 45-ci məktəb terrorudur. ABŞ Federal Təhqiqatlar Bürosuna (FTB) əsasən 4 və daha çox insanın qətlə yetirildiyi terror hadisələri kütləvi qırğın hesab edilir. Buna əsasən Amerikada təkcə bu il 294 kütləvi qırğın baş verib.1

Bu dəhşətli statistika ABŞ-nın əsl probleminin nüvə silahı ilə təhlükə yaradan super qüvvələr və ya terror təhlükəsi meydana gətirən radikallar deyil, böyük ölçüdə özündə olduğunu göstərir. Amerika cəmiyyəti öz vətəndaşlarından qorxur. Əsasən terrorların həyata keçirildiyi məktəblərdən qorxur. Təkcə kütləvi qırğınlar deyil, Ferqusson hadisələri kimi ictimai məsələlərin də baş verməsi bu gözəl xalqın üstünə kabus kimi çöküb. Mehribanlığı, azadlığı, xoşbəxtliyi və demokratiyası ilə nümunə olan ABŞ cəmiyyətinin terror cəmiyyətinə çevrilməsinə əsla göz yuma bilmərik. Oxumağa davam et

Homoseksuallıq (cinsi azğınlıq) haqqında insanlardan gizlədilən önəmli gerçəklər

15977224_1517090834985093_5816036105165368994_nAilə cəmiyyətin təməlidir. Valideyn və uşaqlardan ibarət ailələr cəmiyyətin inkişaf etməsi və sağlam qala bilməsi üçün lazımdır. Ancaq hal-hazırda bəzi Qərb ölkələrində normal ailə anlayışı ilə ziddiyyət təşkil edən yeni trend mövcuddur: homoseksual evliliyi. Aydındır ki, bir cəmiyyətin müasir olması o cəmiyyətin azad olması ilə mütənasibdir. Ancaq dəyişən Qərb mədəniyyətləri və dəyərləri homoseksual evliliyinin də guya bir növ azadlıq olduğunu müdafiə edir və bir çox aktivist cinsi əxlaqsızlığı “qorunmalı olan insan hüquqları problemi” kimi qəbul edir. Onları nümunə götürənlər də guya müasir və dəbə uyğun davranmaq naminə onları müdafiə edərək əslində cəmiyyətə, xüsusən də uşaqlara və gənc nəsilə verdikləri zərərin fərqində olmurlar.

Nəticə olaraq homoseksual aktivistlər yaşadıqları azğın həyat tərzini həm öz cəmiyyətlərinin daxilində, həm də xaricində genişləndirmək üçün hər cür imkandan istifadə edirlər. Bəzi media orqanları isə homoseksualların bu istiqamətdə fikirlərini yaymaq və haqlı çıxarmaq üçün istifadə etdikləri ən mükəmməl vasitə halına gəlib. Homoseksual hüquqlarını və cinsi azğınlıqlardan ibarət olan həyat tərzini müdafiə edənlər Hollivud filmləri, televiziya şouları, dəb proqramları, informasiya bülletenləri, köşə yazıları, musiqi videoları, kitablar və jurnalların yer verdiyi informasiyalar sayəsində intensiv şəkildə dəstəklənir, azğın fikirlər leqal hala gətirilir. Oxumağa davam et

Afrikada yeni koloniyalaşma dalğası və torpaq soyğunçuluğu

 

afrikaAfrika 2000-ci illərin əvvəllərindən başlayaraq mərhələli şəkildə davam edən yeni koloniyalaşma dalğasının içinə düşdü. Nəhəng qitənin bu günə qədər insan resurslarının, işçi qüvvəsinin, təbii ehtiyatlarının, neftinin müstəmləkəçi güclər tərəfindən istismar edildiyi azmış kimi, bu dəfə də ən dəyərli və yararları torpaqları bir-bir əlindən çıxmağa başladı.

Xüsusilə ötən 10 il ərzində Səhra-altı Afrika adlanan bölgədəki ərazilərin xarici investorlara dövr edilməsi əməliyyatı artan sürətlə davam etdi. Bu günə qədər regionda təxminən 40 milyon hektar ərazi beynəlxalq investorlar tərəfindən alındı və ya icarəyə götürüldü.

Məsələ ilə bağlı son bir neçə ildir ki, mediada, “Afrikanın 2-ci talanı”, “Afrikaya ərazi hücumu”, “Yeni koloniyaçılar” və s. başlıqları tez-tez yer alır. Təkcə bir hind firmasının Efiopiyada 300 min hektar ərazi aldığı, Madaqaskarın əkinə yayarlı torpaqlarının az qala yarısının Cənubi Koreya firmasına pulsuz verildiyi, Tanzaniyanın Serengetisində Dubay kral ailəsinə 150 min hektar safari ərazisi verildiyi, Liberiya ərazisinin dörddə birinin xarici firmalara kənd təsərrüfatı ərazisi üçün məxfi tender edildiyinə dair xəbərlər daim qarşımıza çıxır. Oxumağa davam et

Afrika kömək üçün fəryad edir

 

afrika-acliqBeynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan məsələlər hər gün mətbuatda gündəmə gəlsə də, bir də gündəmə gəlməyən böyük faciə baş verir dünyada. Tanıdığımız, unudulmamış və heç bitməyən bir faciədir bu: Afrika və aclıq faciəsi.

2011-ci ildəki daxili qarşıdurmalar və böyük quraqlıqdan sonra Somalidəki qorxunc mənzərələrə şahid olmuşduq. İnsanlar acından ölür, beynəlxalq ictimaiyyət reaksiya vermir və on beş milyon insanın acından ölməsini bütün dünya sadəcə seyr edirdi. Əlbəttə, bu problemə çarə tapmağa çalışanlar oldu, amma səyləri yetərli olmadı. Dünyanı hərəkətə keçirməyə gücləri çatmadı. Oxumağa davam et

ABŞ-ın ehtiyacı müharibə yox, sülhdür

 

abs%cc%a7-muharibeRəsmi olaraq çox dilə gətirilməsə də, dünyadakı müharibələrin, iğtişaşların, gizli müstəmləkəçiliyin, qlobal layihələrin arxasındakı baş aktyorun ABŞ olduğu geniş şəkildə qəbul edilmiş fikirdir. Buna görə də ABŞ hər zaman ən çox reaksiya yönəldilən ölkə olmuşdur. Hər fürsətdə ABŞ-la birlikdə ortaq hərbi, siyasi, iqtisadi maraqlar istiqamətində hərəkət edən İngiltərə, Fransa kimi müttəfiqləri isə çox vaxt bu reaksiya və tənqidlərin hədəfi olmurlar. Hədəf həmişə ən böyük qlobal güc titulu daşıyan ABŞ-dır.

Bəs, həqiqətənmi, ABŞ müstəqil qlobal gücdür? Yoxsa dərindəki bəzi qüvvələr hələ ki, ona bu rolu uyğun görüblər? Görəsən, ABŞ imperialist ehtirasların məhsulu olan müharibələrə öz seçimi və iradəsi ilə daxil olub, yoxsa bunların içinə sürüklənərək istifadə olunub?

Bu sualların cavabını düzgün anlamaq üçün ABŞ-ın lap əvvəldən imperializmin qurbanı olan ölkə olduğunu xatırlatmaq lazımdır. Oxumağa davam et

Yaxın Şərq xəritəsi “müasir 40 hərami” tərəfindən çəkilib

middle_east_mapTarixçilər Yaxın Şərqdə baş verən müharibələrin səbəbi kimi 20-ci əsrin əvvəlində çəkilən süni sərhədləri göstərirlər. Osmanlıdan sonra bölgədə qurulan dövlətlər tarixi sosioloji və ya coğrafi həqiqətlər üzərində inşa olunmadı. Britaniya İmperiyasının maraqları əsasında, başda İraq və Suriya olmaqla, yeni sərhədlər çəkildi.

Bir çox siyasi analitiklər Yaxın Şərqi İngiltərə ilə Fransa arasındakı gizli Says-Piko sazişinin formalaşdırdığını zənn edirlər. Əslində isə 100 ildir ki, bölgəni oda atan xəritə Qahirə konfransında bir çox ingilis diplomat, hərbçi, cəsus və siyasətçilərin iştirakı ilə çəkilmişdir. Həmin dövrün müstəmləkələr naziri Uinston Çörçil Osmanlı torpaqlarını kağız üzərində parçalayan bu heyəti “40 hərami” adlandırmışdır. Oxumağa davam et

Rohinca müsəlmanları: dünyanın ən yalnız xalqı

myanma-zulmuİnsan hüquqları sahəsində cənub-şərqi Asiyanın şübhəsiz, ən pis keçmişə malik ölkəsi Myanma bir il əvvəl bütün dünyanı həyəcanlandıran və ümid verən hadisəyə şahid oldu. Yarım əsr davam edən hərbi cunta rəhbərliyindən sonra 2015-ci il noyabr ayındakı parlament seçkilərində Milli Demokratiya Birliyi Partiyası (NLD) qalib gəldi. Partiyanın lideri Nobel Sülh Mükafatının sahibi Aung San Suu Kyinin seçki vədlərindən biri, “həqiqi dəyişiklik” idi. Ancaq aradan keçən bir il açıq şəkildə göstərdi ki, Rohinca müsəlmanları üçün dəyişən heç bir şey olmadı. Onlar hələ də dəhşətli etnik təmizlikdən əziyyət çəkirlər.

Rakhine (Arakan) əyalətini rohincalardan təmizləmə layihəsi bütün sürəti ilə davam edir. Myanma ordusu və təhlükəsizlik qüvvələrinin oktyabr ayından etibarən davam edən əməliyyatlarında yüzlərlə günahsız rohincalı qətlə yetirildi, yüzlərlə qadına təcavüz edildi, yüzlərləsi zülmdən qaçmağa çalışarkən yolda həyatını itirdi. Müsəlmanlara məxsus minlərlə ev talan edildi, yandırıldı. Oxumağa davam et

Saxta bayraq əməliyyatları

bayraqSülh iradə, səbir və zəhmət tələb edir. İnsanların bir arada əmin-amanlıq şəraitində rahat yaşaması asan və gözəl ikən, tarix boyu bir çox nəsil müharibəni, öldürməyi, qətliamı asan görüb. Sülhdə, sevgidə, dostluqda iradə göstərmək əvəzinə, ən kiçik bir münaqişəni yüz minlərlə insanın qanının axdığı müharibəyə çevirməyi üstün tutublar. Bəzən də ortada hər hansı bir münaqişə olmadığı halda, müxtəlif hiylə və aldatmalarla münaqişələrin zəminini hazırlayıblar.

Hərbi qüvvələrin, kəşfiyyat təşkilatlarının, ya da terrorçu qrupların hamısı adi silahlı qüvvələrdən başqa strategiya olaraq aldatma üsulları tətbiq edir. Burada hədəf  mövcud qüvvələr, məqsəd strategiya kimi məlumatların qarşı tərəfdən gizlədilməsidir. Başqa məqsəd isə döyüşən tərəfin öz tərəfdarlarında, xalqında və ya dünya ictimaiyyətində razılıq yaratmaqdır. Bəzən bu məqsəd cəmiyyətləri və ya hakimiyyətləri qızışdırmaq və bir istiqamətə doğru istiqamətləndirmək üçün də istifadə edilir. Oxumağa davam et

Dəyərli peyğəmbərimizin (səv) gözəl əxlaqını dərk etmək

12366915-depositphotos_4761179_l-2015-1469621537-650-6dafa33e82-1469628046Peyğəmbərimiz (səv) 1400 il əvvəl dünyaya gəldikdə Ərəbistan yarımadasında barbarlıq və vəhşilik hökm sürürdü. Heç bir qanun və ya sistemin olmadığı, qadınların alçaldıldığı bu region bir neçə on il ərzində qeyri-adi bir dəyişikliyə şahid oldu. Qısa müddət ərzində möhtəşəm sivilizasiya sürətlə inkişaf edərək görünməmiş sevgi, əmin-amanlıq, bərabərlik, nizam və qadınlara hörmət anlayışını da özü ilə gətirdi. Bütün bu gözəlliklər uca Allahın hz. Muhammədi (səv) vəsilə etməsi ilə baş verdi. Peyğəmbərimizin (səv) mübarək doğum  həftəsində onun xarakterinin gözəlliyini və fəzilətini bir daha xatırlayaq və nə üçün dünyaya nümunə olduğunu bir daha görək. Oxumağa davam et

Sionizm: yersiz və yanlış anlaşılan qorxu

musevilikte_yalan1648-ci il Vestfal müqaviləsindən irəli gələn millətçilik 1789-cu il fransız inqilabı ilə birlikdə dünyaya güclü şəkildə yayılmağa başladı. Belə ki, milli dövlət xəyalları 150 il ərzində siyasəti formalaşdırdı. Bu müstəqillik müharibələrinin əsasında millətçilik hissləri yatırdı. Eyni mədəniyyətə malik, eyni dili danışan, eyni bölgənin insanları artıq eyni bayraq altında birləşmək istəyirdilər. Belə ki, bu yüzlərlə millətçilik cərəyanından yalnız biri həmişə digərlərindən fərqli qəbul edildi, günahlandırıldı və konspirasiya nəzəriyyələrinin mərkəzində yer aldı.

Bu cərəyan adını İsraildəki Siyon dağından alan, dünyaya səpələnmiş musəviləri bir dövlət altında birləşdirməyi hədəf alan sionizm idi. Dünyanın bir çox ölkəsinə səpələnmiş, yüzlərlə fərqli şəhərdə diaspor həyatı yaşayan və getdikləri hər yerdən qovulan musəvilər əcdadlarının torpaqlarında özlərinə aid dövlət qurmaq istədilər. Hər bir millətçi cərəyan özünə dost və düşmən qazanarkən sionizm demək olar ki, hər siyasi cərəyandan, xüsusilə də protestant liberalizmdən əleyhdarlar qazandı. Oxumağa davam et