Suzanbağlarındakı “Ağıl”..

Torpaqdaki kiçik çiçəklər bütün mükəmməlliklərinə baxmayaraq, insanlar tərəfindən adi qarşılanır. İnsanların bu çiçəklərdəki yaradılış möcüzələrini qavramalarına mane olan isə onları hər gün, hər yerdə görmələrinin əmələ gətirdiyi vərdişdən başqa bir şey deyil. Fərqli yerdə, fərqli şəraitdə yetişən və başqa ölçülərdə olan çiçəklər, “adətkarlıq eynəyi” olmadan qiymətləndiriləcəklərindən Allahın varlığının dərk edilməsinə daha da kömək olacaqdır.

Torpağın üzərindəki kiçik çiçəklər bütün mükəmməlliklərinə baxmayaraq, insanlar tərəfindən adi qarşılanır. İnsanların bu çiçəklərdəki yaradılış möcüzələrini qavramalarına mane olan isə onları hər gün, hər yerdə görmələrinin əmələ gətirdiyi vərdişdən başqa bir şey deyil. Fərqli yerdə, fərqli şəraitdə yetişən və başqa ölçülərdə olan çiçəklər, “adətkarlıq eynəyi” olmadan qiymətləndiriləcəklərindən Allahın varlığının dərk edilməsinə daha da kömək olacaqdır. Oxumağa davam et

Ən Uzun Boyunlu Heyvan: Zürafə

Zürafələrin olduqca heyrətamiz xüsusiyyətləri var. Bunlardan biri o qədər uzun olan boyunlarının digər bütün məməlilər kimi sadəcə 7 fəqərə vasitəsilə daşına bilməsidir. Heyrətamiz digər bir xüsusiyyətləri də vücudlarının uzun boyunlarının üzərində olan beyinlərinə qan çatdırmada çətinlik çəkməmələridir. Bir az düşünüldüyü zaman o qədər uzağa qanın verilməsinin nə dərəcədə çətin olduğunu görə bilərik. Ancaq zürafələr bu mövzuda çox çətinlik çəkmirlər, çünki ürəkləri qanı lazım olduğu qədər uzağa apara bilən xüsusiyyətlərə sahibdir. Bu da onların rahat yaşayışlarını davam etdirə bilmələrinə imkan yaradır.

Lakin bu dəfə də başqa bir çətin vəziyyətlə qarşı-qarşıya qalırlar ki, o da su içmək üçün əyilərkən əslində qan təzyiqinə tab gətirməyərək beyin qanamasından ölə bilmə təhlükəsidir. Ancaq boyunlarındakı mükəmməl sistem sayəsində bu risk tamamilə aradan qaldırılmışdır. Yerə əyilərkən boyun damarlarında olan qapaqlar bağlanaraq beyinə həddən artıq qan getməsinə mane olur. Oxumağa davam et

Tırtıldan Kəpənəyə…

Sizin 450-500 ədəd yumurtanız olsa və bunları bayırda mühafizə etmək lazım gəlsə nə edərsiniz? Onların külək kimi təbii şəraitin təsiri ilə açılıb dağılmalarının qarşısını ala bilən bir tədbir görməyiniz şübhəsiz ki, ən ağıllı olandır.

Dünyada bir dəfəyə ən çox yumurta qoyan canlılardan biri olan ipəkqurdu (450-500), yumurtalarını qorumaq üçün çox ağıllı üsuldan istifadə edir: Yumurtaları ifraz etdikləri yapışqan maddə ilə (iplə) bir-birinə bağlayaraq ətrafa dağılmalarına mane olur.

Yumurtadan çıxan tırtıllar ilk iş olaraq özlərinə münasib budaq tapır və daha sonra da eyni iplə oraya bağlanırlar. Sonra inkişaf etmələri üçün ifraz etdikləri bu iplə özlərinə qoza hörməyə başlayırlar. Həyata gözlərini yeni açmış bir tırtılın bu işi etməsi istirahət etmədən 3-4 gün davam edir. Bu müddətdə tırtıl min dəfə fırlanaraq təqribən 900-1500 metr uzunluğunda bir ip çıxarır. Bu proses bitdikdən dərhal sonra heç istirahət etmədən yeni bir işə və gözəl kəpənək olmaq üçün dəyişiklik keçirməyə başlayır. Oxumağa davam et