Qərb ölkələri miqrantları niyə qəbul etmək istəmir?

 

Suriyadakı vətəndaş müharibəsindən qaçan milyonlarla insan həyatlarını xilas etmək üçün dünyanın müxtəlif ölkələrinə üz tuturlar.

Məlum olduğu kimi, Türkiyə ən çox – təqribən 2,4 milyon qaçqını ölkəsində himayə edir. Türkiyə qaçqınlara sahib çıxıb, onları sanki öz evlərindəki kimi qonaq edir.

Qərb dünyasının miqrantlar məsələsindəki mövqeyi isə Türkiyədən çox fərqlidir. Avropa və Amerika sanki miqrantları görmür. Öldürülməkdən qaçan bu biçarə insanları köməksiz qoyub onlara qapılarını bağlamağa çalışır. Mərhəmətin və ədalətin beşiyi olduğunu iddia edən Avropanın miqrantlara qarşı etdikləri vicdanları sızlatmağa davam edir.

Görünüşdə təhlükəsizlik, iqtisadi səbəblər, işsizlik problemi kimi arqumentlər irəli sürülsə də, Qərbin miqrantları qəbul etmək istəməməsinin ən mühüm səbəblərindən biri də getdikcə artan müsəlman əleyhdarlığıdır. Belə ki, bu əleyhdarlıq artıq yüksək səslə dilə gətirilir. Oxumağa davam et

Cenevrə sammiti həqiqətən Suriya problemini həll edəcəkmi?

pydSuriyada sülh üçün bütün gözlər 3-cü Cenevrə sammitinə dikilib. Görüşlərdə Əsəd rejiminin nümayəndələri ilə müxaliflərin birlikdə Suriyada sülhün bərqərar olması üçün fəaliyyət istiqaməti müəyyən etməsi düşünülür. Suriya torpaqlarında mövcud xaos bu görüşlərdə də öz əksini tapıb. 25 yanvar 2016-cı ildə başlayacaq görüşlər iştirakçılarla bağlı anlaşılmazlıq və qeyri-müəyyənliklər səbəbi ilə keçən cümə gününə təxirə salınmışdı. Ancaq cümə günü də müxalif qruplar tələb etdikləri şərtlərin yerinə yetirilmədiyini əsas gətirərək görüşdə iştirak etmədilər.

Əvvəlki Riyad iclasında təşkil edilən Ali Müzakirə Komitəsi müxalif heyətin Cenevrə görüşlərində iştirak etməsi üçün BMT-dən bəzi ilkin şərtlərin təmin edilməsini tələb etmişdi. Bu şərtlər arasında 3 əsas xüsus hava hücumlarına son qoyulması, siyasi məhkumların azadlığa buraxılması və başda Madaya olmaqla, hakimiyyət qüvvələri tərəfindən mülki yaşayış bölgələrinə tətbiq olunan blokadanın aradan qaldırılması idi. Oxumağa davam et

Unutdurulan rohinca müsəlmanları kömək gözləyir

 

Myanmada 2015-ci ilin noyabrında keçirilən seçkilərdə müxalifət və demokratiya tərəfdarı, Nobel Sülh mükafatına layiq görülmüş [i] lider Aung San Suu Kyinın qalib gəlməsindən sonra xuntanın da yer aldığı yeni parlamentin ilk iclası ötən günlərdə baş tutdu. Ölkənin tarixində ilk dəfə Myanma parlamentində müsəlman deputat yoxdur. 50 ildən çox bir vaxtdan sonra ilk demokratik parlamentin yaranması ümid verici olmaqla yanaşı, Suu Kyinin seçki dövrü ərzində rohincalardan heç bəhs etməməsi diqqətçəkicidir. Ancaq hökumət içində xuntanın hələ də varlığını davam etdirdiyini nəzərə alsaq, bunun vəziyyəti çətinləşdirməmək üçün edilən müvəqqəti bir davranış olduğunu düşünmək yerində olar.

Bununla yanaşı, xunta rəhbərliyinin hələ də parlamentdə qəbul olunan qərarları blok edə biləcək sayda olması narahatlıq vericidir. Etnik məsələlərlə məşğul olan nazirliyin xuntanın əlində olması rohincaların lehinə qərar qəbul olunmasının qarşısında böyük maneədir. Ölkədə hələ də rohincalara qarşı aparılan ayrı-seçkilik davam edir. Hazırda 140 minlik rohinca xalqı düşərgələrdə saxlanılır və 1.3 milyonunun isə humanitar yardım almasının qarşısı alınır. Oxumağa davam et

İnsanlar xoşbəxt olmaq varkən niyə əzab çəkirlər?

 

xosbextlikİnsanların bir çoxu bütün səylərinə baxmayaraq, həqiqi mənada xoşbəxtliyi yaşaya bilmirlər. Bunun üçün dünya həyatında insanın ağlına gələ biləcək hər yola baş vurur, hər dəfə yeni idealların arxasınca düşür və bunları əldə etdikdə xoşbəxt olacaqlarına inanırlar. Bəzən yaxşı dost və ya rəfiqə axtarışı, bəzən maddi gözləntilər, bəzən də mənəvi istəkləri olur. Bu arzu və istəklərin hər biri istədikləri kimi gerçəkləşsə belə nəticə yenə gözlədikləri kimi olmur. Heç bir şəkildə daimi xoşbəxtliyi əldə edə bilmirlər. Çox vaxt mənəvi aləmlərində yaşadıqları bu narazılığı biruzə verməməyə çalışırlar. Amma nə qədər xoşbəxtlik təqlidi etsələr də, əslində, içdən-içə gizli əzab yaşayırlar.

Halbuki əllərində xoşbəxt olmaq üçün hər cür imkan var. Allah bir ayədə insanlara verdiyi nemətlərlə bağlı olaraq belə buyurur:

Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. (Nəhl surəsi, 18) Oxumağa davam et

İŞİD-in ideologiyası ancaq Quranla məğlub edilə bilər

isid2015-ci il gəlib keçdi, amma İŞİD dünya mediasının gündəmindən heç düşmədi. İŞİD zorakılıqları, sosial mediadakı fəaliyyətləri, təbliğat üsulları, iddialı açıqlamaları və qəddar yaraqlıları ilə həmişə gündəmdə idi. Bu radikal təşkilata qarşı mübarizə planları il boyu müzakirə edildi. İŞİD-in yeni kadrlar toplamasının qarşısını almaq və cazibə gücünü yox etməyə yönəlik səylər fasiləsiz davam etdi.

Görünən odur ki, 2016-cı il də oxşar hadisələrə şahid olacaq. Bunun işarələrindən biri yanvar ayının ilk günlərində Obama rəhbərliyi tərəfindən təşkil edilən bir toplantı idi. Kaliforniyadakı önəmli toplantının iştirakçıları arasında dünya miqyasında tanınan isimlər vardı. Dəvət edilənlərin siyahısı ABŞ rəhbərliyinin məsələyə böyük əhəmiyyət verdiyini göstərirdi. Ağ Evin yüksək rütbəli dövlət rəsmiləri, milli təhlükəsizlik müşavirləri və ABŞ-ın nəhəng texnologiya şirkətlərinin rəhbərləri bir araya gəldilər. Məqsəd dövlət qurumları və özəl sektor təşkilatlarını radikalizmə qarşı bir araya gətirmək və inkişaf etmiş texnoloji mübarizə layihəsini işə salmaq idi.

İŞİD-in internet və sosial mediadan öz ideologiyasını yaymaq üçün uğurla istifadə etdiyi məlumdur. Qərbli dövlətlərin buna qarşı təsirli mübarizə aparmadığı də hər kəsə məlumdur. Məhz Kaliforniya görüşü, əslində, İŞİD təbliğatını dayandırmaq üçün bir addım olaraq atıldı. Alınacaq yeni tədbirlər sırasında ön plana çıxanlardan biri ABŞ-ın xarici işlər nazirliyinin bildirdiyi kimi, radikal təşkilatların sloqanlarına cavab verəcək bir mərkəzin yaradılması idi. Bu mərkəz “radikal qrupların əməllərinə diqqət çəkməyə və müsbət qərb imici formalaşdırmağa” çalışacaq.1 Oxumağa davam et

Yaxın Şərq müharibələrinin bədəli

 

21-ci əsrin başlanğıcından etibarən dünya müharibə burulğanının içinə düşüb. İraq və Əfqanıstanın işğalında, Liviya, Suriya və Yəmən vətəndaş müharibələrində milyonlarla müsəlman həlak oldu. Hər gün minlərlə qadın, uşaq, qoca, gənc, məsum bu şəhid siyahılarına salınır. Dünyanın bir hissəsi həlak olarkən, digər hissəsi istifadə etdiyi müharibə silahları haqqında iftixar dolu xəbərlər yayımlayır.

Bu müharibələr sanki yeni silahlar üçün şou sahəsinə çevrilib. ABŞ yeni B2 bombardman təyyarələrini ilk dəfə Əfqanıstan və Liviya müharibələrində istifadə etdi. Silahlı pilotsuz uçan aparatlar – dronlar isə ilk dəfə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən Pakistanda istifadə edildi. 75 milyard dollarlıq F22 Raptor təyyarəsi Suriya vətəndaş müharibəsini gözlədi. Bu günə qədər 400 milyard dollar pul xərclənən və 1 trilyonluq büdcəyə malik olacaq F35 təyyarələri isə ölüm yağdırmaq üçün növbəsini gözləyir. Bu silah nümayişində Rusiya da geri qalmır. Suriya vətəndaş müharibəsində Tupelov TU-160 müharibə təyyarəsini, Raduga Kh-101 cruise raketlərini, yeni mexaniki top MSTA-B-ni, S 400 raket sistemini ilk dəfə döyüş meydanına endirdi. Fransız təyyarələri Rafalelər də ilk dəfə Liviya və Suriya vətəndaş müharibələrində istifadə edildi. Rusiya həmçinin 1500 km uçuş məsafəsinə sahib 3m-14 Kalibr raketlərini Xəzər dənizindən Suriyadakı hədəflərə göndərdi. Oxumağa davam et

Edam cəzası: ədalətsiz «ədalət»

olum hokmuEdam cəzası tarixin qaranlıq səhifələrindən gələn insanlıq ayıbı kimi dövrümüzdə hələ də tətbiq edilir. Bu cəza keçmişdəki qaranlıq dövrlərdən qalan, haqsız, ədalətsiz və sevgisiz üsuldur. Dünya xalqları yüzlərlə il dövlətlərin, kralların, hökmdarların, fironların, inkvizisiya keşişlərinin əli ilə törədilən cinayətlərə şahid olmuşdur. 21-ci əsrdə isə müasir hüquq-mühafizə qurumları artıq bu geri dönüşü olmayan cəzanı tətbiq etməkdən imtina etməlidirlər.

Edam cəzası dövrümüzdə BMT-yə üzv olan 102 ölkənin qanunvericiliyindən çıxarılmışdır. 7 ölkə edam cəzasını yalnız müharibə dövrü cinayətləri üçün tətbiq edir, 50 ölkənin isə qanunvericiliyində mövcud olmasına baxmayaraq, faktiki olaraq praktikada 10 ildir ki, tətbiq edilmir. 37 ölkənin isə həm qanunlarında, həm də praktikasında edam cəzası mövcuddur. Bu 37 ölkə arasında ABŞ, Yaponiya, Tayvan və Sinqapur sənaye ölkələridir. Belarus istisna olmaqla heç bir Avropa ölkəsi edam cəzasını tətbiq etmir.

2014-cü ildə dünyada 1652 edam cəzası tətbiq edilmiş, bunların 1000-dən çoxu kommunist Çin dövləti tərəfindən həyata keçirilmişdir. 500 məhkum isə İran, İraq, Səudiyyə Ərəbistanı, Misir, Sudan, Yəmən və Şimali Koreya ərazisində edam edilmişdir. Oxumağa davam et

Əfv diləyən bağışlamağı da bilməlidir

affetmek11Hər bir insanın nəfsində eqoizm, həsəd, kin, qəzəb kimi bir çox neqativ cəhət var. Ancaq insan iman etdiyi təqdirdə bu cəhətlərini tərbiyə edə, əxlaqını gözəlləşdirərək gerçək dincliyi və xoşbəxtliyi əldə edə bilər. İman etməyib nəfsinin arxasınca getdikdə isə nəfsin pislikləri insanın ruhunu ələ keçirir və bədbəxtlik bütün hüceyrələrinə qədər işləyir. Bu halda artıq o insan həyatını eqoistcəsinə davam etdirməyə, nifrətə özünü təslim etməyə, sevgidən uzaqlaşmağa və daima öz istəklərini, öz ehtiyaclarını güdməyə başlayır ki, bu çox təhlükəli bir haldır.

Dünyadakı imtahanın tələbi olaraq hər bir insan həyatı boyu nəfsinin xoşuna gəlməyən hadisələrlə qarşılaşa, qəlbinə toxunan sözlər eşidə bilər. Əgər insanın qəlbi imandan qaynaqlanan səbir və təvəkküllə dolu deyilsə, belə hallarda nəfsi hərəkətə keçir və insana qəzəb hakim olur. Asanlıqla həll ediləcək məsələlər problemə çevrilə bilər. Mübahisələrin, münaqişələrin, incikliklərin hətta müharibələrin ardında yatan əsl səbəb də budur.

Bir-birlərinə şəfqətlə, mərhəmətlə yanaşmayan insanlar adi hadisələrdə belə ortaq məxrəcə gələ bilmir, lazımsız yerə mübahisə edir, münaqişə edirlər. Hətta elə insanlar var ki, bir sözə görə qarşısındakı insanı yox sayıb, ömür boyu incik qalırlar. Halbuki bağışlamamaq, şəfqətli ola bilməmək ən çox həmin insanı özünü sıxır və narahat edir. Bağışlamayan qəlb sıxıntılı, narahat olur. Oxumağa davam et

NEFTLƏ ZƏNGİN YOXSUL İRAQ

iraqMesopotamiya dedikdə ağıla zənginlik, rifah, yüksək sivilizasiya və mədəniyyət gəlir. Odur ki, həmin şərtlərin bu bölgədə qurulmuş İraqa da aid edilməsi gözlənilir. Ancaq, təəssüf ki, bu gün Mesopotamiya torpaqları üzərində qurulmuş İraqın vəziyyəti heç də belə deyil.

İraq məhsuldar torpaqlara, su yollarına və enerji mənbələrinə sahib olmasına baxmayaraq, zənginlikdən, asayişdən və xoşbəxtlikdən uzaq ölkədir.

Neftlə zəngin olduğu bilinsə də, yanlış strategiyalar, təhlükəsizlik məsələləri, daxildən və xaricdən qaynaqlanan problemlər və korrupsiyaya görə iqtisadiyyatı çökmüş vəziyyətdədir.

İraq Miqrasiya və Miqrantlar naziri Dərbaz Muhəmməd bu vəziyyəti belə açıqlayır: “İraqda 8 milyon yardıma möhtac əhali və 1 milyon 300 min evini tərk etmiş insan var… Bundan əlavə, yüz minlərlə vətəndaşımız əsas qida ehtiyacını ödəyə bilmir və aclıq təhlükəsi ilə üz-üzədir”. Oxumağa davam et

İran və Səudiyyə Ərəbistanının uzlaşması günün tələbidir

img1977151Keçən həftə Səudiyyə Ərəbistanı aralarında şiə azlıqların dini liderlərindən Ayətullah Nəmr Bəkir ən Nəmrin də olduğu 47 nəfəri edam etdiyini açıqladı. İran uzun müddətdir şiə Ayətullahın edamının qarşısını almağa çalışırdı, ancaq cəhdləri nəticə vermədi. Edam şiələrdə böyük qəzəb doğurduğuna görə kütlələr nəzarətdən çıxdılar. Səudiyyə Ərəbistanının Tehran və Məşhəd şəhərlərindəki binaları hücuma məruz qaldı, yandırıldı. Müsəlman dünyasının iki böyük gücü – iki köklü müsəlman dövlət arasında ağır gərginlik meydana gəldi. Səudiyyə Ərəbistanı İrana uçuşları dayandırdı, vətəndaşlarının İrana getməsini qadağan etdi. Son olaraq da İranla bütün ticarət əlaqələrini dondurduğunu açıqladı.

Bu prosesdə İran tərəfindən gərginliyi azaltmaq məqsədilə ardıcıl addımlar atıldı. Prezident Həsən Ruhani bölgədəki bütün ölkələrlə qardaşlıq, dostluq və yaxşı münasibətlər istədiklərini dedi. İran məhkəmələrini Səudiyyə Ərəbistanı səfirliyinə hücum edən cinayətkarları məhkum etməyə çağırdı. Xarici işlər naziri Cavad Zərif isə İranın bölgədə yeni gərginlik istəmədiyini və bölgə ölkələrinin xüsusilə terrora qarşı birləşməsini irəli sürdü. Səudiyyə Ərəbistanı uzun müddətdir edamı təxirə salmışdı. Əslində edamı dayandırmalı və ya ömürlük həbs cəzası verməli idi. Oxumağa davam et