Dünyanın yaşının 4 milyard il olması nə üçün təkamül nəzəriyyəsini dəstəkləmir?

yerTəkamülçülər ssenarilərini təbii təsirlərə və təsadüflərə əsaslandırırlar. Bunu edərkən ən çox arxalandıqları məfhumlardan biri isə uzun zaman məfhumudur. Məsələn, Darvini dəstəkləyən alman elm adamı Ernst Hekel gözlənilərsə, palçıqlı sulardan canlı hüceyrənin çıxa biləcəyini iddia etmişdir. XX əsr ərzində hüceyrənin mürəkkəb quruluşunun müəyyən olunması ilə bu iddianın nə qədər cəfəng olması məlum olmuş, amma təkamülçülər uzun zaman anlayışı ilə gözdən pərdə asmağa davam etmişlər.
Əslində, bu yolla canlıların təsadüflər nəticəsində necə ortaya çıxması sualına cavab vermək əvəzinə mövzunu bir az da çətinləşdirərək problemdən xilas olmağa çalışırlar. Oxumağa davam et

DNT Ensiklopediyasının Dili

Cəmiyyətin həyatı informasiya axını və rabitə üzərində qurulub. Fərdlər və nəsillər arasında informasiya ötürülməsində ənmate-dna-dnk-medical-genes-photos-pictures-555395 əsas vasitə isə dildir. Azərbaycan dili 32 hərfdən, başqa sözlə, 32 şifrdən təşkil olunmuş dildir. Bu şifrlər sözləri, sözlər də cümlələri əmələ gətirir. Məlumat ötürülməsi və saxlanması bu şifrlər vasitəsilə həyata keçirilir.
Hüceyrənin dili də buna bənzəyir. İnsanın bütün fiziki xüsusiyyətləri bu dil vasitəsilə şifrlənərək hüceyrənin nüvəsində saxlanılır və bu dil sayəsində hüceyrə həmin məlumatlardan istifadə edir. Bu dil DNT adlı idarəedici molekulun dilidir. Dörd hərfli DNT dili A, T, Q və S hərflərindən təşkil olunub. Hər hərf nukleotid adlanan dörd ədəd azotlu əsasdan birini təşkil edir. Milyonlarla azotlu əsas mənalı ardıcıllıqla üst-üstə düzülərək DNT molekulunu əmələ gətirirlər. Oxumağa davam et

Dinozavrların quşlara çevrilməsi iddiası nə üçün elmə zidd nağıldır?

Təkamül nəzəriyyəsi mümkünsüz şeyin həqiqətə çevrilməsi ümidi üzərində qurulan bir nağıldır. Bu nağılda quşlardino-kus özünəməxsus yer tutur. Quş, hər şeydən əvvəl, qanad kimi möhtəşəm orqana malikdir. Qanadlar quruluşca gözəl olmalarından əlavə, bir-birləri ilə olan mükəmməl ahəngdarlıqları ilə də heyrət doğururlar. Belə ki, uçmaq min illərlə bəşəriyyətin istəyi olmuş, minlərlə elm adamı və tədqiqatçı bu mövzuya əmək sərf etmişlər. Bəzi çox bəsit təcrübələr istisna olmaqla, bəşəriyyət ancaq XX əsrdə uçan vasitələr düzəldə bilmişdir. Quşlar isə bəşəriyyətin yüz illik texnoloji imkanları ilə etməyə çalışdıqları işi milyonlarla il əvvəldən bu günə qədər həyata keçirirlər. Üstəlik, bu cür bacarığı quş balası bir neçə qısa təcrübədən sonra əldə edir. Həm də bir çox xüsusiyyəti ilə bugünkü texnologiyanın son məhsulu olan təyyarələrlə müqayisə edilməyəcək qədər mükəmməl şəkildə… Oxumağa davam et

Dənizin Dərinliklərində Çətin Şəraitdə Yaşayan Canlıların Taktikaları

deniz12XXI əsrdə dünyada kəşf ediləcək çox az təfərrüatın qaldığını düşünə bilərsiniz. Ancaq dənizlərin dərinlikləri hələ də müəmmasını qoruyur. Təqribən, 4 km dərinliyə malik okeanlar yerin 70%-ini tutur. Ona görə, dənizlərin dərinliyi bütün təbii mühitlər arasında ən geniş və ən çətin şəraitli yerlərdir. Ancaq Rəbbimizin rəhməti olaraq çox soyuq, tamamilə qaranlıq, əsasən, oksigen çatışmazlığı olan və səthdəkindən 1000 dəfə artıq təzyiqə malik dənizlərin dərinliyi bir çox canlı növünün sığınacağıdır.
Okeanların dibi həyat şəraiti baxımından ən əlverişsiz mühit olsa da, buralarda yaşayan canlılar var. Akulalar, qorxunc görünüşə malik, gözlərinin altındakı lampalardan qırmızı şüalar yayılan əjdaha balıqları, parıldayan balıqlar, selakant, dəniz zanbaqları, qırmızı mürəkkəb balığı, qaranlıqda parıldayan qolları olan osminoq, 13 metr uzunluğunda nəhəng kalmar (architeuthis), bakteriyalar, molyusklar və qabıqlı canlılar bu dərinliklərdə Rəbbimizin yaratdığı qüsursuz müxtəlifliyə nümunədir. Oxumağa davam et

700.000 il əvvəl insanların çox yaxşı inşa edilmiş gəmilərlə okeanlara səfər etdiklərini bilirdinizmi?

gemilerYaxud ibtidai “mağara adamı” kimi təqdim edilən insanların əslində dövrümüzdəki rəssamlardan heç də geri qalmayan qabiliyyəti və estetika anlayışı olduğunu eşitmişdinizmi?
80.000 il əvvəl yaşayan və təkamülçülər tərəfindən “meymun adam” kimi göstərilən neandertal irqinin musiqi alətləri düzəltdiyini, geyim zövqünə malik olduğunu, isti qumlarda gözəl səndəllərlə gəzdiyini bilirdinizmi?
Bunların heç birini eşitməyə bilərsiniz. Əksinə, bu insanların yarı-meymun yarı-insan, danışma qabiliyyətindən məhrum, dik dura bilməyən, yalnız qırıq-qırıq səslər çıxaran, vəhşi mağara adamları olduğunu düşünə bilərsiniz. Çünki bu böyük yalan təxminən 150 ildir dünyanın hər tərəfində insanlara təlqin edilir.
Bu təlqinin məqsədi isə materialist fəlsəfəni yaşatmaqdır. Oxumağa davam et

Bioloji Kompyuter Üçün İlk Addım Atılıb

Alimlər elektronlarla işləyən kompyuterləri bioloji formaya keçirmək istəyirlər. Amerikalı tədqiqatçılar kimyəvi130329biyolojikk8.hlarge reaksiyalar vasitəsilə məlumat saxlayan və əməliyyatlar yerinə yetirən bioloji kompyuterlər icad etmək üçün elmi fəaliyyətə başlayıb.
Kompyuterlər daxil olmaqla, bir çox elektron cihaz elektronların axınını təmin edən tranzistorlarla işləyir. ABŞ-da tədqiqatçılar isə tranzistorları genetik məlumat daşıyan nuklein turşuları olan DNT və RNT-dən düzəldərək kompyuter sahəsində inqilab etməyə hazırlaşırlar.
Tədqiqat uğurla nəticələnsə, bioloji kompyuterlər silikondan hazırlanmış kompyuterlərdən tamamilə fərqli olacaq. Monitoru və klaviaturası olmayan bioloji kompyuterlər kompyuterdən daha çox yan-yana düzülmüş kiçik maye qutucuqları xatırladır. Oxumağa davam et

Bezoar Keçilərinin Kimya Biliyi

hunting_turkey (5)Təbiətdəki kimyaçılardan biri də bezoar keçisidir. Adını da bu xüsusiyyətinə görə almışdır. “Bezoar” fars dilində “dərman” deməkdir. Bu canlı özünü müalicə edə bilir.
Bezoar keçisini ilan sancdıqda dərhal yaşadığı mühitdə yetişən südləyən bitkisinin növlərindən birini yeməyə başlayır. Bu, çox heyrətamiz davranışdır. Çünki, həqiqətən də, südləyən bitkisinin tərkibindəki mayedə olan eforbon maddəsi qana qarışan ilan zəhərini zərərsizləşdirir.
Burada yenə heyrətamiz bir həqiqətlə qarşılaşırıq.
Oxumağa davam et

Bədənimizdəki Bioloji Saat

Bədənimizdə daxili saat adlandırdığımız möhtəşəm bir sistem mövcuddur. Vücud saatımızı dünyanın öz oxu ətrafında hərəkəti Biyolojiksaat08_page10_image1nəticəsində meydana gələn gecə-gündüz yerdəyişməsinə görə proqramlaşdıran bu bioloji saat sirkadian adlanır.
Uca Allah`ın sonsuz ağıl və yaratma sənətinə saysız nümunələrdən biri olan bu saat sistemi bədənimizi bütünlükdə əhatə edir. Beyinin hipotalamus hissəsində yerləşən təxminən 10 min ədəd supraxiazmatik nüvələr (suprachiasmatic nuclei – SCN) adlandırılan sinir hüceyrəsi bu saatın mərkəzini təşkil edir. SCN hüceyrələri bədənimizdəki bir çox fizioloji proseslərə nəzarət funksiyasını yerinə yetirir. Canlılardakı sirkadian saat dörd əsas gen tərəfindən idarə edilir və bu genlər SCN sahəsindən başqa bədənin, demək olar ki, bütün toxumalarında mövcuddur. Oxumağa davam et

BAYQUŞLAR BAŞLARINI 270 DƏRƏCƏ NECƏ ÇEVİRİR?

4f6350b499ABŞ-dakı Con Hopkins Universitetinin tibb fakültəsindən doktor Filip Qeyllud (Philippe Gailloud) bayquşların bunu müxtəlif səbəblərə görə bacardığını bildirir.
Bayquşlar gecə ov ovlamaq üçün başlarını 270 dərəcə çevirməlidirlər. Çünki gözləri kəllədəki göz çuxurlarında sabit durur. Odur ki, görmə bucağını dəyişdirmək üçün başlarını hərəkət etdirməlidirlər.
Bayquşların boynu insanın boynundan daha elastikdir. Onlarda 14, bizdə isə 7 boyun fəqərəsi var. Bundan başqa, bayquşda oksigenli qanın beyinə daşınma forması çox maraqlı yaradılış möcüzəsidir.
F.Qeyllud və elmi dizayner Fabian de Kok-Merkado (Fabian de Kok-Mercado) 12 ölü bayquş üzərində dəqiq anatomik tədqiqatlar aparıb. Tədqiqat nəticəsində məlum olub ki, bayquşlarda böyük arteriya damarı insandakı kimi boyunun yan tərəfində deyil, onurğa sütununun qarşısında, dönmə mərkəzinə yaxın yerdən keçir. Oxumağa davam et

Balinalar təyyarə texnologiyasına yol göstərir

Qozbel balinaları digər balina növlərindən fərqləndirən ən mühüm xüsusiyyət sanki dilikli qayçı ilə kəsilmiş girintili-çıxıntılıqozbel balina üzgəcləridir. Balina üzgəclərinin bu fərqli quruluşu elm adamlarının diqqətini cəlb etmiş və üzə çıxan bəzi suallara cavab axtarmağa başlamışlar. Bu xüsusi formanın balinaya nə təsiri var? Bu forma elm adamlarına hansı sahədə ilham mənbəyi olmuşdur?
Hər şeyi qüsursuz yaradan Allah canlılarda bizi heyrətə salan bir çox xüsusiyyət yaradır. Bu xüsusiyyətləri araşdırdıqca Allah`ın yaratmasındakı üstün sənət, elm və qüdrəti görürük. Yaxın illərdə elm adamlarının böyük balina növü ilə bağlı apardıqları tədqiqatlar da canlılardakı bu detalların göstərdiyi mühüm həqiqəti üzə çıxardı. Oxumağa davam et

Allah`ın müxtəliflik sənətinə nümunə: Qanadları olmadan uçan canlılar

newfly150tpBəzi canlılar quşlar, yarasalar və həşəratlar kimi havada uçmasalar da, Allah`ın yaratdığı mükəmməl xüsusiyyətlər sayəsində bir ağacın təpəsindən özlərini paraşüt kimi buraxır və ya dənizdən çıxaraq suyun üzərində süzürlər.
Bu canlılar suyun üzərində, meşənin dərinliklərində ağacların arasında və ya labirint formasındakı mühitdə təhlükəsiz şəkildə ağırlıqlarını ustalıqla paylayaraq, pərdə, oynaq və ya dəridən ibarət bədən üzvlərinin köməyi ilə planer kimi havada süzürlər. Bu heyvanların uçma və ya havada süzmə qabiliyyəti onların təhlükəli mühitdən uzaqlaşmasını, ov ovlamasını və ya yırtıcılara yem olmaqdan qaçmasını təmin edən təsirli metoddur və Rəbbimizin canlılar üzərindəki rəhmətinin ən gözəl təcəllilərindən biridir.

Uçan sincab

Avstraliyada yaşayan, boyu 45-90 sm olan uçan sincabların bütün növləri ağaclarda yaşayır. Əslində, uçmurlar. Bir ağacdan digərinə uzun məsafədən tullanırlar. Oxumağa davam et

Gözəl Sözün Və Gözəl Üslubla Danışmağın Əhəmiyyəti

İnsanları tanımaqda mühüm rol oynayan cəhətlərdən biri də onların danışıq üslubudur. Düşüncə tərzi, inanclar, fikir və567924 düşüncələr sözlərlə ifadə edilir. İnsan qəlbində hiss etdiklərini, fikrindəkiləri, istəklərini, ideallarını və ya qorxularını istər-istəməz danışığında əks etdirir. Ona görə, bir insanın ağıllı və vicdanlı olub-olmadığı, əsasən, dediyi sözlərdən üzə çıxır. Dürüst, səmimi, etibarlı, doğru danışan, yoxsa saxtakar, pisniyyətli, yalan danışan adam olduğu da danışığından başa düşülür.
Danışıq üslubunun insanları tanıdan cəhət olduğu el arasında da məlumdur. Bir çox məsələdə bir nəfər haqqında qərar verərkən, əvvəlcə, onun danışığı əsas götürülür. Bunu iş müsahibələrində görürük. İşə götürənlər iş üçün müraciət edənlərin yazılı məlumatlarından əlavə, bu insanlarla bir neçə dəfə üzbəüz görüşüb müxtəlif mövzular haqqında onlardan məlumat alırlar. Bu müsahibələr nəticəsində həmin şəxsin xarakterinə aid işə götürəndə təsəvvür formalaşır. Oxumağa davam et