Yer Kürəsinin Böyüklüyü və Daxili Quruluşundakı İdeal Nisbət

Yer kürəsinin daxili quruluşu və böyüklüyü xüsusi olaraq həyat üçün yaradılmışdır. Bu quruluşdakı təbəqələr sayəsində Yerin maqnit sahəsi var və bu maqnit sahəsi həyatın qorunması üçün çox əhəmiyyətlidir.

Canlılığın var olması və varlığını davam etdirməsi üçün Yerin böyüklüyü tam lazım olan ölçüdədir. Dünyamızı onun kütləsinin yalnız 8%-nə sahib olan Merkuri və ya Yer kürəsindən 18 dəfə böyük olan Yupiterlə müqayisə etsək, görərik ki, planetlər müxtəlif ölçüdədirlər. Müxtəlif ölçülərdə olan planetlərin içində Yer kürəsinin böyüklüyünün təsadüfən tam lazım olan ölçüdə meydana gələ bilməyəcəyi aydındır. Yer kürəsinin xüsusiyyətlərini araşdırdığımız zaman isə üzərində yaşadığımız göy cisminin tam lazım olan böyüklükdə olduğunu görərik. Amerikalı geoloqlar Press və Siever Yer kürəsi haqqında bu məlumatları verirlər: Oxumağa davam et

Orqanizmi Təmizləyən Lizosom Fermentləri

Gün ərzində orqanizmimizdə fərqinə varmadığımız bir çox proses baş verir. Bu prosesləri hüceyrələrimiz həyata keçirir. 100 trilyona yaxın hüceyrəmizin içində vəzifələrini çox yaxşı bilən bir çox orqanoid var. Bəzisi enerji, bəzisi zülal istehsal edir, bəzisi nəqliyyat vasitəsi vəzifəsini yerinə yetirir, bəzisi də anbar funksiyasını daşıyır.

Hüceyrənin içindəki bu orqanoidlərdən biri də lizosomdur. Lizosomu hüceyrənin həzm cihazı adlandıra bilərik. Bu orqanoidin ifraz etdiyi fermentlər orqanizmdə bir çox “parçalama” prosesini həyata keçirir. Lizosom fermentləri işə yaramayan hüceyrələri məhv edir, parçalayır və ya bir orqanoidin ətrafını əhatə edən qılafı deşir, habelə orqanizmdə daima böyüyən bəzi hüceyrələri parçalayır. Lizosom fermentlərinin bu parçalama prosesi orqanizm üçün çox əhəmiyyət daşıyır. Oxumağa davam et

Mömin İbarəli Danışmağı, Zarafatla Söz Atmağı Gözəl və Nəcib Ruhuna Yaraşdırmaz…

Müsəlmanların gözəl xüsusiyyətlərindən biri də səmimiyyətləridir. Bir söz söyləyəcəkləri zaman bunu sözün ən gözəli ilə, amma açıq şəkildə söyləyərlər. Dolayı üsulları, kinayəli danışıq üslubunu, cahiliyyə cəmiyyətlərində “söz atmaq” kimi ifadə edilən üsullardan heç vaxt istifadə etməzlər. Zarafatlarından qarşılarındakı insanlara söz atmaq üçün istifadə etməzlər. Davranış və hərəkətləri ilə ətrafındakılara nə isə izah etməyə çalışmazlar. Əgər söyləmək istədikləri bir şey varsa, bunu səmimi bir üslubla, təhqir etməyəcək sözlərlə, ən aydın şəkildə qarşılarındakı insana açıqlayarlar.  Oxumağa davam et

Hamıda Qan Eynidir?

Tarixdə ilk dəfə qan köçürülən xəstəyə bir heyvanın qanı verilmişdi. Xəstə qısa müddət sonra öldü və səbəbini heç kim anlamadı. Müxtəlif heyvanların qanları da işə yaramadıqda, insandan insana qan köçürməyi düşündülər. Qana ehtiyac olduqda qanının bol olduğunu düşündükləri və kortəbii seçilən bir neçə insandan qan köçürdülər. Ancaq bu sınaqların da çoxu uğursuzluqla nəticələndi. Qanköçürmə ilə məşğul olan həkimlər bu həyati əhəmiyyətə malik mayeni iki xüsusiyyətinə görə təhlil edib öyrənə bilmirdilər: qanın bədəndən kənarda laxtalanması və qan verilən insanın ölmə ehtimalı. Deməli, qanda həkimlərin bilmədiyi fərqli maddələr var idi. Biokimya adlı elm sahəsinin təşəkkülünə qədər bu fərqli maddələrin nə olduğu məlum deyildi.

XX əsrin əvvəllərində məlum oldu ki, qan adi qırmızı maye deyil. Hər insanın qanında onu digər insanlardan fərqləndirən müxtəlif faktorlar var. Ona görə, qanköçürmənin baş tutması üçün hər iki şəxsdə bu faktorlar uyğun olmalıdır. Qan qrupu insana məxsus xüsusi faktorların müəyyən edilməsidir. Qan qrupunu müəyyən edən 300-dən çox faktor var. Bu faktorların hər biri sizi digər insanlardan fərqləndirir. Oxumağa davam et

Onsuzda gözəl əxlaqlı ola bilərsiniz. Amma gücünüz çatırsa, ikiqat gözəl əxlaqlı olun

Bəzi insanlar fitrət olaraq, ya da uşaqlıqdan aldığı tərbiyəyə görə daha müsbət əxlaqa sahib olurlar. Bəzi insanlar da onların əksinə, daha sərt xasiyyətə malik olurlar.

Daha mülayim əxlaqa sahib olan şəxslərə nisbətən digərlərinin özlərini yetişdirməsi daha çox səy, daha çox səmimiyyət və iradə tələb edir. Ancaq nəticədə bir insanın ürəyində kifayət qədər Allah eşqi, iman coşğusu və iradə varsa, bu şəxslər də digərləri qədər gözəl əxlaqa sahib ola bilərlər. Əlbəttə ki, fitrət olaraq daha həlim xasiyyətli, daha mülayim olan insanlara nisbətən daha sərt və ya mənfi xüsusiyyətlərə sahib olan insanlar göstərdikləri səmimi səy nəticəsində Allah qatında daha çox əcr qazana bilərlər (doğrusunu Allah bilir). Oxumağa davam et

İnsana acizliyini xatırladan mikroskopik varlıqlar: viruslar

Viruslar hüceyrənin ən təhlükəli düşmənidir

Hüceyrə ilə virus arasındakı müharibə insan həyatı üçün böyük əhəmiyyət kəsb edir. Viruslar bəzən soyuqdəymə, qrip kimi xəstəliklərin səbəbi olur, bəzən də AİDS, tif kimi öldürücü xəstəliklərə səbəb olur.

Virusların hüceyrəyə hücumunun öldürücü olması və inkişaf etmiş hücum texnikası baxımından heyrətamizdir. Viruslar hüceyrəni, onun öz silahı və imkanları ilə vururlar. Nüsxələrini yaratmaq üçün onların bu ağlasığmaz hücumu, əslində, intihar hücumudur. Viruslar nəsillərini davam etdirmək üçün həm özlərini, həm də hüceyrəni fəda edirlər. Hüceyrələr həyatlarını davam etdirmək üçün zülal istehsal etmək məcburiyyətindədirlər. Viruslar isə zülal istehsalının qarşısını alaraq, hüceyrəni zülalla birlikdə virus istehsal edən fabrikə çevirirlər.

Virusun bu işi görməsi üçün mükəmməl məlumata, şüur və gücə ehtiyacı var. Yalnız elektron mikroskopu altında görünə bilən virusun bu mükəmməl quruluşunun fərqində belə olmadığı ortadadır. Bu quruluş necə meydana gəlmişdir? Gözü, beyni olmadığı halda, virus nə vaxt və necə hərəkət edəcəyini haradan bilir? Oxumağa davam et

Heç kimə və heç nəyə faydası olmayan, boş və mənasız bir hiss: KƏDƏRLƏNMƏK

Kədər Allahın Quran ayələri ilə qadağan etdiyi rəftardır. Allaha iman gətirən, Allahın sonsuz gözəl əxlaqını, sonsuz gücünü bilən bir insan üçün kədərlənəcək heç nə yoxdur. Allah o insanın qədərində nə yaradırsa yaratsın, bu, o insan üçün ən dəyərli, ən hikmətli, ən gözəl və ən xeyirli hadisələrdir.

Allah sonsuz ədalətlidir. Allah qullarını çox sevəndir. Allah mömin qulları üçün hər şeyi xeyirlə yaradandır. Allah ağrını-acını, çətinliyi də yaradar, ancaq bunları mömin qullarının daha gözəl əxlaqlı olmalarına və axirətdə daha gözəl qarşılıq görmələrinə səbəb olmaq üçün yaradar. Bu səbəbdən, mömin yoxsul olsa, əzab çəksə, xəstə olsa, tək qalsa, hər şeydən məhrum olsa belə (Allahı tənzih edirik, Allah sonsuz ədalət sahibidir), bunların heç birini kədər vasitəsi kimi görməz.  İnsan maddi-mənəvi baxımdan, həqiqətən, çox çətin vəziyyətlərlə qarşılaşa bilər. Ancaq bu şərtlərdə də insan Allahın sevgisindən əmin olmalı, Allahın rəhmətini ümid etmənin rahatlığını, sevincini yaşamalıdır. Çətinliklər qarşısında ümidsizliyə qapılmamalı (Allahı tənzih edirik), əzabı və çətin hadisələri dünya həyatının kədəri kimi görməməlidir. Oxumağa davam et

Quran Asan Olana Yönəldir

Allah bütün insanlara doğru olanı tapmaq, dəqiq məlumata və gözəl əxlaqa yiyələnmək üçün müqəddəs kitabları və onları çatdıran və açıqlayan peyğəmbərlər göndərmişdir. Allahın insanlara yol göstərici olaraq endirdiyi son kitab isə Qurandır.

Quran qiyamətə qədər qüvvədədir

Quranın qiyamətə qədər qüvvədə olduğunu və qorunacağını bilən möminlər bunun rahatlığını və etibarını yaşayırlar. Quran insanın hər hökmündən, hər əmrindən qəti əmin olduğu, vicdanının isə azad və rahat şəkildə tabe olduğu kitabdır. İnsanların bu cür yol göstəricisinin olması Allah qatından verilmiş böyük nemət və rəhmətdir. Allah Quranın möminlər üçün əhəmiyyətini bir ayəsində belə xəbər verir:

…Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yolu göstərən rəhbər, mərhəmət və müjdə olaraq nazil etdik. (Nəhl surəsi, 89) Oxumağa davam et

PEYĞƏMBƏRİMİZİN (S.Ə.V) ŞƏHİD EDİLMƏMƏSİ ALLAHIN BÖYÜK MÖCÜZƏSİDİR

Peyğəmbərimizin (s.ə.v) haqqa və doğruya dəvəti haqsızlıq və zülmdən mənfəət əldə edən, mövqelərini itirməkdən qorxan bəzilərinin Peyğəmbərimizə (s.ə.v) və onunla birlikdə olan möminlərə müxtəlif tələlər qurmasına səbəb olmuşdur. Çünki Peyğəmbərimizin (s.ə.v) açıqladığı həqiqətlərlə əllərində olan dünyəvi mənfəətlərin böyük əksəriyyəti bir anda dəyərini itirmişdir. Təkəbbürlü olduqlarına görə, o vaxta qədər sitayiş etdikləri bütlərə bağlılıqda israr etmiş, batil inanclarından əl çəkmək istəməmişlər. Əksinə, Peyğəmbərimizi (s.ə.v) ya din əxlaqından uzaqlaşdırmaq,  ya da şəhid etmək üçün birlikdə plan qurmuşlar. Halbuki, iman gətirməyənlər Peyğəmbərimizi (s.ə.v) uca Allahın qoruduğunu bilmirdilər. Oxumağa davam et

MÖMİN İÇİNDƏN GƏLƏN HƏR HİSSƏ TƏSLİM OLMAZ

Möminlər nə üçün içlərindən gələn hər hissə təslim olmazlar?

İnsan nəfsinin mənfi təlqinlərini və vicdanının səsini necə ayırd edə bilər?

Möminlər bu mənfi təlqinlərə və içlərindən gələn hər hissə təslim olmamaq üçün nə edərlər?

Bəzi insanlar içlərindən hansı hiss gəlsə, heç düşünmədən ona təslim olurlar. Fikirlərindən nə keçsə, dərhal onu düşünmədən söyləyirlər. Davranışlarının və ya dedikləri sözlərin nəticəsini ölçüb-biçmirlər. Qəzəbləndikdə əsəblərini cilovlamırlar. Daxilən küskün olanda bunu üzə vururlar. Narahat olduqda qarşı tərəfə bunu dərhal hiss etdirirlər. İçlərindən ağlamaq hissi gələndə ağlayırlar. Kədərlənmək, ümidsizliyə qapılmaq və ya inciklik təlqinləri gəldikdə dərhal bu əhvala düşürlər. Ancaq möminlər belə vəziyyətlərdə tamamilə fərqli davranırlar. Oxumağa davam et

Canlılardakı Qüsursuz Simmetriya

Həqiqətən, göylərdə və yerdə möminlər üçün dəlillər vardır. Sizin yaradılışınızda və (Allahın yer üzünə) yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır. (Casiyə surəsi, 3-4)

Əlinizə bir cüt balıqqulağı götürün və simmetrik şəkildə qarşı-qarşıya qoyun. Xətlərin düzülüşündə, böyükdən kiçiyə doğru sıralanmasında qüsursuz bir nizam və simmetriya görəcəksiniz. Təbiətdəki hansı canlı araşdırılırsa araşdırılsın, hər dəfə fövqəltəbii nizam, qüsursuz simmetriya və bənzərsiz rəng müxtəlifliyi görünəcək.

Güzgüdə üzünüzə baxın, qüsursuz simmetriya görəcəksiniz. Əlinizə bir jurnal götürüb vərəqləyin. Vərəqlədiyiniz səhifələrdə qarşınıza çıxan insanlar, quşlar, çiçəklər və kəpənəklər də eyni simmetriyaya malikdir. Oxumağa davam et

Axırzamanın mübarək şəxslərindən Hz. İsa (ə.s) mükəmməl fiziki xüsusiyyətlərinə görə dərhal tanınacaq

Hz. İsanın (ə.s) axırzamanda yer üzünə yenidən göndəriləcəyi, İslamı seçərək Hz. Mehdi (ə.s) ilə birlikdə İslam əxlaqının bütün dünyaya hakim olmasına kömək edəcəyi Quran ayələrində və Peyğəmbərimizin (s.ə.v) hədislərində müjdələnmişdir. Yaşadığımız axırzamanın ən mühüm məsələlərindən biri Hz. İsanın (ə.s) hansı xüsusiyyətləri ilə tanınmasıdır.

Möminlər Hz. İsanı (ə.s) imanının dərinliyi və nuru ilə dərhal tanıyacaq. Ancaq Allah bu mübarək peyğəmbəri tanıtmaq üçün ona çox mükəmməl, cazibədar fiziki görünüş bəxş etmişdir. Hz. İsanın (ə.s) Peyğəmbərimizin (s.ə.v) hədislərində tərif etdiyi fiziki xüsusiyyətləri bu gözəl peyğəmbərin möminlər tərəfindən tanınmasını daha da asanlaşdıran böyük sevinc mənbəyidir. Oxumağa davam et