Uca Allah Qurani-kərimdə İslam əxlaqını yer üzünə hakim edəcəyini bildirmişdir. Peyğəmbərimiz (səv) də hədislərində bu böyük, mübarək hadisəyə axırzamanda hz. Mehdinin (əs) vəsilə olacağını xəbər vermişdir. Quran əxlaqına uyğun olaraq və Peyğəmbərimizin (səv) bildirdiyi kimi, İslam əxlaqı sevgi ilə hakim olacaq. İslam əxlaqının hakim olması ilə yer üzü sülh və əmin-amanlığa qovuşacaq, hər cür qarışıqlığa, münaqişəyə, anarxiya və terrora son qoyulacaq. Axırzamanın qarışıqlığından və zülmündən əziyyət çəkən insanlar İslam əxlaqını yer üzünə hakim edəcək hz. Mehdinin (əs) ədalətindən, mərhəmətindən, comərdliyindən, sevgisindən, diqqətindən razı qalacaqlar. Oxumağa davam et
Hz. İsa
Peyğəmbərimizin (səv) dövründə Kitab əhli
Peyğəmbərimizin (səv) Kitab əhli ilə münasibətlərinə baxdıqda onun İslamın yayıldığı ilk illərdə xristianlarla əlaqə qurduğunu anlayırıq. Müsəlmanlar Məkkədə müşriklər tərəfindən zülmə məruz qalarkən Peyğəmbərimiz (səv) onlara xristianların yaşadığı Həbəşistana hicrət etməyi demişdir. Bu ölkənin xristian hökmdarı Nəcaşi isə ölkəsinə hicrət edən müsəlmanları qəbul etmiş və çəkdikləri zülmdən onları qorumuşdur.
Quranda da hz. İsanın (əs) yanındakı həvarilər Allaha və Elçisinə bağlılıqları ilə müsəlmanlara nümunə göstərilmişdir. İlk müsəlmanlar ilə ilk xristianlar arasında böyük bənzərliklər var. Oxumağa davam et
PEYĞƏMBƏRLƏR ƏDALƏT GƏTİRİBLƏR
İnsanların böyük əksəriyyətinin fikrincə, Allahın Quranda təsvir etdiyi ədalətin hakim olduğu mühit sadəcə kitablarda təsvir edilən və insanların xəyallarını bəzəyən utopiyadır. Bu düşüncəyə görə əsil ədalətin hakim olduğu cəmiyyətin olması əsla mümkün deyil. Halbuki bəşəriyyət tarixi boyu Quranda əmr edilən ədalətin hökm sürdüyü, insanlar arasında əmin-amanlıq, sevgi və təhlükəsizliyin olduğu dövrlər olmuşdur.
Allahın insanları xəbərdar etmək üçün göndərdiyi elçilərin yaşadığı cəmiyyətdə tolerantlıq, sülh və ədalət hökm sürmüşdür. Allahın “Hər ümmətin bir elçisi vardır. Elçiləri gəldikdə onların arasında ədalətlə hökm verilər və onlara zülm edilməz.” (Yunus surəsi, 47) ayəsində bildirdiyi kimi, bu dövrlərdə heç kimə zülm edilməmiş, insanlar arasında ədalət hakim olmuşdur.
Müsəlmanlar və xristianlar eyni Allaha inanır?
ABŞ-ın İllinoys ştatındakı yevangelist protestant Uiton kollecində çalışan xanım professor Larisiya Alayn Hokinz Liberti Universitetinin rektoru Cerri Faluelin “müsəlmanlara son qoyun” sözünə reaksiya olaraq hicab geyinib çəkdiyi şəklini “Facebook”da paylaşdı. Hokinzin qısa müddətdə mediaya əks olunan və böyük maraq oyadan şəklinin altında bu sözlər yazılmışdı: “biz eyni Allaha inanırıq”. [1]
Professor Hokinzin paylaşımı əsrlərdən bu yana verilən bir sualı bir daha gündəmə gətirmiş oldu: “müsəlmanlar və xristianlar eyni Allaha inanır, eyni Allaha dua edirlər?”
Məktəb rəhbərliyi tərəfindən qısa müddətdə vəzifəsindən azad edilən professor Hokinz bu suala dair fikrini Facebook səhifəsində yazdığı yazıda belə dilə gətirdi:
“…Müsəlman qonşularımı onlarla həmrəylik içində olduğum üçün, mayamız bir olduğu üçün sevirəm. Onlarla eyni dini mövqedəyəm, çünki Papa Fransiskin keçən həftə dediyi kimi, biz eyni Allaha inanırıq…” [2] Oxumağa davam et
XRİSTİANLAR: “İSA MƏSİH ALLAH`IN TƏCƏLLİSİDİR”, – DESİNLƏR
Dövrümüzdə bəzi xristianların inandığı üçləmə və üçlü birlik inancı çox ciddi yanılma, Allah`a və hz. İsaya (ə.s) böyük iftira olmaqla yanaşı, eyni zamanda, ciddi təhlükədir.
Bəzi xristian qardaşlarımız, əslində, tək Allah`a iman gətirdiklərini, hz. İsanı (ə.s) Allah`dan ayrı varlıq kimi qəbul etmədiklərini (Allah`ı tənzih edirik) deyərək bir varlığın bədən, ruh və şüur kimi üç müxtəlif şəkildə təcəlli etdiyini iddia edirlər. Lakin bu açıqlamanın özündə ciddi ziddiyyət və yanlışlar var. Oxumağa davam et
Axırzaman Şəxsləri Kimlərdir?
Yaşadığımız əsr Peyğəmbərimizin (s.ə.v) hədislərində və İslam alimlərinin əsərlərində xəbər verilən axırzaman əlamətlərinin reallaşdığı müjdəli bir dövrdür. Bu əlamətlərin bir-birinin ardınca reallaşması ilə bütün İslam aləmi çox müqəddəs bir hadisənin baş verməsini ümidlə gözləyir: hz. İsanın yer üzünə ikinci dəfə gəlişi, hz. Mehdinin zühuru və İslam əxlaqının bütün dünyaya hakim olması.
Axırzaman qiyamətdən əvvəlki son dövr mənasına gələn bir anlayışdır. Axırzamanın xüsusiyyətləri və əlamətləri Peyğəmbərimizin (s.ə.v) hədislərində təfsilatlı olaraq təsvir edilmişdir. Axırzamanla bağlı məlumatlar, ən etibarlı və təməl İslami qaynaqların da əsas mövzularından biridir. Oxumağa davam et
Axir Zamanın Mühüm Şəxslərindən Olan Hz. Xızır Hal-Hazırda Fəaliyyətdədir
Axırzamanda hansı vəzifələri var?
Hz. Xızır (ə.s) dövrümüzdə hansı mühüm hadisələrdə fəaliyyət göstərir?
Uca Allah Quranın bir çox ayəsində peyğəmbərlərinə və bəzi elçilərinə xüsusi elmlər öyrətdiyini bildirir. Qeyb elmi, lədün elmi, hikmət və təsirli nitq qabiliyyəti kimi üstün elmləri istədiyi qullarına bəxş edən Rəbbimiz bu rəhməti ilə həyatlarının hər anında olduğu kimi təbliğ zamanı da elçilərini dəstəkləyir.
Rəbbimizin peyğəmbərlərdən başqa elm bəxş etdiyi mübarək şəxslərdən biri də hz. Xızırdır (ə.s). Quranda adı bildirilmir, ancaq “Kəhf” surəsinin 65-ci ayəsində “Onlar (orada) Öz dərgahımızdan mərhəmət bəxş etdiyimiz və Öz tərəfimizdən elm öyrətdiyimiz qullarımızdan birinə rast gəldilər” şəklində bildirilən şəxsin hz. Xızır (ə.s) olduğu haqqında bütün əhli-sünnə alimləri həmfikirdir (doğrusunu Allah bilir). Oxumağa davam et