Münafiqlər Dini Çətinləşdirmək İstəyirlər, Allahın Dini Asandır

Allah yolunda layiqincə cihad edin. O, SİZİ SEÇDİ VƏ DİNDƏ SİZİN ÜÇÜN HEÇ BİR ÇƏTİNLİK YERİ QOYMADI – ATANIZ İBRAHİMİN DİNİ KIMI. Allah bundan əvvəl də, bunda da sizə müsəlman adını verdi ki, Peyğəmbər sizə, siz də insanlara şahid olasınız. Elə isə namaz qılın, zəkat verin və Allaha sığının. (Allah) sizin ixtiyar sahibinizdir. O nə yaxşı ixtiyar sahibi, necə də gözəl imdada yetəndir! (Həcc surəsi, 78) Oxumağa davam et

Münafiqlər Cəhd Etmək -Yəni İslam Əxlaqının Hakim Olması Üçün Fikri Mübarizə Aparmaq- İstəmirlər

Onlar dedilər: “Ya Musa, orada nəhəng (qüvvətli) adamlar vardır. ONLAR ORADAN ÇIXMAYINCA BİZ ORA GİRMƏYƏCƏYİK. Əgər onlar oradan çıxsalar, biz ora daxil olarıq”. (Maidə surəsi, 22)

Dedilər: “Ey Musa, nə qədər ki, onlar oradadırlar, biz ora girməyəcəyik. SƏN VƏ RƏBBİN GEDİB ONLARLA VURUŞUN. BİZ İSƏ BURADA OTURACAĞIQ”. (Maidə surəsi, 24)

ARXADA QALANLAR (MÜNAFQİLƏR) ALLAHIN RƏSULUNA QARŞI ÇIXARAQ (EVDƏ) OTURUB QALMALARINA SEVİNDİLƏR, Allah yolunda malları və canları ilə cihad etmək istəmədilər və (möminlərə): “Bu istidə döyüşə çıxmayın!” – dedilər. De: “Cəhənnəm odu daha istidir!” Kaş biləydilər! (Tövbə surəsi, 81) Oxumağa davam et

Bədiüzzaman hər əsrdə Hz. Mehdi Mövzusundan Bəhs Etməyin Vacib Olduğunu Bildirmiş, Hz. Mehdi Mövzusunu Gizlətməyə Ehtiyac Olmadığını Açıqlamışdır

Bütün bunlara baxmayaraq, müəyyən şəxslər tərəfindən Bədiüzzamanın əsərlərində geniş yer alan Mehdiyyət mövzusundan açıq şəkildə bəhs edilməsinin yanlış olduğu deyilir. Halbuki, Mehdiyyət məsələsi gizlədilməli deyil, müjdələnməlidir. Hz. Mehdinin gəlişi Peyğəmbərimiz (s.ə.v.) tərəfindən müjdələnmişdir və Peyğəmbərimizin (s.ə.v.) bu mövzuda səhih qəbul edilən çox sayda hədisi vardır. Peyğəmbərimiz (s.ə.v.) bir hədisində “HZ. MEHDİ İLƏ MÜJDƏLƏNİN. O Qüreyşdən və Əhli Beytimdən olan biridir” (Kitab-ul Burhan Fi Alamet-il Ahir zaman, s.13) sözləri ilə bu mövzunun müsəlmanlar üçün müjdə olduğunu bildirmişdir. Peyğəmbərimiz (s.ə.v.) başqa bir hədisində “Hz. Mehdi zühur edər, hər kəs sadəcə Ondan danışar, Onun sevgisini içər və Ondan başqa heç nədən bəhs etməzlər” (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 33) sözləri ilə Hz. Mehdinin zühur edəcəyi dövrdə hamının bu mübarək şəxsdən bəhs edəcəyini xəbər vermişdir. Peyğəmbərimizin (s.ə.v.) bildirdiyi bu hədislər hal-hazırkı dövrdə reallaşmağa başlayıb. Hamı Hz. Mehdidən bəhs edir. Oxumağa davam et

Bədiüzzamanın Sözlərini Anlamaq Üçün Risalələr Kifayətdir

Bədiüzzaman Səid Nursinin axır zamanda Hz. Mehdinin zühuru və İslam əxlaqının dünya hakimiyyəti haqqında verdiyi izahlar bütün müsəlmanlara yol göstərən məlumatlardır. Ancaq unudulmamalıdır ki, Bədiüzzamanın dediklərinin mənası çox aydındır, bunları anlamaq üçün yenidən təfsir etməyə ehtiyac yoxdur. Sözlərin mənalarını dəyişmək çox yanlışdır. Bədiüzzaman, əsərlərində bu mövzunun əhəmiyyətini bir neçə dəfə vurğulayıb və sözlərinin təfsirə ehtiyacı olmadığını, ehtiyac olsa mətinlər üzərində əlavə izahlar verilməsinin düzgün olduğunu bildirmişdir. Hətta əgər belə bir təfsir edilsə bundan sui-istifadə edilə biləcəyini və bu yolla risalələrdə bəhs edilən həqiqətlərin əsil mənasından uzaqlaşıb dəyişə biləcəyini xatırlatmışdır. (Emirdağ Lâhikası Elyazma, sf. 661) Oxumağa davam et

Risale-i Nur Külliyatında Hz. İsa Və Hz. Mehdi Həqiqəti

Allah (əzəldən) belə yazmışdır: “MƏN VƏ ELÇİLƏRİM HÖKMƏN QALIB GƏLƏCƏYİK !” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir.(Mücadələ surəsi, 21)

İslam əxlaqının dünyaya hakim olacağı Quranda vədd edilib. Quranda İslam əxlaqının hakimiyyətinə açıq-aşkar işarə edilir. Bu ayələrdən bəziləri belədir: Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə – yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə – onları özlərindən əvvəlkilər kimi YER ÜZÜNÜN VARİSLƏRİ EDƏCƏYİNİ, onlar (möminlər) üçün onların Allahın Özü bəyəndiyi dinini (islamı) möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu sonra əmin-amanlıqla (arxayınçılıqla) əvəz edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir! (Nur surəsi, 55) Oxumağa davam et

Bir İnsanın Yuxusunda Hz. Mehdini (ə.s.) Gördüyüynü Deməsi, Hz. Mehdini Tanımaq Üçün Dəlil Ola Bilməz

Peyğəmbərimiz (s.ə.v.) Hz. Mehdi haqqında ətraflı məlumat vermişdir. Hz. Mehdinin zühurunu müjdələyən yüzlərlə əlaməti əhatəli şəkildə xəbər vermiş, Hz. Mehdinin fiziki xüsusiyyətlərini ən incə detallarına qədər təsvir etmiş, Hz. Mehdinin əxlaqının necə olacağını izah etmişdir. Böyük İslam alimləri də Peyğəmbərimizin (s.ə.v.) hədislərinə əsasən Hz. Mehdinin hicri təqvimlə 1400-cü ildə zühur edəcəyini, İslam dünyasında birliyi bərqərar edəcəyini, Hz. İsa ilə birlikdə İslam əxlaqının hakim olmasında vasitəçi olacağını hamının başa düşəcəyi üslubla açıqlayıblar. Allah qədərdə kimi təqdir edibsə Hz. Mehdi odur. Səmimi möminlər imanın nuru ilə, yəni gördükləri və şahid olduqları hadisələri vicdanları ilə qiymətləndirərək Hz. Mehdini tanıya bilərlər. Ancaq bir insana qəti olaraq “Hz. Mehdidir” demək Qurana ziddir. Oxumağa davam et

Al­lah Ri­za­sı Üçün Sev­mək

Dün­ya hə­ya­tın­da­kı ye­ga­nə məq­səd­lə­ri Al­la­hın ri­za­sı­nı, rəh­mə­ti­ni və cən­nə­ti­ni qa­zan­maq olan və Al­la­ha ürək­dən təs­lim olan mö­min­lər bü­tün hə­yat­la­rı­nı Al­lah üçün ya­şa­yır­lar. Qu­ra­nın «De: «Mə­nim na­ma­zım da, iba­də­tim də, hə­ya­tım və ölü­müm də aləm­lə­rin Rəb­bi Al­lah üçün­dür!» (Ənam su­rə­si, 162) ayə­si­lə bil­di­ri­li­di­yi ki­mi, gör­dük­lə­ri hər iş­də, gös­tər­dik­lə­ri hər dav­ra­nış­da Al­la­hın ri­za­sı­nı qa­zan­ma­ğı məqsəd güdürlər. Al­la­hın ri­za­sı­nı və ra­zı­lı­ğı­nı qa­zan­maq üçün sa­hib ol­duq­la­rı hər şe­yi sərf edən mö­min­lə­rin sev­gi­lə­ri də ye­nə an­caq Al­lah üçün­dür. Al­la­hı bü­tün si­fət­lə­ri ilə ta­nı­yan, Onun gü­cü­nə və bö­yük­lü­yü­nə hər an şa­hid olan, Rəb­bi­mi­zin rəh­mə­ti­ni, sev­gi­si­ni və şəf­qə­ti­ni bü­tün hə­ya­tı bo­yun­ca hər an hiss edən mö­mi­nin Al­lah sev­gi­si heç bir sev­gi ilə mü­qa­yi­sə edil­mə­yə­cək qə­dər güc­lü­dür. Al­lah «Bə­qə­rə» su­rə­sin­də mö­min­lə­rin Ona olan güc­lü sev­gi­lə­ri ilə müş­rik­lə­rin yal­nış sev­gi an­la­yış­la­rı ara­sın­da­kı fər­qi be­lə bil­di­ri­lir:

«İn­san­la­rın içə­ri­sin­də Al­lah­dan qey­ri­lə­ri­ni şə­rik qo­şub, on­la­rı Al­la­hı se­vən ki­mi se­vən­lər də var­dır. Hal­bu­ki iman gə­ti­rən­lə­rin Al­la­ha mə­həb­bə­ti da­ha qüv­vət­li­dir…» («Bə­qə­rə» su­rə­si, 165). Oxumağa davam et

DNT-nin Yaradılışında Təsadüfə Yer Yoxdur.

3.1 milyard şifrədən ibarət olan DNT-dəki məlumatlar, A-T-G-C hərflərinin bir-biri ardınca xüsusi bir sıra şəklində düzülməsi ilə meydana gəlir. Ancaq bu düzülüşdə bir hərf səhvi belə edilməməlidir. Ensiklopediyada səhv yazılmış bir söz və ya hərf elə də gözə dəymir, hətta hiss olunmaz. Amma DNT-də hər hansı bir pillədəki, məsələn 1 milyard 719 milyon 348 min 632-ci pillədəki bir hərfin səhv kodlaşdırılması hüceyrə üçün və təbii ki, insan üçün ciddi nəticələrə gətirib çıxara bilər. Məsələn, uşaqlarda görülən leykemiya (qan xərçəngi) xəstəliyi bu tip səhv kodlaşmanın nəticəsidir.

Təsadüf riyazi anlayışdır. Bir hadisənin təsadüfən baş verib-vermədiyini bilmək üçün həmin hadisənin reallaşması üçün tələb olunan bütün şərtləri daxil etmək tələb olunur. Riyazi hesablamalar DNT-də yazılı məlumatların meydana gəlməsində təsadüfə yer olmadığını sübut edir. Nəinki milyonlarla pillədən ibarət DNT molekulunun, hətta DNT-ni meydana gətirən 200.000 gendən birinin belə təsadüfən meydana gəlmə ehtimalı mümkün deyil. Təkamülçü bioloq Salisbury bu qeyri-mümkün hadisə ilə əlaqədar bunları söyləyir: Oxumağa davam et

Səmimilik Sevgi Yaradır

Al­lah­dan qor­xub çə­kin­mə­yən bə­zi in­san­lar çox asan­lıq­la ya­lan danışırlar. Bir in­sa­nın ya­lan söy­lə­di­yi­nin an­la­şıl­ma­sı ona qar­şı sev­gi ya­ran­ma­sı­na ma­ne olur. Çün­ki, ya­lan söy­lə­yən in­sanın han­sı sö­zü­nün doğ­ru, han­sı sö­zü­nün yan­lış ol­du­ğu­ bi­lin­mə­di­yi­nə gö­rə güvənilən deyil. İn­san inan­ma­dı­ğı birinə qar­şı sev­gi də du­ya bil­məz.

Mö­min­lər isə, bö­yük it­ki­yə uğ­ra­sa­lar və ya mad­di-mə­nə­vi zi­yan­la qar­şı­laş­sa­lar da, heç vaxt ya­lan da­nış­mırlar. On­lar hər za­man, hər möv­zu­da səmimi olan in­san­lar­dır. Heç vaxt doğ­ru ola­nı giz­lət­məz, mən­fə­ət­lə­ri na­mi­nə doğ­ru ola­nı də­yiş­dir­məz, ye­ri­nə ye­ti­rə bil­mə­yə­cək­lə­ri­ni söz ver­məz­lər. Bun­dan baş­qa, İs­lam əx­la­qı­nı ya­şa­yan in­san üçün ya­la­nın bö­yü­yü-ki­çi­yi də yox­dur. Bu­na gö­rə də mö­min­lər heç bir za­man qar­şı tə­rə­fə yax­şı gö­rün­mək, eti­ba­rı­nı qazanmaq, mad­di qa­zanc əl­də et­mək və ya hər han­sı bir şə­kil­də zə­rər ver­mək ki­mi məq­səd­lər üçün də əs­la ya­lan danışmırlar. Oxumağa davam et