Hisslərimizi istiqamətləndirən nahiyə: “AMİQDALA”

amiqdalaUca Allah insanların ruhundakı quruluşu fərqli yaratmışdır. Hər insanın həyəcanlandığı hadisələr bir-birindən fərqlənir. Elmin tək sahibi olan Allah hər insanın ruhunda yaratdığı fərqli duyğulara beynimizdəki amiqdala adlanan nayihəni səbəb etmişdir.

Beynimizdəki amiqdala nayihəsi qorxu, güvən və ictimai münasibət qurma kimi davranışlara nəzarət edir. Amiqdala insanlarda limbik halqanın altında, gicgah tərəfdə olan və bir-birləri ilə əlaqəli strukturlardan ibarət badamşəkilli bir kütlədir. Beyinin hər yarımkürəsində bir amiqdala yerləşir. Bu nayihə ətrafımızdakı siqnalları tutaraq bir an içində nəyə və necə reaksiya verib-verməyəcəyimizi təyin etməkdə bizə kömək edir. Oxumağa davam et

Bir ayə, bir açıqlama: “ƏRAF” SURƏSİ, 31

Penguins…Yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz! (Əraf surəsi, 31)

Lazımsız, məqsədsiz və boş yerə mal, zaman və buna bənzər şeyləri sərf etməyə və bədxərcliyə “israf” deyilir. İsraf Allah’ın Quranda haram etdiyi çirkin davranışdır.

Lakin Quran əxlaqından uzaq yaşayan bir çox insan hədsiz pul xərcləyib sonra bununla öyünməyi prestij mənbəyi hesab edir. Bu insanların davranışı Quranda belə bildirilir:

O deyir: “Mən çoxlu var-dövlət sərf etmişəm!” O, heç kəsin onu görmədiyinimi zənn edir? (Bələd surəsi, 6-7) Oxumağa davam et

Elektroşokla Ov Ovlayan İlan Balıqları

3-electriceelBoyları 2.75 metrə çatan elektrikli ilan balıqları (Electrophorus electricus) Amazon bölgəsində yaşayırlar. Elektrik hasil etmə qabiliyyətindən həm müdafiə, həm də hücum vasitəsi kimi istifadə edirlər. Bu balıqlar bədənlərində hasil etdikləri elektriklə ovlarını hərəkətsiz hala salır və düşmənlərini şok edib öldürürlər.

Balıqdan qaynaqlanan elektrik şoku 2 metr uzaqlıqdakı böyük heyvanı belə öldürəcək şiddətindədir. Balığın elektrik hasil etmə müxanizmi saniyənin 1000-də 2 və ya 3-ü qədər qısa müddətdə işə düşür. Bütün elektrikli balıqlar arasında ən öldürücü balıq olan ilan balığında elektrik cərəyanı 650-yə çatır. Bu qədər yüksək voltaj televizoru işə salmaq üçün istifadə edilən elektrikdən də artıqdır və insanı öldürə bilər. İlan balığının bəzən boşaltdığı 800 voltluq elektrik şoku isə atı öldürə bilir. Oxumağa davam et

Yanlış olmayan davranışlar deyil, ən gözəl davranışlar idealdır

3490_476040469104716_1442326604_nGündəlik həyatda insanların bəzi davranışlarına baxdıqda yanlış olmadığını görürük. Ancaq buna ən gözəl davranış demək olmaz. Yanlış olmadığı üçün insanlar arasında çox diqqət çəkməz və ya narahatlıq yaratmaz. Əslində, bəzən nəzakətə, bəzən estetikaya, bəzən sevgi və hörmətə və bəzən də etikaya o qədər də uyğun olmaz. İnsan bir digərinin çatışmayan cəhətini bu şeydə özündən daha gözəl əxlaqa malik insanla qarşılaşdıqda anlayır. Bu şəkildə, iki insan eyni mühitdə olarkən danışıq və hərəkətlərindəki fərqlər daha aydın nəzərə çarpır. Məhz o zaman insan adı qoyulmayan, lakin yanlış olduğu hiss edilən davranışlar haqqında daha düzgün qənaətə gəlir. Oxumağa davam et