Mükəmməl Yaradılış

Ətrafımızda və yaşadığımız kainatda yaradılış gerçəyinə aid saysız-hesabsız dəlillər vardır. Bir ağcaqanaddakı heyranedici sistem, bir tovuzquşunun qanadlarındakı möhtəşəm sənət, göz kimi mürəkkəb və mükəmməl orqan və daha milyonlarla varlıqları iman gətirmiş insanlar üçün Allahın varlığının və Onun üstün elminin və ağlının dəlilləridir. Yaradılış gerçəyini qəbul edən bir elm adamı da təbiəti bu düşüncə ilə tədqiq edərək,  apardığı hər müşahidədən, keçirdiyi hər təcrübədən böyük zövq alacaq, yeni araşdırmalar üçün həvəsləndirici güc alacaqdır.

Təkamül kimi bir xurafata inanmaq və bunu elmi əsasları olmadan müdafiə etməyə çalışmaq elm adamlarına psixoloji cəhətdən sıxıntı verir. Kainatdakı ahəng və ya canlılardakı nizam onlar üçün böyük bir sıxıntı mənbəyidir. Darvinin aşağıdakı sözü həqiqətən, bütün təkamülçülərin ruhi vəziyyətini izah edir: Oxumağa davam et

“Elm Materialist Olmalıdır” İddiası Yanlışdır

Materialistlərin əsas iddiası  “elm sadəcə maddəni tədqiq edir, ona görə də materialist olmalıdır”  kimi şablon iddiadır.

Bu, əslində, bir az düşünən bir insanın dərhal anlayacağı kəlmə oyunundan başqa bir şey deyil. Elmin maddəni tədqiq etdiyi doğrudur, ancaq bu, “elm materialist olmalıdır” demək deyil. Çünki “maddəni tədqiq etmək” ilə “materialist olmaq” çox fərqli şeylərdir.

Maddəni tədqiq edərkən maddənin öz-özünə qədər çox böyük elm və dizayn nəticəsində meydana gəldiyi qənaətinə gəlirik. Bu elm və dizaynın dizaynerini görməsək də, şüurlu şəkildə meydana gətirildiyini anlayarıq. Məsələn, bizdən əvvəl bir insanın girib-girmədiyindən əmin olmadığımız bir mağara düşünək. Bu mağaraya girdikdə əgər mağaranın divarlarında çox böyük məharətlə çəkilmiş, heyranedici rəsmlər varsa, onda “bizdən əvvəl burada ağıllı bir varlıq olub, burada əsərlər yaradıb” deyə fikirləşərik. O ağıllı varlığı heç görməsək də, onun mövcudluğunu  əsərlərindən anlayarıq. Oxumağa davam et

İmanlı Alimlər:Qalileo Qaliley

Qalileo Qaliley teleskop vasitəsilə fəzanı tədqiq edən ilk alimdir. Qaliley həm Yerin kürə şəklində olduğunu söyləmiş, həm də Aydakı qaranlıq sahə, kraterlər və təpələri ilk dəfə ortaya çıxarmışdır. Elmə verdiyi böyük xidmətləri ilə tarixdə xüsusi yeri olan Qaliley, Allahın insana hissiyyatı, nitq bacarığını və zəkanı verdiyinə və bunlardan ən faydalı şəkildə istifadə olunmasına inanırdı. Təbiəti bir Yaradanın nizamladığını müdafiə edirdi. Təbiət, heç şübhəsiz, Allahın heç ayrıla bilmədiyimiz, oxunması vacib olan kitabıdır, – deyən Qaliley Allahın kitabları ilə yaratdıqları arasında heç bir ziddiyyətin olmadığını, çünki hər birini Allahın yaratdığını deyirdi.

Orta Əsrlər Kilsəsinin Elm Adamlarına Qarşı Münasibəti

Dinə qarşı olan kütlələr orta əsrlər kilsəsinin elmə olan münasibətini tez-tez dinə qarşı bir silah kimi istifadə edirlər. Kilsənin Avropanı inkişafdan  geri qoyduğu və səfalətə saldığı deyilir. Bu cəhdlərin arxasında duran səbəb isə orta əsrlər kilsəsinin dinlə əlaqələndirilməsi və dolayısı ilə, insanlara “əgər din gəlsə, orta əsr qaranlıqlarına gömülərik” deyilməsidir. Əslində isə həqiqi din orta əsrlər kilsəsinin görüşləri və münasibətindən ibarət deyil.

Orta əsrlər kilsəsi Hz. İsanın bildirdiyi vəhydən uzaqlaşmış və dindən kənar bəzi fikirlər irəli sürmüşdür. Xüsusilə ruhanilər sinfi tərəfindən bəzi kütlələrin mənfəətləri naminə ilahi mənbədən tamamilə uzaqlaşaraq idarə edilən kilsənin görüşləri, şübhəsiz ki, elmə də zərər vermişdir. Ancaq bu tarixi həqiqət, əlbəttə ki, İslam dininə şamil edilə bilməz. Çünki İslam orta əsrlər kilsəsi kimi ruhani sinfinin xurafatlarına deyil, ancaq və ancaq Allahın sözü olan Qurana əsaslanır. Oxumağa davam et

Müsəlmanlar və Elm 2

Materialistlər elm qarşısındakı məğlubiyyətlərini gizlətmək üçün hər zaman müxtəlif təbliğat üsullarını işə salırlar. Bunların önündə materialist mətbu orqanlarının əsas mövzusuna çevrilən “elm-din qarşıdurması” iddiası gəlir. Bu iddianı dilə gətirən mənbələrdə, dinin tarix boyu elmə qarşı olduğu, elmin ancaq din tərk edildikdə inkişaf edə biləcəyi kimi, həqiqətdən kənar hekayələr danışılır.

Əslində isə elm tarixinə bir az nəzər salmaq bütün bu iddiaların yalan olduğunu görmək üçün kifayət edir. Oxumağa davam et

Təkamülçülər İstəməsə də, Elmi Kəşflər Yaradılış Gerçəyini Təsdiq Edir

Elm yanlış ideologiyalar tərəfindən yönləndirildikdə, vaxt, pul, əmək itkisi yaranır. XVIII əsrdən etibarən elm əsasən materialistlərin hakimiyyəti altında qalmış və demək olar ki, bütün fəaliyyətlər materialist fəlsəfənin elmi tərəfdən sübutuna yönəldilmiş, materialist fəlsəfəni təkzib edən elmi dəlillər cəmiyyətə təhrif olunmuş halda təqdim edilmişdir.

Diqqəti çəkən məqam isə budur ki,  təkamülçülər təkamülü sübut etmək üçün apardıqları araşdırma və təcrübələr nəticəsində daima yaradılışı təsdiqləyən dəlillər tapmışlar. Elm, Allahın varlığına inananlar üçün çox asan və zəhmətsizdir. Çünki mövcud olan sistemi araşdırmaq və onunla bağlı dəlilləri axtarmaq elm adamları üçün çətinlik yaratmaz. Ancaq olmayan bir dəlili axtarmaq təkamülçülərin öz ifadəsi ilə desək “cansıxıcı”“baş ağrıdıcıdır”.

Buna ən gözəl nümunələrdən biri də Kambrien dövrünə aid paleontoloji tapıntılardır. Oxumağa davam et

“Onsuzda da Mən Cənnətə Gedərəm” Düşüncəsində Olanlar

Dini yaşamayan cəmiyyətlərdə insanların özlərini aldatdıqları mövzulardan biri də, özlərinin cənnətə girməyə layiq olduqlarını düşünmələridir. Bu insanların çoxu ölümdən sonra həyat olduğunu qəbul etmələrinə baxmayaraq, din əxlaqını yaşamamalarının səbəbi, özlərinin mütləq cənnətə gedəcəklərini düşünmələridir. Bu cür düşünən insanların haradan belə bir qənaətə gəldikləri məlum deyil. Amma əksəriyyəti özünü digər insanlarla müqayisə edərək yalnız yaxşı tərəflərini görür və yaxşı insan olduğu üçün də cənnətə girməyə layiq olduğu qənaətinə gəlir.

Ən təəccüblü olanı da, bu insanlar “yaxşılıq” anlayışını, Qurana görə deyil, cahiliyyəyə uyğun qiymətləndirirlər. Allahın məmnun olacağı bir həyatı və əxlaqı deyil, yaşadıqları cəmiyyətin məmnun olacağı həyatı və əxlaqı seçirlər. Nəticədə də, özlərini aldadaraq cənnətə girəcəklərini düşünürlər. Oxumağa davam et

Təkamülü Sübut Edə Bilən Fosil Yoxdur

Təkamül nəzəriyyəsinin elmə qazandırdığı vaxt itkisinin digər səbəbi paleontologiyanın (daşlaşmış qalıqları araşdıran elm) bu nəzəriyyəni sübut etmək üçün çıxılmaz bir vəziyyətə düşməsidir. Əlbəttə, dünya üzərindəki həyatın tarixini öyrənmək üçün paleontoloji araşdırmalara ehtiyac var. Ancaq təkamül nəzəriyyəsinin səhv baxışları daşlaşmış qalıqların araşdırmalarına mənfi təsir edir və elm adamlarını yanlış istiqamətə yönəldir. Xüsusilə “insanın əcdadı”  mövzusunu araşdıran paleontoloqların bəziləri tamamilə çıxılmaz vəziyyətə düşmüşlər. Xəyali yarı meymun-yarı insan canlıları tapmaq üçün apardıqları bütün araşdırmalar nəticəsiz qalmışlar. Oxumağa davam et

Heç Bir Mutasiya Faydalı Deyil

Təkamül nəzəriyyəsinin elmin vaxtını alan iddialarından biri də “yararlı mutasiyalar” üçün aparılan ümidsiz araşdırmalardır. Neo-darvinizm “təkamül mexanizmi” olaraq iki məfhumu irəli sürür və bunlardan biri mutasiyalardır. Bu səbəbdən mutasiyaların canlılar üzərində faydalı təsir əmələ gətirəcəyini sübut etmək təkamül nəzəriyyəsi baxımından məcburidir. Ancaq təkamülçülərin iddialarının əksinə, mutasiyalar hər zaman zərərlidir və heç vaxt təkamül xarakterli bir təsirin olduğu müşahidə edilməmişdir.

Təkamülçülər isə israrla süni mutasiya nümunələri hazırlamış və yararlı mutasiyaları müşahidə etmək üçün on illərlə davam edən mübarizəyə qoşulmuşlar. Məsələn, meyvə milçəkləri üzərində çox sayda mutasiya təcrübəsi aparılmış və həmişə “genetik məlumatı təkmilləşdirən mutasiya”nın baş verəcəyi ümid edilmişdir. Nəticə isə Oxumağa davam et

Təkamül nağılları: dənizdə üzən ayı balinaya çevrilir

Təkamül ssenariləri bunlarla bitmir. Təkamülçü paleontoloq doktor Kolin Patersonun da etiraf etdiyi kimi, “Təbiət həyatı haqqında hər biri digərindən xəyali olan bir çox ümidsiz hekayə var.” (Ъолин Паттерсон, Щарпер’с, Феврал 1984, с.60)

Təkamülçülər balina, delfin kimi dəniz məməlilərinin də dənizə girməyi xoşlayan ayıların təkamül keçməsi nəticəsində əmələ gəlməsi kimi fantastik bir fikir ortaya atmışlar. Bu ssenariyə təməl tapa bilmək üçün yarı ayı, yarı balina canlılar haqqında nəzəriyyələr irəli sürmüş, “yeriyən balinalar” haqqında hekayələr yazılmışdır.

Əlbəttə, təkamülçülər istədikləri kimi xəyal qura bilər və istədikləri ssenarilərə inana bilərlər. Ancaq məsələ ondadır ki, ssenariləri “sübut etmək” üçün elmin imkanlarını və zamanını boş yerə hədər edirlər. Başqa bir tanınmış təkamülçü alim Pier Paul Grassenin təkamül ssenariləri barədə bildirdiyi kimi, “xəyal qurmağı qadağan edən qanun yoxdur, ancaq elm bu işə qarışdırılmalı deyil.” (Пиерре-П Эрассé, Еволутион оф Ливинэ Орэанисмс, Неw Йорк, Аъадемиъ Пресс, 1977, с. 103) Oxumağa davam et

Təkamül nağılları: dinozavrlar quşlara çevrilir

Sürünənlərin məməlilərə xəyali çevrilməsi ilə bağlı olaraq ortaya atılan elmə aidiyyatı olmayan “hekayələr” təkcə bu deyil. Hər təkamülçünün özünə xas bir “hekayəsi” vardır. Buna bənzər şəkildə dinozavrların təkamül keçərək quşlara çevrilməsi haqqında da bir çox xəyali ssenarilər qurulmuşdur. Bu ssenarilərdən birində dinozavrların ağcaqanadları qovarkən uçmağa başladıqlarından bəhs edilir. Digər ssenari isə dinozavrların ağacdan-ağaca tullanarkən qanad açıb uçduqlarını irəli sürür. Təkamülçülərin xəyal gücü sayəsində qurduqları bu ssenarilərin “sübut edilməsi” vəzifəsi isə elmin üzərinə düşür. Oxumağa davam et

Təkamül nağılları: pulcuqlar tüklərə çevrilir

Təkamülçü bir mənbədə sürünənlərin məməlilərə çevrilməsi haqqında belə bir hekayə nəql edir:

Soyuq ərazilərdə yaşayan bəzi sürünənlər bədənlərini isidən bir üsul əmələ gətirdilər… Pulcuqları getdikcə daha da sivriləşərək tüklərə çevrildi. Bu məqamda həyata keçən digər bir uyğunlaşma isə tərləmənin əmələ gəlməsi oldu; bu, canlıya lazım gəldikdə suyun buxarlanması nəticəsində bədənini soyutma imkanı verirdi. Bu zaman gözlənilmədən bəzi balalar qidalanmaq üçün analarının bədənindəki təri yalamağa başladılar. Bəzi tər vəziləri bu səbəbdən getdikcə daha çox tər ifraz etməyə başladı və bu ifrazat nəticədə südə çevrildi. Beləliklə, bu ilk məməlilərin balaları həyata daha yaxşı başladılar. (Эеорэе Эамоw, Мартйнас Йъас, Мр. Томпкинс Ынсиде Щимселф, Аллен & Унwин, Лондон, 1966, с. 149) Oxumağa davam et