İnsan Fosilləri Təkamülü Təkzib Edir

Tanzaniyada Laetolidə tapılan 3.6 milyon illik insan ayaq izləri

İnsana aid tapıntılar nə qədər qədimdir? Bu tapıntılar niyə təkamül nəzəriyyəsini dəstəkləmir?

İnsanın dünyada nə vaxtdan etibarən var olduğunu öyrənmək üçün fosilləri (daşlaşmış qalıqlar) araşdırmaq lazımdır. Fosillər insanla bağlı qalıqların milyonlarla il əvvələ aid olduğunu göstərir. Bu tapıntılar skelet və kəllə sümüyü hissələri və müxtəlif dövrlərdə yaşamış insanlara aid qalıqlardan ibarətdir. İnsana aid qalıqların ən qədimi tanınmış paleontoloq Meri Likey (Mary Leakey) tərəfindən 1977-ci ildə Tanzaniyanın Laetoli bölgəsində tapılmış “ayaq izləri”dir.

Bu qalıqlar elm dünyasında böyük əks-səda doğurmuşdu. Aparılan araşdırmalar bu ayaq izlərinin 3.6 milyon illik təbəqədə yerləşdiyi göstərirdi. İzləri tədqiq edən Rassel Tatl (Russell Tuttle) bunları qeyd edir:

“Bunlar çılpaq ayaqlı Homo Sapiens (insan) tərəfindən qoyulan izlərdir. Aparılan bütün morfoloji tədqiqatlar bu izləri qoyan canlının ayağının dövrümüzdəki insanlarınkından fərqli olmadığını göstərir.” (I. Anderson, New Scientist, cild 98, 1983, s. 373.) Oxumağa davam et

Materializmin Elmi Cəhətdən Çöküşü

“Materializmin elmi düşüncə olduğunu artıq heç kim iddia edə bilməz.” Arthur Koestler

İçində yaşadığımız ucsuz-bucaqsız kainat necə yaranıb?

Kainatdakı qüsursuz tarazlıq, ahəng və nizam necə meydana çıxıb?

Bu suallar tarixin əvvəlindən etibarən insanları maraqlandırmışdır. Ağılla bu sualları araşdıran elm adamları və mütəfəkkirlərin gəldikləri nəticə isə həmişə belə olmuşdur: kainatdakı nizam və dizayn bütün kainata hakim olan üstün bir Yaradıcının varlığının isbatıdır.

Ağıl yoluyla əldə etdiyimiz bu nəticə elə həqiqətin özüdür. Allah insanlara yol göstərici olması üçün 14 əsr əvvəl Quranı vəhy etmiş və bu həqiqəti insanlara bildirmişdir. Kainatı yoxdan yaratdığını və müəyyən bir məqsədə görə qurduğunu, kainatdakı bütün sistem və tarazlıqları insan həyatı üçün ən ideal şəkildə yaratdığını xəbər verir. Quranda bildirildiyinə görə insan kainatdakı bütün sistem və tarazlıqların özü üçün Allah tərəfindən yaradıldığını bilməli, bu gerçək barədə düşünməli və nəticə çıxarmalıdır: Oxumağa davam et

Meymun və İnsan Geninin Oxşarlığı Təkamül Nəzəriyyəsinin Sübutu Deyil

Bir çox təkamülçü mənbədə insanla meymunun 99% oxşarlıq təşkil etdiyi və bunun təkamülə dəlil olduğu iddia edilir. Bu təkamülçü iddia xüsusilə şimpanzeyə aid edilir və bu canlının meymunlar arasında insana ən yaxın növ olduğundan, insanla şimpanze arasında qohumluq olduğundan bəhs edilir. Əslində bu da təkamülçülərin cəmiyyətin bu barədə məlumat azlığından istifadə edərək ortaya atdıqları saxta dəlildir.

99% oxşarlıq iddiası insanları çaşdırmaq niyyəti güdən təbliğatdır.

Əvvəla qeyd edilməlidir ki, insan və şimpanze DNT-ləri haqqında tez-tez irəli sürülən 99% oxşarlıq iddiası aldatmaq məqsədilə edilir.

İnsanla şimpanzenin genetik quruluşlarının bir-birinə 99% oxşar olduğunu iddia etmək üçün insanın genetik quruluşu ilə yanaşı, şimpanzenin də genetik quruluşu öyrənilməli, hər ikisinin geni bir-birilə müqayisə edilməli və nəticə olmalıdır. Ancaq əslində belə bir nəticə yoxdur. Çünki indiyə qədər yalnız insanın genetik xəritəsi əldə edilmişdir. Şimpanze üzərində isə hələ bu cür tədqiqat aparılmamışdır. Oxumağa davam et

Darvinizmin Qanlı Dialektikası: Sol və Sağın Mübarizəsi

Kommunizm, hər ölkədə kapitalizmin və faşizmin əleyhdarı və alternativi olaraq inkişaf etmişdir. Bir-birinə zidd kimi görünən bu tərəflər, ortaq qaynaqdan, yəni darvinizmdən ilham alır. Kapitalizm və faşizm darvinizmin sağ qanadını, kommunizm isə sol qanadını meydana gətirir. Bir ölkədə darvinizmin yayılması, hər iki qanadın birdən yayılması nəticəsini zəruri edir. Bu səbəbdən faşizmi və ya kapitalizmi dəstəkləmək üçün darvinizmdən istifadə edənlər, istər-istəməz kommunizmi də dəstəkləmiş olurlar.

Darvinizmin hakim olduğu bu dinsiz dünya görüşündə, sağ solu, sol da sağı doğurur və bəsləyir. İki tərəf bir-biriylə daimi mübarizədədir. Zatən darvinizm belə mübarizə mühitini cəmiyyətlər üçün uyğun və vacib hesab edir. Oxumağa davam et

Darvinizmin Yayılması və Kommunizm-Kapitalizm Əlaqəsi

Darvinizmin siyasi təsirlərini araşdırarkən bir məsələyə diqqət yetirmək lazımdır. Bu nəzəriyyə yalnız bir ideologiya ilə deyil, bir-birindən çox fərqlənən bir çox ideologiya ilə əlaqəlidir. Darvinizmin dəstəklədiyi ideologiyaları araşdırdığımızda, kommunizmlə yanaşı, irqçilik, imperializm, kapitalizm, faşizm kimi bir çox ideologiya ilə qarşılaşırıq. İlk baxışda bir-birindən müstəqil, hətta bir-birinə zidd görünən bu ideologiyaların ortaq xüsusiyyəti isə İlahi dinlərə və onların gətirdiyi əxlaqi dəyərlərə qarşı olmasıdır.

Bu ideologiyaların liderləri dini inancları və dəyərləri özlərinə maneə olaraq görmüş və bu inanc və dəyərləri ortadan qaldırmaq üçün darvinizmdən silah kimi istifadə etmişlər. İşin ən maraqlı tərəfi ondadır ki, bir yandan öz ideologiyalarına bu tərzdə fəaliyyət sahəsi açarkən, digər tərəfdən də özlərinə rəqib olan ideologiyaları gücləndirmişlər. Məsələn, iddialarına görə amansız “həyat mübarizəsi”nin yaşandığı sərbəst bazar mühitini qanuniləşdirmək üçün darvinist əxlaqı lazımlı görüb dəstəkləyən kapitalistlər, bu yolla digər tərəfdən də qarşı olduqları kommunizmi dəstəkləmişlər. Oxumağa davam et

Kommunizm və ya “Təkamül Nəzəriyyəsi”

Darvinin təkamül nəzəriyyəsi Marks və Engelsin nəzəriyyəsini də əhatə edir. Bunu  söyləmək mümkündür, çünki kommunizm də “təkamül nəzəriyyəsi”dir, daha doğrusu təkamül nəzəriyyəsinin tarixə və sosial elmlərə uyğunlaşdırılmasıdır. Bu gerçək 20-ci əsrin əvvəllərində qabaqcıl darvinist-marksist mütəfəkkirlərdən biri olan Anton Pannekukun (Anton Pannekoek) qələmə aldığı Marxism and Darwinism (Marksizm və Darvinizm) adlı kitabda belə ümumiləşdirilir:

Marksizmin və eyni zamanda darvinizmin elmi əhəmiyyəti ondadır ki, onların hər ikisi də təkamül nəzəriyyəsini izləyir. Biri bunu orqanik dünyadacanlılar üzərində etmiş, digəri isə cəmiyyət miqyasında reallaşdırmışdırHəm Darvinin, həm də Marksın təlimləri, yəni təbiət elmləri sahəsində və insan cəmiyyətləri sahəsində inkişaf edən bu iki təlim, təkamül nəzəriyyəsini müsbət elmə çevirmişdir. Bunu etməklə, təkamül nəzəriyyəsini ictimai və bioloji inkişafın təməl anlayışı olaraq kütlələrə tanıtmışlar. (1) Oxumağa davam et

Antik Doqma: Materializm

Avropa qitəsi, eramızın 2-ci əsrindən etibarən mərhələli şəkildə Xristianlığı qəbul etmiş və bu Xristian mədəniyyəti “Maarifçilik Dövrü” deyilən dövrə qədər bu qitəyə hakim olmuşdur. Maarifçilik hərəkatı, bir sıra avropalı  mütəfəkkir və elm xadimlərinin Qədim Yunan və Romanın bütpərəst mədəniyyətindən təsirlənərək dinə qarşı hücumları ilə başlamış və 18-ci əsrdə daha da genişlənmişdir. Maarifçilik hərəkatının ən böyük siyasi nəticəsi isə “din əleyhinə inqilab da hesab olunan Fransız İnqilabıdır.

Fransız İnqilabının fikri təməli Volter (Voltaire), Diderot, Monteskyü (Montesquieu) kimi din əleyhdarı mütəfəkkirlərin təlqinləri ilə meydana gəlmişdir. İnqilab zamanı isə Maarifçilik hərəkatının din əleyhdarı və pagan (bütpərəst) meylləri açıq-aydın büruzə vermişdir. İnqilaba liderlik edən yakobenlərin fəal təbliğatı nəticəsində geniş şəkildə “dinsizləşmə” hərəkatı inkişaf etmiş və əslində yeni pagan dini yaradılmağa cəhd edilmişdir. İlk əlamətləri 14 İyul 1790-cı ildə, Federasiya Bayramında görülən “inqilabçı ibadət” sürətlə yayılmışdır. İnqilabın əli qanlı liderlərindən olan Robespyer (Robespierre) “inqilabçı ibadət”ə yeni qaydalar gətirmiş, bu ibadətin qanunlarını raport halına gətirərək adını “Uca Varlıq İbadəti” qoymuşdur. Parisdəki məşhur Notr Dam Kilsəsi öz deyimləriylə “ağıl məbədi”nə çevrilmiş, Kilsə divarlarındakı xristian fiqurları sökülmüş və mərkəzdə “ağıl tanrısı” adlandırılan qadın heykəli yerləşdirilmişdi. Fransız İnqilabı ərzində bir çox din adamı öldürülmüş, dini təşkilatlar yağmalanmış, məhv edilmişdir. Oxumağa davam et

Kommunizm – Ölüm Quyusu

Kommunizm 20-ci əsrə damğasını vurmuş ideologiyadır. Amma bu damğa yalnız zülm, qan və gözyaşlarıyla doludur. Hesablamalara görə yalnız bu ideologiya səbəbiylə 20-ci əsr boyunca 120 milyon insan öldürülmüşdür. Bunlar, bir müharibə əsnasında cəbhədə ölən əsgərlər deyil, kommunist dövlətlərin öz xalqlarından öldürdükləri vətəndaşlardır. 100 milyon kişi, qadın, yaşlı, körpə, yalnız “kommunizm” deyilən bu soyuq, sərt və vəhşi ideologiya səbəbiylə həlak olmuşdur. Bundan əlavə kommunist rejimlər tərəfindən konstitusional hüquq və azadlıqlarından məhrum edilən, sürgün edilən, sistemli olaraq qıtlıqla üz-üzə gətirilən, həbs edilən, fəhlə düşərgələrində kölə kimi istifadə edilən on milyonlarla insan vardır. Milyonlarla insan da kommunist partizan qrupların, terror təşkilatlarının gülləsinə hədəf olmuş və ya hədəf olmaq qorxusu altında yaşamışdır. Oxumağa davam et

Qar Kristallarındakı Dizayn

Qar dənələrini araşdıran bir insan bu dənələrin çox müxtəlif formalara sahib olduqlarını görəcək. Bir kub metr qarda təxminən 350 milyon ədəd qar dənəciyi var. Bunların hamısı altıbucaqlı və kristalvari quruluşdadır, ancaq hər biri fərqli formalara malikdir. Bu formaların, fərqli şəkillərin necə yarandığı, simmetriyanın necə qurulduğu sualları alimlər tərəfindən illərdir araşdırılır. Əldə edilən hər məlumat isə qar dənələrindəki möhtəşəm sənəti ortaya çıxarır. Qar dənələrinin altıbucaqlı quruluşundakı müxtəliflik və qüsursuzluq Allahın Bədi (bənzərsiz yaradan) isminin təcəllisidir. Allah hər şeyi ən gözəl şəkildə yaradandır. Qar dənələrinin yaranmasını araşdırdıqda Allahın sonsuz sənətinin şahidi oluruq. Oxumağa davam et

Kainatın Sonu və Big Crunch

Big Crunch (Biq Krənç – Böyük Çöküş) nəzəriyyəsi, Big Bang’dən (Böyük Partlayış) sonra genişləyən kainatın getdikcə sürətlənərək içinə çökəcəyini irəli sürən nəzəriyyədir. Nəzəriyyəyə görə bu çöküş, kainat bütün kütləsini itirib sonsuz sıxlıqdakı bir nöqtəyə çevrilənə qədər davam edəcək.

Kainatın yaradılışı Big Bang adlandırılan böyük partlama ilə başlamışdır və o zamandan bəri kainat genişləyir. Alimlər kainatın kütləsinin kafi miqdara çatdığında, cazibə qüvvəsi səbəbi ilə bu genişləmənin dayanacağını və bunun kainatın öz içinə çökməyə, büzülməyə başlamasına səbəb olacağını bildirirlər. Oxumağa davam et

Saniyədə 500 Dəfə Çırpınan Qanadlar

Ağcaqanad, qanadlarını “saniyədə” təxminən “500 dəfə” çırpır. İnsan, öz qollarıyla bu hərəkəti olduqca məhdud sayda reallaşdıra bildiyi halda, o bunu bir saniyədə 500 dəfə edir. Saniyədə 500 dəfə fasiləsiz hərəkət edən belə güclü mexanizm süni olaraq yaradıla bilməz. Müxtəlif  vasitələrlə yaradılan buna bənzər mexanizmlər, sürtünmənin şiddətindən qısa müddət sonra yanır. Amma ağcaqanad, həyatı boyunca uçduğu hər saniyədə qanadlarını bu tezliklə çırpır və heç bir problem yaşamır. Hətta bu üstün xüsusiyyətli qanadlar ona yüksək sürətdə, istədiyi istiqamətə, istədiyi məsafəyə uçma imkanı verir, eyni zamanda manevr və eniş qabiliyyətlərini də ən mükəmməl şəkildə reallaşdırmasını təmin edir.

Oxumağa davam et

Kainatın Böyüklüyü Nə Qədərdir?

Möhtəşəm böyüklükdəki kainatın sahib olduğu həssas tarazlıqlar bu qüsursuz nizamın Allahın üstün yaratma sənəti nəticəsində var olduğunu sübut edir.

Elmi nailiyyətlər bizi çox mühüm nəticəyə gətirir. Kainatın möhtəşəm böyüklüyü! Kainatın ölçüləri haqqında düşündüyümüzdə qarşımıza çox böyük rəqəmlər çıxır.

Yer planeti, bildiyimiz kimi Günəş Sisteminin bir parçasıdır. Bu sistem kainatdakı digər ulduzlara görə orta böyüklükdə olan Günəşin ətrafında dövr edən 8 planetdən və onların 54 peykindən meydana gəlir. Yer Kürəsi bu sistemdə Günəşə ən yaxın üçüncü planetdir. Oxumağa davam et